Azərbaycan Respublikasında insan alverinə
qarşı
mübarizəyə dair 2014-2018-ci
illər üçün Milli Fəaliyyət Planı
Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il
24 iyul tarixli Sərəncamı ilə
təsdiq edilmişdir
1. Giriş
Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqlarının, respublikanın vətəndaşları üçün layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğunu qeyd edərək,
2009-cu il 6 fevral tarixli "Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı"na uyğun həyata keçirilən tədbirlərin davamı olaraq,
insan alverinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarını rəhbər tutaraq,
insan alveri cinayətlərinin insan hüquq və azadlıqlarına ciddi təhlükə yaratdığını, insan hüquqlarını pozduğunu, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olduğunu nəzərə alaraq,
qanunvericiliklə müəyyən edilmiş məqsədlərlə yanaşı, insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətinə imkan verən səmərəli sistemin təmin edilməsi məqsədi ilə,
insan alverinə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın, bu mübarizənin ən yüksək səviyyədə təşkil edilməsi üzrə beynəlxalq tədbirlərdə fəal iştirakın zəruriliyini vurğulayaraq,
insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən təşəbbüsləri dəstəkləyərək, Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı (bundan sonra - Milli Fəaliyyət Planı) qəbul edilir.
2. Milli Fəaliyyət Planının məqsədi və həyata keçirilməsi prinsipləri
2.1. Milli Fəaliyyət Planının məqsədi aşağıdakı istiqamətlər üzrə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsidir:
2.1.1. şəxsiyyətin və cəmiyyətin insan alverinin bütün formalarından qorunması;
2.1.2. insan alverinin səbəblərinin, insan alverinə şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması;
2.1.3. şəxslərin insan alverinin qurbanına çevrilməsi riskinin azaldılması, insan alverinə məruz qala bilən həssas əhali qruplarının sosial müdafiəsinin təmin edilməsi;
2.1.4. insan alverinin bütün formalarının aşkar edilməsi və qarşısının alınması, habelə nəticələrinin aradan qaldırılması;
2.1.5. insan alveri qurbanlarının müdafiəsi, hüquqlarının bərpası və sosial reabilitasiyasının təmin edilməsi;
2.1.6. insan alveri qurbanlarının və potensial qurbanlarının həyat səviyyəsinin yaxşılaşdırılması üçün lazımi şəraitin yaradılması;
2.2. Milli Fəaliyyət Planı qeyd edilən məqsədlərə nail olunması üçün əsas vəzifələri (tədbirləri), onların icra edilməsində müxtəlif qurumların (icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq tərəfdaşlar və digər qurumlar) iştirakını, bu qurumların fəaliyyətinin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator (bundan sonra - Milli Koordinator) tərəfindən əlaqələndirilməsini və insan alverinə qarşı mübarizə sahəsində digər tədbirləri nəzərdə tutur.
2.3. İnsan alverinə qarşı mübarizə aparan bütün qurumlar Milli Fəaliyyət Planı üzrə müəyyən olunmuş tədbirləri aşağıdakı prinsipləri rəhbər tutmaqla həyata keçirirlər:
2.3.1. insan alveri qurbanlarının cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması;
2.3.2. insan alveri qurbanlarının təhlükəsizliyinin və onlarla nəzakətli rəftarın təmin edilməsi;
2.3.3. insan alverinə görə cəzanın labüdlüyü;
2.3.4. hüquqi, siyasi, sosial-iqtisadi və təşkilati xarakterli profilaktik tədbirlərin həyata keçirilməsi;
2.3.5. insan alverinə qarşı mübarizəyə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi;
2.3.6. insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi;
2.3.7. vəzifələrin "yalnız zəruri məlumatlara malik olma" prinsipinə əsaslanmaqla icra edilməsi.
3. İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericilik tədbirləri
3.1. İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunundan və digər qanunvericilik aktlarından ibarətdir.
3.2. İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdən, o cümlədən "İnsan alverinə qarşı mübarizə haqqında" Avropa Şurası Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə bu sahədə beynəlxalq təcrübələr nəzərə alınmaqla müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsi təmin ediləcəkdir.
3.3. 2008-ci il noyabrın 17-də Azərbaycan Respublikasının qoşulduğu "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının ratifikasiya edilməsi və şəxslərin insan alverinin qurbanına çevrilməsi riskinin azaldılması məqsədi ilə həssas qrupa aid olan qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq işlər görüləcəkdir.
3.4. "İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları"nın, "İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)"nın, "İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları"nın, "İnsan alveri qurbanlarına kömək fondu haqqında Əsasnamə"nin, "İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram"ın və digər aidiyyəti normativ hüquqi aktların təkmilləşdirilməsi nəzərdə tutulur.
4. İnsan alverinin qarşısının alınması və profilaktikasının gücləndirilməsi
4.1. İnsan alverinin qarşısının alınması qanunvericilik çərçivəsində xüsusi tədbirlər sistemi əsasında təşkil edilir.
4.2. İnsan alverinin qarşısının alınması məqsədi ilə müvafiq sosial təbəqələr üzrə maarifləndirmə və təbliğat işinin təşkil edilməsi təmin olunur, insan alveri qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırma həyata keçirilir.
