Avropa azərbaycanlıları ermənilərin
girov götürdükləri
həmvətənlərimizlə
bağlı bəyanat yayıblar
Avropa
Azərbaycanlıları Konqresi (AAK) və Almaniyadakı Azərbaycanlıların
Koordinasiya Mərkəzi (AAKM) Ermənistan silahlı qüvvələrinin
Azərbaycan vətəndaşları Dilqəm Əsgərov
və Şahbaz Quliyevi Kəlbəcər rayonu ərazisində
girov götürməsi ilə bağlı Avropanın ictimai,
siyasi və humanitar təşkilatlarına müraciət
ünvanlayıb.
Diasporla
İş üzrə Dövlət Komitəsindən AzərTAc-a
bildiriblər ki, müraciətdə öz doğma
torpağında erməni işğalçıları tərəfindən
girov götürülmüş Dilqəm Əhmədovun və
Şahbaz Quliyevin vəziyyətinin ağır olduğu
bildirilir, beynəlxalq qurumlar həmvətənlərimizin
taleyinə biganə qalmamağa çağırılır,
erməni işğalçılarının işgəncələrinə
son qoyulması tələb edilir. Həmçinin Kəlbəcərdəki
hadisələrlə yanaşı, Dağlıq Qarabağ və
yeddi ətraf rayonun ermənilər tərəfindən
işğal edilməsi, bir milyondan artıq azərbaycanlının
qaçqın və məcburi köçkünə
çevrilməsi barədə məlumat verilir.
AAK və
AAKM ən bəsit insan hüquqlarının – Vətəndə
yaşamaq hüququnun pozulmasının yolverilməzliyini
vurğulayır və bu hüququn bərqərar olunmasını
tələb edir.
Müraciətin
mətni Avropa Parlamentinə, Almaniya Bundestaqına, həmçinin
“Human Rigths”, “Amnesty İnternational” , “Qırmızı
Xaç” kimi beynəlxalq qurumlara təqdim olunub.
Azərbaycan.-2014.- 25 iyul.- S.6.