Dövlət Sərhəd Xidmətinin rəisi
şimal
bölgəsindən olan vətəndaşları
qəbul etdi
Prezident
İlham Əliyevin tapşırığına əsasən,
mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə vətəndaşların qəbulunu
keçirir, onların müxtəlif məsələlərlə
bağlı müraciətlərinin həllinə kömək
göstərirlər.
AzərTAc
xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət
Sərhəd Xidmətinin (DSX) rəisi-Sərhəd
Qoşunlarının komandanı, general-leytenant Elçin
Quliyev iyulun 24-də Xudat Sərhəd Dəstəsində
Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan 70-dan
artıq vətəndaşı qəbul etdi.
Vətəndaşların
müraciətləri əsasən işə qəbul, xidmət
yerinin dəyişdirilməsi, mənzil şəraitinin
yaxşılaşdırılması, sosial müavinətlərin
verilməsi, yaşadıqları sərhədyanı
yaşayış məntəqələrində mövcud olan
sosial-məişət problemlərinin həlli və digər
məsələlərlə bağlı idi.
Qəbul
zamanı vətəndaşların müraciət, şikayət
və təklifləri diqqətlə dinlənildi,
qaldırılan məsələlər Dövlət Sərhəd
Xidmətinin aidiyyəti struktur qurumlarının rəhbərlərinin
iştirakı ilə araşdırıldı və əksər
məsələlər yerindəcə həllini tapdı.
Digər
müraciətlərin hərtərəfli öyrənilməsi
və qanunvericiliyə uyğun həlli üçün
müvafiq struktur qurumlarının rəhbərlərinə
konkret tapşırıqlar verildi.
Dövlət
Sərhəd Xidmətinin səlahiyyətlərinə aid
olmayan müraciətlər isə aidiyyəti qurumlara
çatdırılmaq üçün qeydiyyata alındı.
Qəbula
gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri tərəfindən
mütəmadi olaraq bölgələrdə vətəndaşların
qəbulunun təşkilindən razılıq edərək,
yaradılan şəraitə görə dövlətimizin
başçısına minnətdarlıqlarını
bildirdilər.
Azərbaycan.-2014.- 25 iyul.- S.4.