4.3. İnsan alveri cinayətlərindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına xidmət edən "qaynar xətt" barədə ictimaiyyətin məlumatlandırılması davam etdiriləcək, xidmətdə çalışan operatorlara mütəmadi təlim keçirilməsi, bu xətlərin təhlükəsizliyinin və ondan istifadə edən şəxslərin konfidensiallığının, həmçinin xidmətin təşkilati-texniki imkanlarının artırılmasının təmin edilməsi üçün müvafiq tədbirlər görüləcəkdir.
4.4. İnsan alveri probleminin mahiyyəti, onun qarşısının alınması barədə metodik-tədris vəsaitlərinin hazırlanması, insan alverinə qarşı mübarizəyə dair elmi tədqiqatların aparılmasının təmin edilməsi və əldə edilmiş nəticələrdən mübarizə tədbirlərinin səmərəsini artırmaq üçün istifadə edilməsi nəzərdə tutulur.
4.5. Uşaq əməyinə dair müvafiq beynəlxalq konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə tədbirlər gücləndiriləcəkdir.
4.6. Qanunsuz miqrasiyanın, məcburi əməyin və insan alverinin qarşısının alınması, onun qurbanlarının və potensial qurbanlarının müəyyən edilməsi məqsədi ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə monitorinqlərin, yoxlama tədbirlərinin həyata keçirilməsi, insan alverinə şərait yaradan halların müəyyənləşdirilməsi və bu halların aradan qaldırılması istiqamətində işlərin görülməsi, əmək miqrasiyasına nəzarətin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
4.7. İnsan alverinin qurbanı olma riskinin azaldılması məqsədi ilə sosial cəhətdən həssas ailələrin və daimi yaşayış yerindən məhrum şəxslərin yerli icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata götürülməsi və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara yönəldilməsi, insan alverinin potensial qurbanlarının ictimai-faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi istiqamətində zəruri tədbirlər görüləcəkdir.
4.8. Kütləvi informasiya vasitələrinin, internet səhifələrinin mütəmadi monitorinqini aparmaqla, insan alveri ilə bağlılığı ola biləcək şübhəli təkliflərin mahiyyətinin öyrənilməsi və müvafiq tədbirlərin görülməsi, habelə ölkədaxili və beynəlxalq əməkdaşlıq imkanlarından istifadə etməklə, insan alverinə qarşı mübarizəni və sosial reabilitasiyanı həyata keçirən dövlət orqanlarının əməkdaşları və vətəndaş cəmiyyəti nümayəndələri üçün xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulur.
5. İnsan alveri cinayətlərinə qarşı cinayət təqibi
5.1. İnsan alveri cinayətlərinin təqibi həmin cinayətlərin müəyyən edilməsi, insan alverçisinin ifşa olunması, ona ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiəsi, insan alverçisinə cəza təyin edilməsi, zəruri olduqda isə prosessual məcburiyyət tədbirlərinin həyata keçirilməsindən ibarətdir.
5.2. İnsan alveri cinayətlərinə qarşı cinayət təqibini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin (bundan sonra - Baş İdarə) fəaliyyətini gücləndirmək və əməkdaşlarının peşəkarlıq səviyyəsini yüksəltmək üçün tədbirlər həyata keçiriləcəkdir.
5.3. İnsan alverinə qarşı mübarizə üzrə şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəxslərin müdafiəsi işini təkmilləşdirmək və istintaq üçün faydalı olan informasiyanın verilməsini stimullaşdırmaq üçün tədbirlər görülməsi nəzərdə tutulur.
5.4. İnsan alveri cinayətlərinə qarşı cinayət təqibini həyata keçirən orqanlar arasında əməkdaşlığın təkmilləşdirilməsi, səmərəli məlumat və təcrübə mübadiləsinin təmin edilməsi, insan alverinə qarşı mübarizə sahəsində yaranan problemlərin birgə öyrənilməsi təşkil ediləcək, əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin həyata keçirilməsi üzrə beynəlxalq əməkdaşlıq genişləndiriləcəkdir.
5.5. Transmilli mütəşəkkil cinayətkar qrupların insan alverçiləri ilə əlaqələrinin müəyyən edilməsi, habelə insan alveri ilə bağlı transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması, onun aşkar edilməsi və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin gücləndirilməsi nəzərdə tutulur.
5.6. Respublika daxilində insan alveri və məcburi əmək qurbanlarının, o cümlədən insan alverinin qurbanı olan uşaqların, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin müəyyən edilməsi üçün müvafiq tədbirlər görüləcək, miqrantları məcburi əməyə cəlb edən insan alverçilərinə (fiziki və ya hüquqi şəxslərə) qarşı mübarizə gücləndiriləcək, insan alveri ilə bağlı istismar əlaməti müəyyən edilən hər bir əməlin cinayət təqibi aparılacaq, insan alveri cinayəti yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın (insan alverinin törədilməsi nəticəsində birbaşa və ya dolayısı ilə əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak, mülkiyyət hüquqlarını təsdiq edən hüquqi sənədlər) leqallaşdırılmasına qarşı mübarizə tədbirləri gücləndiriləcəkdir.
6. İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası
6.1. İnsan alveri qurbanlarının sosial reabilitasiyası, cəmiyyətə reinteqrasiyası onların normal həyat tərzinə qaytarılması məqsədi ilə həyata keçirilir və insan alveri qurbanlarına hüquqi yardım göstərilməsi, onların təhsilinin davam etdirilməsi, psixoloji, tibbi və peşə reabilitasiyası üçün müvafiq tədbirlər görülməsi, həmin şəxslərin işlə və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə olunmasını nəzərdə tutur.
6.2. İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən, onların Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə təsbit edilmiş insan və vətəndaş hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına və yaxud iradələrinə zidd reabilitasiya tədbirlərinin tətbiq edilməsinə yol verilmir, qurbanların, xüsusilə uşaqların yaşı, cinsi və tələbatı, o cümlədən sığınacağa, təhsilə və qayğıya olan ehtiyacları nəzərə alınır.
6.3. Cinayət təqibi orqanının müraciətinə əsasən, dövlət orqanları öz səlahiyyətləri daxilində, sığınacaqlar və yardım mərkəzləri isə öz funksiyaları çərçivəsində insan alveri qurbanlarına yardım göstərilməsi işini davam etdirəcəklər.
6.4. İnsan alveri qurbanları üçün regionlarda yeni sosial reabilitasiya, sosial xidmət və yardım mərkəzlərinin, sığınacaqların yaradılması və onlara hüquqi, tibbi, psixoloji, sosial və digər yardımların təmin edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, insan alveri probleminin yerlərdə sosial-psixoloji aspektlərinin öyrənilməsi, bu vəziyyəti yaradan səbəblərin müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə müvafiq tədbirlərin görülməsi, insan alveri qurbanlarına və potensial qurbanlarına ayrılmış stasionar və ya ambulator tipli müəssisələrdə tibbi yardım göstərilməsinin davam etdirilməsi, zərurət yarandıqda, bu müəssisələrə ixtisaslı mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulur.
6.5. İnsan alveri qurbanları üçün xüsusi müəssisələrdə (sığınacaq və yardım mərkəzləri) qurbanlara və potensial qurbanlara tibbi, psixoloji və digər yardımların göstərilməsinə məsul olan mütəxəssislərin sayının artırılması və onlara müvafiq təlimlərin keçilməsi, insan alveri qurbanlarının, həmçinin potensial qurbanlarının əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili, məşğulluq probleminin həlli istiqamətində tədbirlər görülməsi nəzərdə tutulur.
6.6. İnsan alverinin qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkilinə, qurbanlara hüquqi yardım göstərilməsinə və onların sosial reabilitasiyasına qeyri-hökumət təşkilatlarının cəlb olunması işi davam etdiriləcəkdir.
7. İnsan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşaqlara göstərilən yardımın və onların müdafiəsinin təkmilləşdirilməsi
7.1. İnsan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşağa yardım göstərilərkən onun mənafeləri üstün tutulmalı, "İnsan alverinə qarşı mübarizə haqqında" və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasına, habelə Azərbaycan Respublikasının digər qanunlarına və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, uşağın hüquqlarının və qanuni maraqlarının qorunması üçün müvafiq tədbirlər görülməlidir. Bu normativ hüquqi aktlarla yanaşı, yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında qanunvericiliyin müddəaları rəhbər tutulmaqla, insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası xüsusi tərtib edilmiş proqramlar əsasında həyata keçiriləcək.
7.2. Qəyyumluq və himayə orqanları, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar insan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşaqların hüquq və mənafelərinin qanunvericiliyə uyğun olaraq qorunmasında, onların sosial reabilitasiyasının həyata keçirilməsində yaxından iştirak edərək müvafiq tədbirlər görəcəklər.
7.3. Dövlətin himayəsində olan uşaqların yetkinlik yaşına çatdıqdan sonra insan alveri riski qrupuna daxil olmaması məqsədi ilə onlara sosial-hüquqi və sosial-psixoloji xidmətlər, sosial-məsləhət yardımı göstərilməsi, insan alverinin qurbanı olmuş uşaqların təhsillərini davam etdirmək imkanlarının təmin edilməsi, müvəqqəti sığınacaqlarda yaşayan uşaqların təhsilinin həmin yerlərdə təşkil edilməsi, insan alverinin qurbanı olmuş uşaqların ümumtəhsil məktəblərində təhsil aldıqları müddətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması üçün tədbirlər görülməsi, uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlər aparılması, təhsildən yayınan və sosial cəhətdən həssas uşaqların reabilitasiyası üzrə tədbirlərin görülməsi nəzərdə tutulur.
7.4. Övladlığa, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrdə monitorinqi aparılacaq və bu məqsədlə yerlərdə monitorinq qrupları yaradılacaq, şəxsiyyəti təsdiq edən sənədi olmayan uşaqların müvafiq sənədlərlə təmin edilməsinə kömək göstəriləcək, uşaqlarla işləyən sosial iş institutunun formalaşması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcəkdir.
8. İnsan alveri qurbanlarının müdafiəsi
8.1. İnsan alverindən zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin edilməsi "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" və "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçirilir və tətbiq olunan təhlükəsizlik tədbirləri təhlükə tam aradan qalxanadək davam etdirilir.
8.2. Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və konsulluqları səlahiyyətləri daxilində və yerləşdikləri ölkənin qanunvericiliyinə uyğun olaraq, insan alverinin qurbanı olan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsini həyata keçirməyə davam edəcəklər.
9. Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin, insan alverinə qarşı mübarizə üzrə dəstəyin və resursların əlaqələndirilməsi
9.1. Milli Fəaliyyət Planı həmçinin, insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətinə imkan verən səmərəli sistemi təmin etmək məqsədi daşıyır. Milli Koordinator Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxs olaraq, iştirakçıların qarşılıqlı əməkdaşlığının vahid sistemini yaratmaq və bu qurumlar arasında məlumat mübadiləsini təmin etmək məqsədi ilə ümumi fəaliyyəti əlaqələndirir.
9.2. Milli Koordinator Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi üzrə müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının dəstəyini əlaqələndirir, Milli Fəaliyyət Planının icrasından irəli gələn tələbatı müəyyən edərək, həlli üçün müvafiq tədbirlər görür, insan alverinə qarşı mübarizə vəziyyəti ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinə və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) illik məlumat təqdim edir və Milli Fəaliyyət Planında nəzərdə tutulan vəzifələrin icrası istiqamətində digər funksiyaları həyata keçirir.
9.3. Milli Fəaliyyət Planında göstərilən tədbirlərin həyata keçirilməsi zamanı donor dəstəyinin (informasiya, metodiki, təşkilati, maddi, konsultativ və s. dəstəyin) əlaqələndirilməsi, müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının, beynəlxalq təşkilatların və digər tərəfdaşların resurslarından birgə istifadənin həyata keçirilməsini ehtiva edir.
9.4. Milli Koordinator Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı donor təşkilatlarla əməkdaşlığı gücləndirəcəkdir.
10. İnsan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi
10.1. Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində digər dövlətlərlə, xüsusən təyinat və mənbə ölkələrinin hüquq mühafizə və başqa dövlət orqanları ilə, habelə aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirəcəkdir.
10.2. İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün yaradılmış idarələrarası komissiyanın iclaslarına və qeyri-hökumət təşkilatları ilə keçirilən görüşlərə insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən və tərəfdaş olan beynəlxalq təşkilatların nümayəndələrinin dəvət edilməsi davam etdiriləcəkdir.
10.3. İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə yaradılmış müxtəlif dövlət orqanlarının nümayəndələrindən ibarət İşçi Qrupu dövlət orqanları, vətəndaş cəmiyyəti nümayəndələri ilə və beynəlxalq tərəfdaşlarla yaxından əməkdaşlıq edəcəkdir.
10.4. İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması, eləcə də yaş həddinə görə internat evlərini və digər alternativ qayğı müəssisələrini tərk etmək məcburiyyətində qalan valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan gənclərin sosial-məişət problemlərinin həlli istiqamətində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq təkliflər verilməsi nəzərdə tutulur.
11. İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə
11.1. İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə və təbliğat işinin təşkili insan alverinin profilaktikası üzrə tədbirlər sisteminə daxildir.
11.2. Ölkəyə daxil olan şəxslərin insan alveri təhlükəsi barədə məlumatlandırılması üçün mütəmadi tədbirlərin görülməsi və bu məqsədlə hazırlanmış maarifləndirici vəsaitlərin sərhəd və gömrük keçid məntəqələrində paylanılması təmin ediləcək, insan alverinin qarşısının alınması məqsədi ilə müxtəlif nəşrlərin hazırlanması, sosial reklamların, qısametrajlı filmlərin çəkilməsi və nümayiş etdirilməsi üzrə tədbirlər həyata keçiriləcəkdir.
11.3. Təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirmə tədbirləri davam etdiriləcək, xüsusilə uşaq əməyinin istismarının baş verməməsi məqsədi ilə özəl qurumlarda müvafiq təbliğat və maarifləndirmə işləri aparılacaqdır.
11.4. İnsan alverinin və qanunsuz miqrasiyanın mahiyyətinə, onların müxtəlif təzahür formalarına dair kütləvi informasiya vasitələrinin əməkdaşları üçün sahə mütəxəssislərinin iştirakı ilə kursların təşkili, belə məlumatların kütləvi informasiya vasitələrində işıqlandırılması xüsusiyyətləri ətrafında müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulur.
11.5. Respublika ərazisində fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri üçün maarifləndirmə tədbirləri keçiriləcək, müxtəlif növ maarifləndirici materiallar turizm şirkətlərinə paylanılacaqdır.
12. Milli Fəaliyyət Planının maliyyələşdirilməsi
Milli Fəaliyyət Planında göstərilən tədbirlərin icrası üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsaitlər, büdcədənkənar vəsaitlər, qrantlar, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
13. Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı
TƏDBİRLƏR PLANI
Sıra
¹-si
Tədbirin adı
İcraçı orqanlar
İcra müddəti
(illər üzrə)
1
2
3
4
13.1. İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericilik tədbirləri
13.1.1.
Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, o cümlədən “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasından irəli gələn tələblər nəzərə alınmaqla, insan alverinə qarşı mübarizə sahəsini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi
Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti
2014-2016
13.1.2.
“Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının ratifikasiya edilməsi üçün tədbir görülməsi
Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi
2016
13.1.3.
