Prezident İlham Əliyevin «Azərbaycan Avropanın çox dəyərli üzvü olacaq» bəyanatı artıq gerçəkliyə çevrilib

 

Lətif Hüseynov 1986-cı ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hüquq elmləri doktoru, professordur. Beynəlxalq hüquq və insan hüquqları problemlərinə həsr olunmuş 5 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir. 2001-ci ildən Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışır.

1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyası layihəsinin hazırlanması üzrə İşçi qrupunun üzvü olub. 2004-cü ildən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Komissiyasının üzvüdür.

2003-cü ildən Avropa Şurası Venesiya Komissiyasının üzvüdür. 2008-2014-cü illərdə BMT İnsan Hüquqları Şurasının Məsləhət Komitəsinin üzvü, 2011-2012-ci illərdə həmin Komitənin sədri olub. 2005-ci və 2010-cu illərdə Avropa İnsan Hüquqları Məhkəməsində baxılmış iki işdə hakim kimi iştirak edib. 2004-2005-ci illərdə Özbəkistanda insan hüquqlarının vəziyyətinə dair BMT-nin xüsusi məruzəçisi kimi fəaliyyət göstərib.

2011-ci ildən Avropa Şurasının İşgəncənin qarşısının alınması üzrə Komitəsinin sədridir.

Qeyd edək ki, İşgəncənin qarşısının alınması üzrə Komitə işgəncənin, qeyri-insaniya ləyaqəti alçaldan rəftarın qarşısının alınması sahəsində dünyada ən nüfuzlu beynəlxalq təsisat hesab olunur. Lətif Hüseynovun belə bir mühüm təsisata rəhbərlik etməsi Avropa Şurasının nisbətən gənc üzvü olan ölkəmiz üçün əhəmiyyətli hadisədir. Bu fakt, bir tərəfdən, Azərbaycanın uğuru kimi dəyərləndirilməlidir, digər tərəfdən isə, L.Hüseynovun timsalında Azərbaycan hüquq elminə verilən yüksək qiymət hesab edilməlidir. Eyni zamanda bu, ölkəmizdə insan hüquqları sahəsində beynəlxalq səviyyəli ekspertlərin olmasına dəlalət edir.

Lətif müəllimlə söhbətimizə məhz onun hazırda rəhbərlik etdiyi İşgəncənin qarşısının alınması üzrə Komitədən başladıq.

- Lətif müəllim, İşgəncənin qarşısının alınması üzrə Komitənin səlahiyyətləri və fəaliyyəti barədə oxucularımıza bir qədər geniş məlumat verməyinizi xahiş edirəm...

- Avropa Şurasının İşgəncənin qarşısının alınması üzrə Komitəsi 1989-ci ildə yaradılıb. Komitənin başlıca məqsədi Avropa Şurasına üzv olan ölkələrdə azadlıqdan məhrum edilmiş şəxslərlə necə rəftar olunduğunu və onların saxlanma şəraitini qiymətləndirməkdir. Bu məqsədlə komitənin üzvləri həmin ölkələrdə azadlıqdan məhrumetmə yerlərinə planlı və plandankənar səfərlər təşkil edir. Onu da qeyd edim ki, bu yerlərə polis məntəqələri, həbsxanalar, psixiatriya müəssisələri və insanların öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlər aiddir.

Komitə öz funksiyalarını həyata keçirərkən bir çox hüquqlardan istifadə edir: qabaqcadan razılıq almadan istənilən vaxt dövlətin ərazisinə səfər etmək; insanların öz iradəsi ilə tərk edə bilmədiyi istənilən yerə məhdudiyyətsiz daxil olmaq, habelə belə yerlərdə məhdudiyyətsiz hərəkət etmək; azadlıqdan məhrum edilmiş şəxslərin saxlandığı yerlər haqqında tam məlumat əldə etmək; komitənin mandatına aid digər məlumatları toplamaq; azadlıqdan məhrum edilmiş şəxslərlə təkbətək söhbətlər aparmaqs.

