Cəfər Cabbarlı parkında yenidənqurma
işlərindən
sonra yaradılan şəraitlə
tanışlıq
Prezident İlham Əliyevin
Xızı rayonuna səfəri
İyulun
22-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Xızıya səfəri çərçivəsində
Cəfər Cabbarlı parkında yenidənqurma işlərindən
sonra yaradılan şəraitlə tanış olub.
İqtisadiyyatın
güclənməsi nəticəsində əldə edilən
gəlirlər hesabına regionların sosial-iqtisadi tərəqqisinə
yönəldilən tədbirlərin sayı xeyli artıb. Bu
tədbirlər sırasında yeni park, xiyaban və istirahət
mərkəzlərinin salınmasına və ya günün tələbləri
səviyyəsində yenidən qurulmasına xüsusi diqqət
yetirilir. Müasir səviyyədə yenidən qurulan parklardan
biri də Xızıdakı Cəfər Cabbarlı
parkıdır. Bu istirahət məkanının yenidən
qurulması sosial məna daşımaqla yanaşı, həm
də mənəvi əhəmiyyətə malikdir. Bu park həm
də Xızıda doğulmuş Azərbaycanın görkəmli
dramaturqu Cəfər Cabbarlının xatirəsinə olan
ehtiramı nümayiş etdirir. Bu tədbirlər bir daha
sübut edir ki, Azərbaycan dövləti görkəmli şəxsiyyətlərinin
xatirəsinə daim böyük hörmətlə
yanaşır, onların fəaliyyətlərini gələcək
nəsillərə çatdırmaq və gələcək nəsillərdə
dünya səviyyəli azərbaycanlıların xatirəsinə
sevgi aşılamaq üçün tarixi işlər
görür.
Dövlətimizin
başçısı Cəfər Cabbarlının parkda
ucaldılmış abidəsi önünə gül dəstəsi
qoydu.
Azərbaycan
Prezidentinə parkda aparılan abadlıq-quruculuq işləri
barədə ətraflı məlumat verildi. Bildirildi ki,
ümumi sahəsi 5800 kvadratmetr olan parkda sakinlərin istirahəti
üçün hərtərəfli şərait
yaradılıb, geniş yaşıllıq zolağı
salınıb. Parkda aparılan yenidənqurma işləri
zamanı ən xırda detallar da nəzərə
alınıb. Bunun nəticəsidir ki, park Xızının ən
gözəl və görkəmli yerlərindən birinə
çevrilib. Burada yaradılan şərait həm də
ümumilikdə rayonda aparılan abadlıq-quruculuq işlərinin
həcmini aydın göstərir. Azərbaycan teatr sənətinin
inkişafında böyük xidmətləri olmuş,
görkəmli dramaturq Cəfər Cabbarlının adını
daşıyan bu parkda yaradılan şərait istər rayon
sakinlərinin, istərsə də Xızıya gələn
qonaqların istirahətinin mənalı təşkili
üçün geniş imkanlar açır.
AzərTAc
Azərbaycan.-2014.- 23 iyul.- S.3.