İnsan alverinin qurbanı olma riskinin azaldılması məqsədi ilə həssas qrupa aid qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində təkliflər hazırlanması
Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi
2015
13.1.4.
Uşaqların internet və mobil telefon vasitələrindən təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədi ilə təkliflər hazırlanması
Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Təhsil Nazirliyi
2015
13.1.5.
“İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nın və “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın təkmilləşdirilməsi
Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi
2014-2016
13.1.6.
“İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın təkmilləşdirilməsi
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
2014-2016
13.1.7.
İnsan alverinin qurbanına verilən 30 gün bərpa və fikirləşmə müddətinin cinayət təqibi üzrə prosessual qaydada hüquqi tənzimlənməsi ilə əlaqədar təkliflərin hazırlanması
Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi
2015
13.1.8.
“İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”nın, “İnsan alveri qurbanlarına kömək Fondu haqqında Əsasnamə”nin və digər aidiyyəti normativ hüquqi aktların təkmilləşdirilməsi
Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
2015-2017
13.2. İnsan alverinin qarşısının alınması və profilaktikasının gücləndirilməsi
13.2.1.
İnsan alveri cinayətlərindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan və potensial qurbanlarına xidmət edən telefon “qaynar xətt”in təşkilati-texniki imkanlarının artırılması
Daxili İşlər Nazirliyi
2015
13.2.2.
İnsan alveri probleminin mahiyyəti, onun qarşısının alınması barədə metodik-tədris vəsaitlərinin və təşviqat materiallarının hazırlanması
Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, digər aidiyyəti dövlət orqanları
2014-2016
13.2.3.
İnsan alverinə qarşı mübarizəyə dair elmi və sosial tədqiqatların aparılması, ictimai rəyin öyrənilməsi üçün sorğu və sair tədbirlərin həyata keçirilməsi
Daxili İşlər Nazirliyi, ali təhsil müəssisələri, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə
2014-2016
13.2.4.
Uşaq əməyinə dair beynəlxalq konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə tədbirlərin gücləndirilməsi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi
mütəmadi
13.2.5.
Qanunsuz miqrasiyanın, məcburi əməyin və insan alverinin qarşısının alınması, onun qurbanlarının və potensial qurbanlarının müəyyən edilməsi üzrə fəaliyyətin gücləndirilməsi və bununla bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə monitorinqlərin həyata keçirilməsi, insan alverinə şərait yaradan halların müəyyənləşdirilməsi və bu halların aradan qaldırılması üçün birgə tədbirlərin görülməsi
Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, digər aidiyyəti dövlət orqanları
mütəmadi
13.2.6.
Əmək miqrasiyasına nəzarətin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti
mütəmadi
13.2.7.
İnsan alverinin qurbanı olma riskinin azaldılması məqsədi ilə sosial cəhətdən həssas ailələrin və daimi yaşayış yerindən məhrum şəxslərin yerli icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata götürülməsi və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara yönəldilməsi
Yerli icra hakimiyyəti orqanları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
mütəmadi
13.2.8.
İnsan alverinin potensial qurbanlarının ictimai faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, yerli icra hakimiyyəti orqanları
mütəmadi
13.2.9.
Kütləvi informasiya vasitələrinin, internet səhifələrinin mütəmadi monitorinqi aparılmaqla, insan alveri ilə bağlılığı ola biləcək şübhəli təkliflərin mahiyyətinin öyrənilməsi və müvafiq tədbirlərin görülməsi
Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
mütəmadi
13.2.10.
İnsan alverinə qarşı mübarizəni və sosial reabilitasiyanı həyata keçirən dövlət orqanlarının əməkdaşları, təlim-tərbiyə və təhsil müəssisələrinin işçiləri, həmçinin vətəndaş cəmiyyəti nümayəndələri üçün xüsusi tədris kurslarının təşkili və bununla bağlı ölkədaxili və xarici əməkdaşlıq imkanlarından geniş istifadə edilməsi
Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları
mütəmadi
13.3. İnsan alveri cinayətlərinə qarşı cinayət təqibi
13.3.1.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlərin davam etdirilməsi, onun kadr potensialının, maddi və texniki bazasının beynəlxalq tələblərə uyğun gücləndirilməsi
Milli
Koordinator, Daxili İşlər Nazirliyi
2014-2016
13.3.2.
Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə
qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının
peşəkarlıq səviyyəsinin yüksəldilməsi və
onların fəaliyyətində korrupsiya
hüquqpozmalarının qarşısının
alınması üzrə tədbirlərin gücləndirilməsi
Daxili
İşlər Nazirliyi
mütəmadi
13.3.3.
İnsan
alverinə qarşı mübarizədə şahidlərin və cinayət
təqibini həyata keçirən orqanlarla əməkdaşlıq
edən şəõslərin
müdafiəsi işinin təkmilləşdirilməsi,
istintaq üçün faydalı olan informasiyanın verilməsini
stimullaşdırma tədbirlərinin davam etdirilməsi
Daxili
İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi
mütəmadi
13.3.4.
İnsan
alveri cinayəti ilə mübarizə aparan orqanlar arasında əməkdaşlığın
təkmilləşdirilməsi, səmərəli məlumat və
təcrübə mübadiləsinin təmin edilməsi və
insan alverinə qarşı mübarizə sahəsində
yaranan problemlərin birgə öyrənilməsi
Daxili
İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi
mütəmadi
13.3.5.