Komitənin iki əsas xüsusiyyətinə diqqət çəkmək istəyirəm. Birincisi, komitə məhkəmə orqanı deyildir. Bu o deməkdir ki, komitənin ayrı-ayrı şəxslərin şikayətləri üzrə qərarlar çıxarmaq, habelə müvafiq qadağaların pozulmasına yol verən iştirakçı dövlətləri mühakimə etmək səlahiyyəti yoxdur. İkincisi, komitənin fəaliyyəti qabaqlayıcı xarakter daşıyır. Nəzərə almaq lazımdır ki, qapalı yerlərə, məsələn, polis məntəqələrinə və ya penitensiar müəssisələrə müstəqil beynəlxalq qurumun baş çəkə bilməsi faktının özü, şübhəsiz ki, qabaqlayıcı rol oynayır. Komitənin əsas məqsədi işgəncənin və digər amansız rəftarın tətbiqinə şərait yaradan halların olmasını müəyyən etməkdir.

Hər səfərdən sonra komitə müvafiq dövlətə müfəssəl məruzə göndərir. Bu məruzəyə komitənin əldə etdiyi məlumatlar, onun tövsiyələri, şərhləri və sorğuları daxil edilir. Dövlət komitənin hesabatda qaldırmış olduğu məsələlərə müəyyən müddət ərzində ətraflı cavab verməlidir.

Xüsusi vurğulamaq istəyirəm ki, komitənin əldə etdiyi məlumatlar, onun hazırladığı məruzələr və dövlətlərin bu məruzələrə verdikləri cavablar məxfi sayılır. Bunlar yalnız müvafiq dövlətin razılığı ilə açıqlana bilər.

Məlumat üçün deyim ki, komitə indiyədək 350-dən artıq səfər təşkil etmişdir.

- Komitənin neçə üzvü var, onlar kim tərəfindən və necə seçilirlər?

- Komitə müstəqil ekspertlərdən ibarətdir və "hər iştirakçı dövlətdən bir nəfər" prinsipi əsasında təşkil olunur. Hazırda komitənin 46 üzvü var; İrlandiya üçün müəyyən edilmiş yer müvəqqəti olaraq boşdur. Üzvlər dövlətin təqdim etdiyi üç namizəd arasından Avropa Şurası Nazirlər Komitəsi tərəfindən seçilirlər. Onlar şəxsi keyfiyyətdə fəaliyyət göstərir, yəni seçildikləri dövləti təmsil etmirlər. Müstəqilliyin və qərəzsizliyin təminatı baxımından üzvlər seçildikləri dövlətə səfər etmirlər və komitədə həmin dövlətlə bağlı aparılan müzakirələrdə iştirakdan çəkinməlidirlər.

Komitənin Strasburqda yerləşən daimi katibliyi vardır. Hazırda katiblikdə 25-ə yaxın əməkdaş çalışır.

Komitənin sədri üzvlər tərəfindən iki il müddətinə seçilir və yenidən həmin vəzifəyə seçilə bilər. Məsələn, ötən il mən yenidən komitənin sədri seçilmişəm. Komitənin məndən əvvəlki sədrləri Böyük Britaniya, Fransa, İtaliya (iki dəfə) və Lüksemburq vətəndaşları olmuşlar.

- Bizə məlumdur ki, rəhbərlik etdiyiniz komitə bir neçə dəfə Azərbaycanda olub, müxtəlif yerlərdə yoxlamalar həyata keçirib. Bu səfərlərin nəticələri barədə nə deyə bilərsiniz? Komitə ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?

- Ondan başlayım ki, Azərbaycanın müvafiq hakimiyyət orqanları komitə ilə çox yaxşı əməkdaşlıq edirlər. Komitə ölkəmizə səfərlər həyata keçirərkən onun üzvlərinə öz səlahiyyətlərini icra etmək üçün bütün imkanlar yaradılır. Ədliyyə Nazirliyinin bu məsələlərə münasibətini xüsusi vurğulamaq istəyirəm. Mənə məlumdur ki, ədliyyə naziri komitənin Azərbaycana hər səfərindən sonra səfərin yekunları barədə komitə üzvləri ilə ətraflı müzakirələr aparır, sonra isə komitənin irad və tövsiyələrinin Nazirliyin kollegiya iclaslarında hərtərəfli və dərin təhlilini təşkil edir. Bu cür yanaşma komitədə yüksək qiymətləndirilir.

