Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin)
formalaşması və tətbiqi üzərində dövlət
nəzarətinin təmin edilməsi Qaydaları"nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
№ 245 Bakı şəhəri,
16 iyul 2014-cü il
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1246) ilə təsdiq edilmiş "Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları"nın 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1-ci bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin və üçüncü abzası ləğv edilsin:
"Növbəti və növbədənkənar dövlət nəzarəti "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.".
2. 3.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
"3.4. Dövlət nəzarətinin həyata keçirilməsinin nəticələri "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq rəsmiləşdirilir.".
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 24 iyul.- S.1.