Transmilli
mütəşəkkil cinayətkar qrupların insan
alverçiləri ilə əlaqələrinin müəyyən
edilməsi, habelə insan alveri ilə bağlı transmilli mütəşəkkil
cinayətkarlığın qarşısının
alınması, onun aşkar edilməsi və aradan
qaldırılması istiqamətində müvafiq tədbirlərin
gücləndirilməsi
Milli Təhlükəsizlik
Nazirliyi, Daxili İşlər Nazirliyi
mütəmadi
13.3.6.
Respublika
daxilində insan alveri və məcburi əmək
qurbanlarının, o cümlədən insan alverinin qurbanı
olan uşaqların, əcnəbi və ya vətəndaşlığı
olmayan şəxslərin müəyyən edilməsi istiqamətində
müvafiq səylərin gücləndirilməsi
Daxili
İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi,
Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi
mütəmadi
13.3.7.
Miqrantları
məcburi əməyə cəlb edən insan alverçilərinə
(fiziki və ya hüquqi şəxslərə) qarşı
mübarizə fəaliyyətinin gücləndirilməsi
Daxili
İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
mütəmadi
13.3.8.
İnsan
alveri cinayəti ilə bağlı əməliyyat-axtarış
fəaliyyətinin və cinayət təqibinin həyata
keçirilməsi üzrə beynəlxalq əməkdaşlığın
gücləndirilməsi
Daxili
İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi,
Xarici İşlər Nazirliyi
mütəmadi
13.3.9.
İnsan
alveri cinayəti yolu ilə əldə edilmiş pul vəsaitləri
və ya digər əmlakın leqallaşdırılmasına
qarşı mübarizə tədbirlərinin gücləndirilməsi
Mərkəzi
Bank yanında Maliyyə Monitorinqi Xidməti, Milli Təhlükəsizlik
Nazirliyi, Daxili İşlər Nazirliyi
mütəmadi
13.4.
İnsan alveri qurbanlarının reabilitasiyası və
reinteqrasiyası
13.4.1.
İnsan
alveri qurbanları üçün regionlarda sosial reabilitasiya,
sosial xidmət və yardım mərkəzlərinin,
sığınacaqların yaradılması və onlara
hüquqi, tibbi, psixoloji, sosial və digər yardımların
təmin edilməsi istiqamətində müvafiq tədbirlər
görülməsi
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi, Səhiyyə Nazirliyi, Daxili İşlər
Nazirliyi, yerli icra hakimiyyəti orqanları
2014-2017
13.4.2.
İnsan
alveri probleminin regionlarda sosial-psixoloji aspektlərinin öyrənilməsi,
bu halı yaradan səbəblərin müəyyənləşdirilməsi
və aradan qaldırılması üzrə tədbirlərin
görülməsi
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi,
yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyalar
2014-2016
13.4.3.
İnsan
alveri qurbanlarına və potensial qurbanlarına
ayrılmış stasionar və ambulator tipli müəssisələrdə
tibbi yardım göstərilməsinin davam etdirilməsi, zərurət
yarandığı hallarda bu müəssisələrə
müxtəlif ixtisaslı mütəxəssislərin cəlb
edilməsi
Səhiyyə
Nazirliyi
mütəmadi
13.4.4.
İnsan
alveri qurbanları üçün xüsusi müəssisələrdə
(sığınacaq və yardım mərkəzləri)
qurbanlara, potensial qurbanlara tibbi, psixoloji və digər
yardımların göstərilməsinə məsul olan
mütəxəssislərin sayının
artırılması və onlara müvafiq təlimlərin
keçilməsi
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili
İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə
Nazirliyi, Təhsil Nazirliyi
2014-2017
13.4.5.
İnsan
alveri qurbanlarının, həmçinin potensial
qurbanların əmək bazarında rəqabət qabiliyyətinin
artırılması, onların yeni peşələrə yiyələnməsinə
yönəlmiş kursların təşkili, məşğulluq
probleminin həlli istiqamətində tədbirlər
görülməsi
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi
mütəmadi
13.4.6.
İnsan
alveri qurbanları üçün xüsusi müəssisələrin
fəaliyyətinin təşkilinə, qurbanlara hüquqi
yardım göstərilməsinə və onların sosial
reabilitasiyasına insan alverinin qarşısının
alınması sahəsində fəaliyyət göstərən
qeyri-hökumət təşkilatlarının cəlb
olunması işinin davam etdirilməsi
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə
Nazirliyi
mütəmadi
13.5.
İnsan alverinin qurbanı olmuş və ya potensial qurbanı
olan uşaqlara göstərilən yardımın
və
onların müdafiəsinin təkmilləşdirilməsi
13.5.1.
İnsan
alverinin qurbanı olmuş və ya potensial qurbanı olan
uşaqların qəyyumluq və himayə orqanları və
yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən
hüquq və mənafelərinin qanunvericiliyə uyğun
olaraq qorunması, onların sosial reabilitasiyasının həyata
keçirilməsi
Qəyyumluq
və himayə orqanları, yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyalar
mütəmadi
13.5.2.
