Müasir KİV-də mənəvi məsuliyyət

 

"Balanslaşdırılmış proqram siyasəti, yüksək efir mədəniyyəti, ictimai maraqlara xidmət, maarifləndirmə, operativ, obyektiv, hərtərəfli məlumatlandırma teleradio yayım həyata keçirən qurumun müvəffəqiyyətinin əsas şərtidir" 

 

Ramiz MEHDİYEV,

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik

 

İnsanın fiziki sağlamlığı təbiətdən asılı olduğu kimi, əxlaqi-mənəvi dəyərləri cəmiyyətin ümumi mənəvi atmosferində bərqərar olmuş mədəni-mənəvi dəyərlərdən asılıdır. İnsanları doğru-düzgün yola çəkmək üçün nəyin pis, nəyin yaxşı olduğunu əvvəlcədən müəyyən etməliyik. İnsani dəyərlərin formalaşmasında bu mühitin idarə olunmasında ayrı-ayrı ictimai xadimlərlə bərabər KİV böyük rol oynayır.

Biz cəmiyyətdə baş verən hadisələr haqqında məlumatları yerli informasiya vasitələrindən alırıq. Virtual mədəni-mənəvi mühitdə insan üçün müəyyən çeşidli lokal informasiyalar məkanı yaratmaqla KİV real informasiya seçimi edir. Xarici ölkələrdə baş verən hadisələr qədər rəngarəng olsa da, bizi ilk növbədə öz cəmiyyətimizdəki hadisələr maraqlandırır. Xarici musiqilər qədər xoş olsa da, bizim mənəvi ehtiyaclarımızı milli musiqi daha çox ödəyir s. Əlbəttə, televiziya internetə qalsa, hamı kosmopolit olmalıdır. Lakin milli-mənəvi zəmində televiziya verilişlərinin yerini internetlə ya peyk antenasının xidməti ilə doldurmaq mümkün deyil. Bir sözlə, biz öz kütləvi informasiya vasitələrimizin yaratdığı mühitlə qarşılıqlı əlaqədəyik. Uşaqların da, gənc nəslin necə formalaşması xeyli dərəcədə bu mühitdən asılıdır. Televiziya verilişlərinin məzmunu milli ideologiya süzgəcindən keçirilməzsə, biz bu güclü amilin ancaq bazarın təsiri ilə yönəldilməsinə rəvac vermiş olarıq ki, bu da arzuedilməzdir.

Akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində işıq üzü görmüş "Azərbaycanın efir məkanı: Problemlər vəzifələr" məqaləsi respublikamızın efir məkanının müasir problemlərini, üstün qüsurlu cəhətlərini açıb göstərməklə yanaşı, aktuallığı, peşəkar obyektiv yanaşma tərzi, analtik təhlili ilə cəmiyyətdə müsbət rezonans doğurmuşdu. Telekanallardan cəmiyyətə sırınan mənəvi ucuzlaşmaya, yeknəsəkliyə, milli olmayan düşüncə həyat tərzinə əsl vətəndaş, ziyalı peşəkar filosof kimi münasibətini ifadə edən akademik Ramiz Mehdiyev dərin araşdırma təhlilə əsaslanan bu məqaləsində həm yaranmış vəziyyətdən çıxış yollarını göstərmişdir.

Akademik Ramiz Mehdiyev Milli Televiziya Radio Şurasının (MTRŞ) apardığı həftəlik monitorinqin nəticələrinə istinad edərək telekanallarda şou xarakterli verilişlərin faiz nisbəti ilə artdığını da qeyd etmişdir.

Müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi işğal altında olan, təxminən 1 milyon vətəndaşı qaçqın köçkün həyatı yaşayan Azərbaycanda hərbi vətənpərvərlik verilişlərinin azlığı kifayət qədər narahatlıq doğuran məqamdır.

Çox təəssüflər olsun ki, milli televiziyamızda vətənpərvərlikdən uzaq olan şouların keçirilməsi ilə bağlı münasibət bildirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, hörmətli akademik Ramiz Mehdiyevin milli mətbuatda çıxışından sonra KİV- hələ istənilən dərəcədə dəyişiklik görünmür bu sahədə durğunluq davam etməkdədir. Telekanallarda şou-biznes proqramları öz işini görməkdədir. Nədənsə ictimai mühitimizi formalaşdıran onun daşıyıcıları olan ziyalılarımız da hələ ki, susur. Görünür, yüz illərlə laqeydlik ucbatından başımıza gələnlər hələ bizlərə dərs olmamışdır.

Hamıya məlumdur ki, milli mətbuatımızın adı böyük təbiət alimi, görkəmli ictimai-siyasi xadim, mübariz ədib, jurnalist, fədakar xalq müəllimi Həsən bəy Zərdabi ilə bağlıdır. XIX əsrin ikinci yarısında Həsən bəy Azərbaycanda milli mətbuatın banisi kimi yorulmadan Azərbaycan maarifini inkişaf etdirməyə, müasirləşdirməyə çalışmış öz zamanında elmin bütün nailiyyətlərinin təbliğatçısı olmuşdur.

Həsən bəy Zərdabi mükəmməl təhsili, qabaqcıl dünya ictimai fikrinin təsiri ilə yetişmiş alimlərdən idi. O, hələ Moskvada rus məktəblərində müəllimlik etdiyi vaxtlarda fövqəladə istedada malik ciddi bir alim kimi tanınmış, qabaqcıl elmin mədəniyyətin xeyirxah dostu olduğunu öz işi ilə isbat etmişdir.

Həsən bəyin Azərbaycana qayıtdığı illər ictimai fikrin yeni yüksəlişi dövrünə təsadüf etmişdi. O, öz müasirləri kimi bir həqiqəti çox aydın dərk edə bildi: maarifə, yeni fikirlərə geniş yol açmaq lazımdır!