Ümumiyyətlə, qeyd edim ki, dövlətlərin müvafiq orqanları ilə əməkdaşlıq komitənin işinin əsasını təşkil edir - əsas məqsəd dövlətləri pis rəftar hallarına görə pisləmək və ya qınamaq deyil, dövlətlərin müvafiq qurumları ilə birgə fəaliyyət göstərməklə azadlıqdan məhrum edilmiş şəxslərin vəziyyətini yaxşılaşdırmaqdır.

Komitənin ölkəmizə son səfərləri ilə bağlı hazırladığı məruzələr hələ dərc edilməmişdir, ona görə də bu səfərlərin nəticələri barədə verdiyiniz suala cavab verə bilməyəcəyəm. Amma onu deyə bilərəm ki, son illər ərzində xüsusən penitensiar sistemdə çox böyük işlər görülübdürbu istiqamətdə islahatlar hazırda uğurla davam etdirilir. Qanunvericilik sahəsində həyata keçirilmiş tədbirlər sırasında "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Qanunu ayrıca qeyd etmək istəyirəm. Sədri olduğum komitə tərəfindən yüksək qiymətləndirilən bu normativ sənəd bir çox Avropa ölkələrinin qanunvericiliyində hələ də öz əksini tapmamış müvafiq standartların ölkəmizdə tətbiqinə əsas yaradır. Bundan əlavə, məhbuslarla rəftar, onların saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli irəliləyiş əldə olunmuşdur.

- Lətif müəllim, Siz Avropa Şurasının və onun ayrı-ayrı qurumlarının fəaliyyəti ilə yaxından tanışsınız. Avropa Şurası ilə Azərbaycan arasındakı əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Sualınıza cavab verməzdən əvvəl bir vacib məqama toxunmaq istəyirəm. Təməl prinsipləri demokratiya, qanunun aliliyiinsan hüquqlarının müdafiəsi olan Avropa Şurasına ölkəmizin tamhüquqlu üzv olması müstəqil Azərbaycan dövlətinin tarixində ən böyük hadisələrdən biridir. Bu hadisənin tarixi əhəmiyyətini ulu öndər Heydər Əliyev 2001-ci il yanvarın 25-də Strasburqda söylədiyi nitqində belə ifadə etmişdir: "Azərbaycanın Avropa Şurasına qəbul edilməsi onun nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır". Sözsüz ki, bu tarixi nailiyyət başlıca qayəsi Avropaya inteqrasiyadan ibarət olan məqsədyönlü və ardıcıl daxilixarici siyasətin, dövlət idarəçiliyi və məhkəmə-hüquq sistemində aparılmış köklü islahatların qanunauyğun nəticəsi kimi qiymətləndirilməlidir.

Hesab edirəm ki, Azərbaycanda demokratik təsisatların inkişaf etdirilməsində, demokratik proseslərin və siyasi azadlıqların genişləndirilməsində Avropa Şurası müəyyən rol oynamışdır. Bu isə bir tərəfdən, ölkə rəhbərliyinin seçdiyi strateji inkişaf xəttinin, Azərbaycanın siyasihüquqi sisteminin ümumbəşəri dəyərlərə və demokratik prinsiplərə uyğun olması, digər tərəfdən isə Avropa Şurası ilə əməkdaşlığın ilk günlərdən yüksək səviyyədə qurulması sayəsində mümkün olmuşdur. Hazırda həm bütövlükdə Avropa Şurası, həm də onun ayrı-ayrı qurumları ilə əməkdaşlıq yüksək səviyyədə davam etdirilir. Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi indiki dövrdə bu əməkdaşlıq daha da genişlənmişdir.

Doğrudur, bəzən müəyyən qüvvələrin təhriki ilə AŞ PA-da Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığa xələl gətirə bilən məqsədyönlü təxribatların şahidi oluruq. Konstruktiv tənqidlə yanaşı, bir sıra hallarda Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət obyektiv qiymətləndirilmir, məsələlər həddindən artıq siyasiləşdirilir. Bu baxımdan "siyasi məhbuslar" məsələsi ilə bağlı müşahidə etdiyimiz qərəzli yanaşma təəssüf doğurur. Hesab edirəm ki, Avropa Şurasının 47 üzvündən yalnız birinə qarşı belə bir məsələnin qaldırılması yolverilməzdir və güman edilən problemin bu yolla həll edilməsinin perspektivsizliyi artıq hamıya bəlli olmalıdır. Qəti yəqinimdir ki, insan hüquqlarının pozulması ilə bağlı məsələlər prinsipcə məhkəmə müstəvisində, o cümlədən, əgər zərurət yaranarsa, Avropa İnsan Hüquqları Məhkəməsi vasitəsilə öz həllini tapmalıdır.

