Kamal Abdullayev: Bilik Fondu Azərbaycan gənclərinin
onlar üçün
yaradılan şəraitdən faydalanmasına təkan verəcəkdir
Bilik
Fondu Azərbaycan gənclərinin onlar üçün
yaradılan şəraitdən faydalanmasına təkan verəcəkdir.
Bu
fikri Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri, akademik Kamal Abdullayev Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik
Şurasının ilk toplantısında səsləndirib.
Şura
üzvlərinə göstərilən etimada görə
Prezident İlham Əliyevə təşəkkürünü
bildirən Kamal Abdullayev, Fondun fəaliyyət istiqamətləri
barədə hərtərəfli məlumat verərək
vurğulayıb ki, əhalinin daha çox maarifləndirilməsi
və savadlandırılması məqsədilə
yaradılan Bilik Fondu ölkədə ideoloji istiqamətdə
fəaliyyət göstərən qurumların məntiqi
halqasıdır. Fond gənclərin bilik və
bacarıqlarının, peşəkarlıq səviyyələrinin
və dünyagörüşlərinin inkişafına dəstək
olacaq, xüsusilə Azərbaycan gənclərinin onlar
üçün yaradılan şəraitdən
faydalanmasına təkan verəcəkdir.
Toplantıda
Himayəçilik Şurasının sədri AMEA-nın
prezidenti, akademik Akif Əlizadə əhalinin ən müxtəlif
sahələrdə maarifləndirilməsində, azərbaycançılıq
məfkurəsinin, eləcə də milli mənəvi və
dini dəyərlərin təbliğində, ölkənin
daxili və xarici siyasətinin mahiyyətinin geniş kütlələrə
çatdırılmasında Bilik Fondunun görəcəyi
işlərin vacibliyini vurğulayaraq bildirib ki, Azərbaycanın
dinamik inkişafı, beynəlxalq aləmə inteqrasiyası
ilə əlaqədar təhlillərin aparılması, sosial-iqtisadi
proseslərin mahiyyətinin ictimaiyyətə
çatdırılması da Bilik Fondunun əsas vəzifələri
sırasındadır.
Xatırladaq ki,
ölkə əhalisini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin,
ictimai-siyasi və sosial-iqtisadi
proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaq
məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 7 may 2014-cü il
tarixli Fərmanı ilə Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu yaradılıb.
Prezidentin digər Sərəncamı ilə
Oktay Səmədov Bilik
Fondunun İcraçı direktoru
təyin edilib.
Azərbaycan.-2014.- 25 iyul.- S.6.