H.Zərdabi yaradıcılığının əsas qayəsini Azərbaycan xalqının milli mənəvi həyatında axtarmaq lazımdır. Bu mənada onun yaradıcılığında mənsub olduğu xalqın həyatı məişəti ilə sıx bağlılığı, azərbaycanlıların təsərrüfat məşğuliyyəti, maddi mənəvi mədəniyyət məsələlərinin genişliyi öz əksini tapmışdır.

Mətbuatın səviyyəsi , problemləri cəmiyyətin xarakteri ilə, ümumi inkişaf səviyyəsi ilə şərtlənir. İctimai-siyasi sarsıntılar, keçidlər, inqilablar dövründə cəmiyyət ahəngdar inkişaf yolundan çıxır, müxtəlif daxili tərəflər arasında tarazlıq pozulur. Bu ya digər amilin həddindən artıq aktivləşməsi nəticəsində cəmiyyət öz daxili müvazinətini itirir, iqtisadi, sosial mədəni-mənəvi disbalans yaranır. Cəmiyyətdə dəyişilmələr təkamül yolu ilə deyil, sıçrayışlar, çevrilişlər, inqilablar yolu ilə baş verdikdə insan ilə ictimai mühit arasında olduqca müxtəlif ziddiyyətlər ortaya çıxır.

Dövlət senzurası ləğv olunduqdan nəzarət funksiyası mətbuatın öz daxili əqidə mənəviyyat senzoruna həvalə edildikdən sonra mətbuat haqqında diskussiyalar, fikir mübadiləsi səngimək bilmir. Azad fikir azad söz şəraitində mətbuatın qarşısında özünü dərk etmək vəzifəsi qoyulmuşdur. Lakin bu, heç təkcə mətbuatın öz vəzifəsi olmayıb, bütün cəmiyyəti düşündürən aktual problemlərdən biridir. Mətbuat bazar iqtisadiyyatı şəraitində başlıca missiyasını unutmamalıdır. Peşəkar jurnalist cəmiyyət, xalq, millət qarşısında peşə borcunu vicdanla yerinə yetirməli, ictimai rəyin reallığa adekvat surətdə formalaşmasına nail olmalıdır. İctimai şüurun düzgün yönəldilməsi, hadisələrə ədalətli qiymət verilməsi üçün əvvəlcə jurnalistin özündən obyektiv məntiqi təhlil qabiliyyəti ədalət hissi tələb olunur.

Lakin bəzən "söz azadlığı" şüarının parıltısı fonunda meyarlar itir. Sözün daşıdığı həqiqət yükü, məsuliyyət arxa plana keçir söz özü gerçəklikdən ayrılmış dəyərə çevrilir. Məsuliyyət itdikdə, meyar unudulduqda söz meydanına girmək asan olur. Sözə haqlı da, haqsız da eyni imkanla malik olur. Haqq sözü ilə nahaq sözün ictimai rəyi formalaşdırmaq sahəsində bərabər imkanları yaranır. Düzgün seçim etmək məsuliyyəti yenə oxucunun üzərinə düşür. burada ənənəvi paradoksallıq yenə özünü göstərir. Bir tərəfdən, ictimai şüurun real səviyyəsi cəmiyyətin mövcud mənəvi durumu mətbuat üçün meyar olur. Digər tərəfdən, bu mətbuatın üzərinə ictimai şüuru inkişaf etdirmək vəzifəsi düşür. Bunun üçün isə ya jurnalistin mənəvi səviyyəsi cəmiyyətin orta mənəviyyat göstəricisindən heç olmazsa bir az yüksək olmalıdır, ya da o bu yüksəlişə cəmiyyətin elitasının mövqeyini kütlələrə çatdırmaqla nail olmalıdır.

Söz azadlığı ideyası təhrif edildikdə mütləqləşdirildikdə mətbuatı idarə edən ancaq bazar prinsipləri olur. Qəzeti maliyyələşdirmək hətta ondan mənfəət götürmək üçün sensasiyalı məqalələr dalınca qaçmaq, yalana, şantaja, təhqirə, ədəbsizliyə, pornoqrafik lövhələrə səxavətlə yer vermək bununla da qəzetin satılmasına nail olmaq, əlbəttə, ilk baxışda rahat yolla qazanc götürməyin bir üsulu sayıla bilər. Lakin bu, ancaq ilk baxışda belədir.

Əsl mətbuat bazar iqtisadiyyatının bütün təbəddülatlarından alnıaçıq çıxmalıdır. Əhalinin şüurlu təbəqəsinə ünvanlanan, insanların təfəkkür mədəniyyətini inkişaf etdirən, həqiqətən millətin tərəqqisinə xidmət edən qəzet, jurnal buraxmaq çətindir. Çox çətindir! Lakin başqa yol yoxdur! İtirilən, sərf olunan  milli mənafe və dəyərlər yox, şəxsi zəhmət, ilkin intellektual potensial olmalıdır.

Dünyada gedən bütün bu prosessləri dərk etmək, qələmin və ya telekanalların törətdiyi "mədəni" cinayətlərin qarşısını almaq üçün milli mətbuat və MTRŞ bütün qüvvələrini səfərbər edərək milli maraqları təmsil etmək və müdafiə etmək mövqeyində dayanmalıdır. KİV digər funksiyalarla yanaşı, gənc nəslin tərbiyəsi işində də məsuliyyət daşıdığını unutmamalıdır.

 

Xanhüseyn KAZIMLI,

ASRP-nin sədri,

Milli Məclisin deputatı,

iqtisad elmləri doktoru, professor

Azərbaycan.-2014.- 22 iyul.- S.6.