Azərbaycan ilə Türkiyə
arasında sarsılmaz
dostluq və qardaşlıq
münasibətləri var
İyulun
24-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə
səfərdə olan Türkiyənin Bolu vilayətinin bələdiyyə
sədri Alaaddin Yılmazın rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Oqtay Əsədov görüşdə Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən danışıb. Bildirib ki, ölkələrimiz hər zaman bir-birini dəstəkləyir və dostluq yardımlarını əsirgəmirlər. Sədr qarşıdan gələn prezident seçkilərində qardaş Türkiyəyə uğurlar arzulayıb.
Görüşdə Türkiyənin inkişafında hakim Ədalət və İnkişaf Partiyasının və yerli özünüidarəetmə orqanlarının rolundan danışılıb. Qeyd edilib ki, bələdiyyə orqanları arasında əməkdaşlığın daha da intensivləşməsi əlaqələrimizin gələcək inkişafına töhfələr verə bilər. Qarşılıqlı səfərlərin münasibətlərimizin daha da dərinləşməsinə xidmət etdiyi bildirilən görüşdə dostluq əlaqələrinin möhkəmləndirilməsinin təcrübə və informasiya mübadiləsi baxımından zəruri olduğu vurğulanıb.
Alaaddin Yılmaz Azərbaycanda gördüyü inkişafdan, ölkəmizdə, xüsusilə Bakı şəhərində həyata keçirilən tikinti-quruculuq işlərindən, zəngin infrastruktur sisteminin yaradılmasından məmnunluğunu bildirib.
Bələdiyyə sədri Azərbaycanın və Türkiyənin inkişafına mane ola biləcək hər hansı problemin aradan qaldırılması və ikitərəfli münasibətlərin daha da dərinləşməsi üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.
Söhbət
zamanı
qarşılıqlı maraq doğuran bəzi məsələlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2014.- 25 iyul.- S.4.