Prezident İlham
Əliyev Xızı şəhərində inşa
edilmiş
25 fərdi evdə yaradılan şəraitlə
tanış olub
Prezident İlham Əliyevin
Xızı rayonuna səfəri
İyulun
22-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Xızı şəhərində inşa edilmiş
25 fərdi evdə yaradılan şəraitlə tanış
olub.
Azərbaycan
yeganə ölkələrdəndir ki, təbii fəlakətlər
zamanı evləri dağılmış insanlara dövlət
vəsaiti hesabına yeni mənzillər tikilir. Xızı
şəhərində də müxtəlif təbii proseslər
zamanı 25 fərdi ev qəzalı vəziyyətə
düşmüşdü. Dövlətimizin
başçısının göstərişinə əsasən
həmin evlərin sahibləri üçün dövlət vəsaiti
hesabına yeni evlər inşa olunub. Bu işlər qısa
zamanda, həm də yüksək keyfiyyətlə həyata
keçirilib. Belə tədbirlər Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin
həyata keçirdiyi siyasətin mərkəzində insan
amilinin durduğuna daha bir əyani misal, “Mən hər bir azərbaycanlının
prezidenti olacağam”, - deyən dövlətimizin
başçısının fəaliyyətinin real nəticələridir.
Həyata keçirilən bu layihələr Azərbaycan
dövlətinin ilk növbədə vətəndaşların
sosial-rifah halının və mənzil-məişət şəraitinin
yaxşılaşdırılması naminə
gördüyü işlər sırasındandır. Bu, həm
də Azərbaycanın iqtisadi gücünü və
potensialını nümayiş etdirir.
Bildirildi
ki, bu yeni massivin sakinlərinin əvvəlki evləri rayonda
müxtəlif illərdə baş vermiş ekzogen proseslər,
o cümlədən qeyri-normal yağıntı, torpaq
sürüşməsi, çökmə nəticəsində
yaşayış üçün yarasız vəziyyətə
düşüb. İkimərtəbəli evlərdə hər
cür şərait yaradılıb. Dördotaqlı evlərin
hər birinin 7 sot həyətyanı torpaq sahəsi var. Yeni
massiv bütün infrastrukturla təchiz edilib. Ərazidə
geniş abadlıq işləri görülüb, istirahət
guşəsi və uşaq əyləncə
meydançası yaradılıb.
AzərTAc
Azərbaycan.-2014.- 23 iyul.- S.3.