İnsan
alverinin qurbanı olan uşaqların təhsillərini davam
etdirmək imkanlarının təmin edilməsi, onların
müvəqqəti yaşadığı yer üzrə
ümumi orta təhsil müəssisəsinə qəbul edilməsi
üzrə tədbirlərin gücləndirilməsi
Təhsil
Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi
mütəmadi
13.5.3.
Dövlətin
himayəsində olan uşaqların yetkinlik yaşına
çatdıqdan sonra insan alveri riski qrupuna daxil olmaması məqsədi
ilə onlara sosial-hüquqi və sosial-psixoloji xidmətlər,
sosial-məsləhət yardımı göstərilməsi
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi
mütəmadi
13.5.4.
Psixoloji-sosial
durumundan asılı olaraq, reabilitasiya keçən və ya təhlükəsizliyinin
təmin edilməsi məqsədi ilə müvəqqəti
sığınacaqlarda yaşayan uşaqların təhsilinin
həmin yerlərdə təşkil edilməsi
Təhsil
Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi
mütəmadi
13.5.5.
İnsan
alverinin qurbanı olan uşaqların ümumtəhsil məktəblərində
təhsil aldıqları müddətdə
ayrı-seçkiliyə məruz qalmasının
qarşısının alınması üçün tədbirlər
görülməsi
Təhsil
Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi
mütəmadi
13.5.6.
Uşaqların
təhsildən yayınması və
baxımsızlığı ilə bağlı monitorinqlər
aparılması, təhsildən yayınan və sosial cəhətdən
həssas uşaqların reabilitasiyası üzrə tədbirlər
görülməsi
Təhsil
Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, yerli
icra hakimiyyəti orqanları, aidiyyəti qeyri-hökumət təşkilatlarını
cəlb etməklə
2014-2016
13.5.7.
Övladlığa
götürülmüş, qəyyumluğa və ya himayəyə
verilmiş uşaqların ailələrdə monitorinqinin
aparılması və bu məqsədlə yerlərdə
monitorinq qruplarının yaradılması
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları
2014-2016
13.5.8.
Şəxsiyyəti
təsdiq edən sənədi olmayan uşaqların müvafiq
sənədlərlə təmin edilməsi üçün tədbirlər
həyata keçirilməsi
Daxili
İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil
Nazirliyi
mütəmadi
13.5.9.
Uşaqlarla
işləyən sosial iş institutunun formalaşması
istiqamətində müvafiq tədbirlərin həyata
keçirilməsi
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil
Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi
2014-2016
13.6.
İnsan alveri qurbanlarının müdafiəsi
13.6.1.
“Cinayət prosesində iştirak edən
şəxslərin dövlət müdafiəsi haqqında” və
“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan
Respublikasının qanunları ilə müəyyən edilmiş
qaydada, insan alverindən zərər çəkmiş şəxslərin
təhlükəsizliyinin təhlükə tam aradan qalxanadək
təmin edilməsi
Daxili
İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi
mütəmadi
13.6.2.
Azərbaycan
Respublikasının xarici ölkələrdəki diplomatik
nümayəndəliklərinin və konsulluqlarının
insan alverinin qurbanı olan Azərbaycan Respublikası vətəndaşlarının
hüquq və mənafelərinin müdafiəsini həyata
keçirməsi
Xarici
İşlər Nazirliyi
mütəmadi
13.7. Milli
Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin,
insan alverinə qarşı mübarizə üzrə
dəstəyin və resursların əlaqələndirilməsi
13.7.1.
Milli Fəaliyyət
Planının icrasından irəli gələn tələbatın
müəyyən edilərək müvafiq tədbirlərin
görülməsi
Milli
Koordinator, Daxili İşlər Nazirliyi
2014-2018
13.7.2.
Milli Fəaliyyət
Planının həyata keçirilməsi üçün donor təşkilatlarla
əməkdaşlığın gücləndirilməsi
Milli
Koordinator, Daxili İşlər Nazirliyi
2014-2018
13.7.3.
Milli Fəaliyyət
Planına göstərilən dəstəyin əlaqələndirilməsi,
müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının
resurslarından, beynəlxalq təşkilatların və digər
tərəfdaşların resurslarından birgə istifadənin
həyata keçirilməsi
Milli
Koordinator, Daxili İşlər Nazirliyi
2014-2018
13.8.
İnsan alverinə qarşı mübarizə sahəsində
əməkdaşlığın inkişaf etdirilməsi
13.8.1.
İnsan
alverinə qarşı mübarizənin səmərəliliyinin
artırılması məqsədi ilə digər dövlətlərlə,
xüsusən təyinat və mənbə ölkələrinin
aidiyyəti orqanları ilə və müvafiq beynəlxalq təşkilatlarla
əməkdaşlığın gücləndirilməsi
Daxili
İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi,
Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti,
Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi
mütəmadi
13.8.2.
İnsan
alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə
Mexanizminin həyata keçirilməsi üçün
yaradılmış idarələrarası komissiyanın
iclaslarına və qeyri-hökumət təşkilatları ilə
keçirilən görüşlərə insan alverinə
qarşı mübarizə sahəsində fəaliyyət
göstərən və tərəfdaş olan beynəlxalq təşkilatların
nümayəndələrinin dəvət edilməsi
Daxili
İşlər Nazirliyi
mütəmadi
13.8.3.
