İtaliyanın “l’opinione”
xəbər portalı Prezident İlham
Əliyevin bu ölkəyə səfəri
ilə bağlı məqalə yayıb
İtaliyanın
“l’opinione” xəbər portalında Prezident İlham Əliyevin
bu ölkəyə rəsmi səfərinin və Azərbaycana
dair həqiqətlərin təhlil olunduğu yazı yerləşdirilib.
Yazıda
Azərbaycan Prezidentinin İtaliyaya rəsmi səfəri
zamanı keçirdiyi görüşlər, imzalanmış
sənədlər təhlil edilir, yerli KİV-in dövlət
başçısının bu səfərini uzun müddətdir
diqqət mərkəzində saxladığı qeyd edilir.
Məqalədə
Romada dünyanın ən önəmli arxeologiya komplekslərindən
biri olan Aleksandria ərazisində qazıntıların
aparılmasına Azərbaycan tərəfindən maddi
yardımın göstərilməsi ilə bağlı sənədin
imzalanmasının əhəmiyyəti xüsusi
vurğulanır. Müəllif Azərbaycan tərəfindən
Romada arxeoloji qazıntıların aparılmasına göstərilən
yardımın Azərbaycan dövlətinin və
xalqının bəşəriyyətə məxsus mədəni
dəyərlərin qorunmasına verdiyi önəm olduğunu
bildirir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunulan məqalədə
Avropa ölkələrinin bütün vətəndaşlarının,
o cümlədən İtaliya xalqının problemlə
bağlı daha çox məlumatlandırılmasının
zəruriliyi vurğulanır. Yazıda münaqişə nəticəsində
Azərbaycanda bir milyondan artıq insanın qaçqın və
məcburi köçkünə çevrildiyi
vurğulanır, 1992-ci ilin fevralında Ermənistan silahlı
qüvvələrinin Xocalı soyqırımını
törətdiyi diqqətə çatdırılır.
Azərbaycan.-2014.- 22 iyul.- S.8.