«Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında» Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanını "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 851-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 2, maddə 79; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddə 192, ¹ 8 maddə 725) 4.6-cı bəndinə "qeyri-hökumət təşkilatlarına" sözlərindən sonra "və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəliklərinə" sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2014-cü il
Azərbaycan.-2014.- 25 iyul.- S.3.