Yetkinlik
yaşına çatmayanların
baxımsızlığı ilə mübarizə və
onların sosial reabilitasiyası sahəsində aidiyyəti
qeyri-hökumət təşkilatları ilə və beynəlxalq
təşkilatlarla əməkdaşlığın gücləndirilməsi
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili
İşlər Nazirliyi
mütəmadi
13.8.4.
İnsan
alveri cinayətlərinin qarşısının
alınması mövzusu üzrə beynəlxalq tədbirlərin
keçirilməsi
Daxili
İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi, digər aidiyyəti
dövlət orqanları
2016-2017
13.8.5.
İnsan
alvårinə
qarşı mübarizə sahəsində qanunvåriciliyin təkmilləşdirilməsi
məqsədi ilə yaradılmış İşçi
Qrupunun dövlət orqanları, vətəndaş cəmiyyəti
nümayəndələri ilə və beynəlxalq tərəfdaşlarla
əməkdaşlığının gücləndirilməsi
Daxili
İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Xarici
İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi
mütəmadi
13.8.6.
İnsan
alverinə şərait yaradan sosial problemlərin aradan
qaldırılması, həmçinin yaş həddinə
görə internat evlərini və digər alternativ
qayğı müəssisələrini tərk etmək məcburiyyətində
qalan valideyn himayəsindən məhrum olmuş və
yaşayış yeri olmayan gənclərin sosial-məişət
problemlərinin həlli məqsədilə təkliflər
verilməsi
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi, Gənclər və İdman Nazirliyi, Xarici
İşlər Nazirliyi
2014-2016
13.9.
İnsan alverinə qarşı mübarizə ilə
bağlı maarifləndirmə
13.9.1.
Ölkəyə
daxil olan şəxslərin insan alveri təhlükəsi barədə
məlumatlandırılması üçün tədbirlər
görülməsi
Nəqliyyat
Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət
Gömrük Komitəsi, Mülki Aviasiya Administrasiyası, Dövlət
Dəniz Administrasiyası, aidiyyəti qeyri-hökumət təşkilatlarını
cəlb etməklə
mütəmadi
13.9.2.
İnsan
alverinin, xüsusilə qadın və uşaq alverinin, həmçinin məcburi
əməyin qarşısının alınması məqsədi
ilə hazırlanmış maarifləndirici vəsaitlərin
sərhəd və gömrük keçid məntəqələrində
paylanılması
Dövlət
Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi,
Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi, aidiyyəti
qeyri-hökumət təşkilatlarını cəlb etməklə
mütəmadi
13.9.3.
İnsan
alverinə qarşı mübarizə üzrə təbliğat
və maarifləndirmə işlərinin gücləndirilməsi,
bu məqsədlə müxtəlif sosial reklamların,
çarxların, qısametrajlı filmlərin çəkilməsi,
verilişlərin hazırlanması və nümayiş
etdirilməsi, bukletlərin hazırlanması və əhaliyə
paylanılması
Daxili
İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Gənclər
və İdman Nazirliyi, “Azərbaycan Televiziya və Radio
Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, aidiyyəti
qeyri-hökumət təşkilatlarını cəlb etməklə
2014-2016
13.9.4.
Təhsil
və təlim-tərbiyə müəssisələrində
uşaqların insan alveri və uşaq əməyinin
istismarı ilə bağlı təhlükələrdən
müdafiəsi istiqamətində maarifləndirmə tədbirlərinin
davam etdirilməsi
Təhsil
Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi,
Daxili İşlər Nazirliyi
mütəmadi
13.9.5.
İnsan
alverinin və qanunsuz miqrasiyanın mahiyyətinə,
onların müxtəlif təzahür formalarına dair
kütləvi informasiya vasitələri əməkdaşları
üçün kursların təşkili, belə məlumatların
kütləvi informasiya vasitələrində
işıqlandırılması xüsusiyyətləri ətrafında
müvafiq tədbirlərin keçirilməsi
Daxili
İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi
2014-2016
13.9.6.
Uşaq əməyinin
istismarının baş verməməsi məqsədi ilə
özəl qurumlarda müvafiq təbliğat və maarifləndirmə
işlərinin aparılması
İqtisadiyyat
və Sənaye Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər
Nazirliyi, aidiyyəti qeyri-hökumət təşkilatlarını
cəlb etməklə
mütəmadi
13.9.7.
Respublika ərazisində
fəaliyyət göstərən turizm şirkətlərinin
nümayəndələri üçün maarifləndirmə
tədbirlərinin keçirilməsi, müxtəlif növ
maarifləndirici materialların turizm şirkətlərinə
paylanılması
Mədəniyyət və Turizm Nazirliyi, Daxili İşlər Nazirliyi
2014-2017
Qeyd.
1. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 13.1.1, 13.1.7, 13.2.5, 13.3.3-13.3.5, 13.3.7-13.3.9, 13.6.1 və 13.8.1-ci yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.
2. Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 13.1.1 və 13.1.7-ci yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.
3. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 13.4.1 və 13.4.4-cü yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.
4. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 13.1.1-13.1.3, 13.2.4 və 13.8.4-cü yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.
5. Azərbaycan Respublikasının Mətbuat Şurasına tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 13.2.9 və 13.9.5-ci yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.
Azərbaycan.-2014.- 25 iyul.- S.3;7.