Bakıda “Şərq tərəfdaşlığı”
ölkələrində “Mədəniyyət”
proqramı
çərçivəsində seminar keçirilir
İyulun
21-də Avropa İttifaqının “Şərq tərəfdaşlığı”
ölkələrində “Mədəniyyət” proqramı
çərçivəsində Bakıda Şərq tərəfdaşlığı
regionunda mədəniyyət sahəsində islahatları dəstəkləmək
üçün mədəniyyət siyasəti ilə
bağlı təcrübə mübadiləsinə dair ikinci
seminar keçirilir.
AzərTAc
xəbər verir ki, “Şərq tərəfdaşlığı”nın
“Mədəniyyət” proqramının monitorinq və
institusional inkişaf bürosunun və Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin
birgə təşkilatçılığı ilə
reallaşdırılan seminar “Azərbaycanın mədəniyyət
strategiyası: strategiya mədəniyyət layihələrini
necə müəyyən edir və layihələr strategiyaya
necə təsir göstərir” mövzusunu əhatə edir.
Açıq
sessiyada seminara 40 daimi iştirakçısı ilə
yanaşı, mədəniyyət təşkilatlarından
30-a yaxın nümayəndə də qatılıb.
Sessiyanın
məqsədi Azərbaycanın mədəniyyət
sferasında konkret milli təcrübəyə xüsusi diqqət
yetirmək və ölkənin mədəniyyət siyasətinin
prioritet istiqamətlərini və onun həyata keçirilməsinə
yanaşmaları öyrənməkdir.
Sessiyanın
açılışında mədəniyyət və turizm
nazirinin müavini Sevda Məmmədəliyeva
çıxış edərək seminar
iştirakçılarını salamlayaraq ölkəmizin
Avropa İttifaqı ilə əlaqələrindən söhbət
açdı.
O, Azərbaycanda
mədəniyyət sahəsinə göstərilən diqqət
və qayğıdan danışaraq qeyd etdi ki, son 3 ildə ölkədə
19 muzey bərpa edilib. Yaxın günlərdə Xalça
muzeyi istifadəyə veriləcək. S.Məmmədəliyeva,
həmçinin işğal altında olan ərazilərimizdə
yerləşən mədəniyyət obyektləri barədə
də məlumat verdi.
Nazir
müavini mədəniyyət siyasətini əsas
götürən seminarın “Şərq tərəfdaşlığı”
ölkələrində keçirildiyini vurğuladı.
Seminarda
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın mədəniyyət
konsepsiyasının əsas məqsədini yazılı şəkildə
təqdim edib.
“Şərq
tərəfdaşlığı”nın “Mədəniyyət”
proqramının monitorinq və institusional inkişaf
bürosunun rəhbəri Luçano Qloor bildirdi ki, sessiyada Azərbaycanın
mədəniyyət konsepsiyası müzakirə olunacaq.
Sonra seminar plenar
iclaslarla işini davam etdirdi.
İyulun 24-dək davam edəcək seminarda mədəni strategiyanın təbliğatı
ilə bağlı müzakirəyə təklif
olunan suallar iştirakçılara Azərbaycanın
nümunəsində strategiyanın
təcrübə ilə
əlaqəsini öyrənməyə
imkan yaradacaq. Onlar konkret
layihələri müzakirə
etməklə mədəni
strategiyanın təcrübəni
və layihələri
necə formalaşdırdığını,
eyni zamanda təcrübənin strategiyanı
necə formalaşdırdığını
analiz edib başa düşə bilərlər. Müzakirə zamanı əsas diqqət mədəniyyət
sənayesi, incəsənət
sahəsində alternativ
təhsil, mədəni
turizm və rəqəmsal texnologiyalar
kimi məsələlərə
yönəldiləcək.
Azərbaycan.-2014.-
22 iyul.- S.9.