Ağdam rayonunun işğalının 21-ci ildönümü

 ilə əlaqədar anım tədbiri keçirilib

 

İyulun 23-də Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların təmsilçiləri, ziyalılar iştirak ediblər.

Əvvəlcə “Ağrılı və qürurlu yaddaş, yaxud Azərbaycanın Ağdamı” adlı sənədli film nümayiş etdirilib.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov rayonun tarixindən, işğal nəticəsində Ağdama dəymiş ziyandan, müharibə dövründə ağdamlıların göstərdikləri qəhrəmanlıqlardan danışıb.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış problemlərdən, bu problemlərin aradan qaldırılması istiqamətində Azərbaycan dövlətinin gördüyü işlərdən bəhs edib.

 

Azərbaycan.-2014.- 24 iyul.- S.3.