Gəncə uğurlarını artırır

 

Gəncədə 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirmişdir ki, son illər şəhərin sosial-iqtisadi həyatının bütün sahələrində müşahidə olunan inkişaf dinamikası 2014-cü ilin birinci yarısında da saxlanılmış, ayrı-ayrı sahələr üzrə yüksək göstəricilər əldə olunmuşdur. İlin birinci yarısı ərzində Gəncədə istehsal edilmiş ümumi məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq 285,3 milyon manat təşkil etmişdir.

Qeyd edilmişdir ki, ümumi daxili məhsulun 32,4 faizi sənayenin, 0,1 faizi kənd təsərrüfatının, 15,1 faizi tikinti-quraşdırma işlərinin, 12,1  faizi nəqliyyatın, 0,8 faizi informasiya və rabitə  sahələrinin, 39,5 faizi ticarət və xidmət sahələrinin payına düşmüşdür. 2014-cü ilin birinci yarısında şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əməkhaqqı 313,2 manat olmaqla 2013-cü ilin müvafiq dövrünə nisbətən 5,9 faiz artmışdır.

Şəhərin sənaye müəssisələrində 2013-cü ilin birinci yarısı ilə müqayisədə istehsalın həcmi 5,1 faiz artmış, 92 milyon 500 min manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.

Yığıncaq iştirakçılarının nəzərinə çatdırılmışdır ki, 2014-cü ilin birinci yarısında məhsul istehsalı və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Gəncə Avtomobil Zavodunda, "Gəncə-Şərab-2", "Cihazqayırma zavodu" ASC-lərdə, MTK "Gəncə-Tekstil" filialında, "ELBA" MMC və digər müəssisələrdə artım müşahidə olunub. Ümumi istehsalın 87,8 faizi sənaye məhsulu istehsalının, 12,2 faizi sənaye xarakterli xidmətlərin hesabına yaranmışdır.

Tədbirdə xüsusi vurğulanmışdır ki, ölkə Prezidentinin dəstəyi ilə Gəncə şəhərində dəmir istehsalından tutmuş polad istehsalına qədər və "DEAT.AL Alüminium" MMC-nin Gəncə Alüminium Zavodunun bazasında alunit filizinin hasilatından alüminium istehsalına qədər bütün mərhələləri əhatə edən parkların yaradılması nəzərdə tutulurbu istiqamətdə işlər ardıcıllıqla aparılır.

Bildirilmişdir ki, "Gəncə-Qənnadı" ASC-ni

n Süd Emalı Zavodunda texnoloji proses və quraşdırılmış avadanlıq test sınağından müvəffəqiyyətlə keçmişdir. Müəssisə istifadəyə tam hazırdır. "Gəncə Tekstil" ASC-də yeni açılan əllə toxunma xalça sexində quraşdırılan 18 xanəgahda 25 nəfər çalışır.

Gəncə Avtomobil Zavodu İB ilə "Minsk Təkərli Dartıcılar Zavodu" ASC arasında bağlanmış müqaviləyə əsasən bu ilin may ayından zavodda ağırtonnajlı yüklərin daşınması üçün qoşqu və yarımqoşquların istehsalına başlanılmışdır.

Şəhərin I mikrorayon yaşayış massivində gündəlik istehsal gücü 50 ton olan müasir çörək zavodunun inşası, "Gəncə Şərab-2" ASC-də şərab emalı istehsalat sahəsində yenidənqurma işləri davam etdirilir.

Aparıcı sahələrdən olan tikinti sektoru da davamlı inkişaf etməkdədir. Gənclərin və bütün gəncəlilərin sevimli məkanına çevrilmiş Heydər Əliyev parkında 4 min kvadratmetr ərazidə əyləncə mərkəzinin və qış parkının tikintisi davam etdirilir. Prezidentin xeyir-duası ilə təməli qoyulmuş Gəncə Dövlət Filarmoniyasının inşası sürətləndirilib, Gəncə Olimpiya parkının tikintisi də qaydasında davam etdirilir.

İlin əvvəlindən bir sıra sosialyönümlü obyektlər, ümumi sahəsi 7 min 551 kvadratmetr fərdi yaşayış evləri, digər qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilmişdir. Yüzə yaxın sosial xidmət və fərdi yaşayış evlərinin inşası isə davam etdirilir. Yeni inşa edilən beynəlxalq avtovağzalın bu ilin sentyabr ayında istifadəyə verilməsi gözlənilir.

Yığıncaqda şəhərin lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məsələlərinə də toxunularaq qeyd edilmişdir ki, Heydər Əliyev prospektində, Abbas Səhhət, Vəli Xuluflu küçələrində və Yeni Gəncə yaşayış massivində istismar müddəti bitmiştexniki təhlükəsizlik tələblərinə cavab verməyən çoxmərtəbəli binalarda köhnələrin əvəzinə 70 ədəd yeni lift quraşdırılıb, 3 lift əsaslı, 52 lift isə cari təmir olunub. Şəhərin müxtəlif ərazilərində, məhəllələrdə, qəsəbə və yaşayış massivlərində yeni yaşıllıq zolaqlarının salınmasına da ciddi fikir verilir.

Müharibə əlilləri və şəhid ailələrinin, bu kateqoriyadan olan aztəminatlı ailələrin, həmçinin şəhərdə məskunlaşmış məcburi köçkünlərin mövcud çətinliklərinin aradan qaldırılması məsələlərinə də toxunulmuşbildirilmişdir ki, Hacıkənd qəsəbəsində məskunlaşmış 519 məcburi köçkün ailəsi üçün Hacıməlik kəndinin yaxınlığında 60 hektar ərazidə fərdi evlər inşa edilir.

E.Vəliyev şəhərdə sahibkarlığın inkişafı üçün yaradılan şəraitdən, adamlarına göstərilən dövlət dəstəyindən də söz açmışdır. Bildirmişdir ki, ilin birinci yarısında şəhər üzrə sahibkarlıq sahəsində 1835 şəxs qeydiyyata alınıb ki, bunlardan da 68-i hüquqi, 1767-si fiziki şəxs olub. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına şəhər üzrə 9 sahibkarlıq subyektinə verilmiş 615 min manat güzəştli kredit hesabına 20 yeni yerinin açılacağı da gözlənilir. O da qeyd edilmişdir ki, bu ilin birinci yarısında 2405-i daimi olmaqla, 2665 yeni yeri açılıb.

Tədbirdə xüsusi vurğulanmışdır ki, regionların sosial-iqtisadi inkişafına dair III Dövlət Proqramında Gəncə şəhəri üzrə nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli icrası üçün əməli görülür.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2014.- 23 iyul.- S.10.