Fikrimi yekunlaşdıraraq birmənalı qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir vaxtlar səsləndirdiyi "Azərbaycan Avropanın çox dəyərli üzvü olacaqdır" bəyanatı bu gün artıq gerçəkliyə çevrilmişdir. Dövlət başçısı bu yaxınlarda AŞ PA-nın sessiyasında etdiyi çıxışında ölkəmizin Avropa Şurası ilə münasibətlərdə prinsipial mövqeyinin dəyişilməz qaldığını bir daha bəyan etdi.

- Cənab Prezidentin bu çıxışına Sizin məhz Avropa Şurasının komitə rəhbəri kimi fikrinizi bilmək maraqlı olardı.

- Avropa Şurası tərəfdən nəzər salanda bu çıxışın çox mühüm olan bir aspekti diqqəti cəlb edir: möhtərəm Prezidentimiz Avropa parlamentariləri qarşısında təkcə Azərbaycanın rəhbəri kimi deyil, 47 Avropa dövlətini özündə birləşdirən nüfuzlu beynəlxalq qurumun rəhbəri kimi çıxış etdi. O, avropalıların anladığı dildə Avropa dəyərlərinə və qitənin təhlükəsizlik sisteminə olan təhdidləri diqqətə çatdırdı və Avropada daha böyük vəhdətə nail olmağın, yəni Avropa Şurasının Nizamnaməsində müəyyən edilmiş başlıca məqsədə çatmağın yollarını göstərdi. Bu məqamları geniş təhlil etmədən - hesab edirəm ki, bu təhlil hökmən aparılmalıdır - əsas tezisləri kiçik şərhlərimlə xatırlatmaq istəyirəm.

Azərbaycan dövlətinin başçısı qeyd etdi ki, bütün xalqların və dinlərin nümayəndələri yaşayış tərzindən asılı olmayaraq layiqli şəraitdə dinc həyat sürməlidirlər. Avropada geniş vüsət almaqda olan irqi ayrı-seçkilik və irqçi yanaşma tamamilə qəbuledilməzdir.

Cənab Prezident öz çıxışında beynəlxalq hüququn norma və prinsiplərinin təşviq edilməsinin zəruriliyini vurğuladı və Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə bu prinsipial məsələyə önəm veriləcəyini bəyan etdi.

Dövlət başçısı müasir beynəlxalq hüququn belə bir təməl prinsipini bir daha xatırlatdı ki, öz müqəddəratını təyin etmə dövlətin ərazi bütövlüyünü poza bilməz. Müəyyən olunmuş və hamılıqla tanınmış dövlət ərazilərinin və sərhədlərinin özbaşına və qanunsuz pozulması cəhdlərinin qarşısı kollektiv səylərlə dərhal alınmalı, neqativ presedentlərin yaranmasına hec cür yol verilməməlidir.

Cənab Prezident qeyd etdi ki, beynəlxalq qurumlar, o cümlədən Avropa Şurası tərəfindən qəbul edilmiş qətnamələrin həyata keçirilməsi mexanizmi olmalıdır. "Bu mexanizm hamımız tərəfindən yaradılmalıdır" deməklə dövlət başçısı Avropa parlamentarilərinin nəzərinə çatdırdı ki, icra olunmayan qətnamələr öz mahiyyətini itirir. Bu isə həmin sənədləri qəbul etmiş qurumların nüfuzuna və səmərəliliyinə xələl gətirir. Möhtərəm Prezidentin bu bəyanatı həm də Avropa təsisatları üçün bir xatırlatma idi ki, ümumi məqsədlərə nail olunmasına və ortaya çıxan problemlərin həll olunmasına görə bütün üzv dövlətlər kollektiv məsuliyyət daşıyırlar.

Prezident İlham Əliyev qətiyyətlə bildirdi ki, Avropa Şurasında ikili standartlar yanaşmasından imtina edilməlidir. İkili standartlar, müxtəlif ölkələrdəki vəziyyətə selektiv yanaşma Avropa Şurasının təməl prinsipləri olan demokratiyaqanunun aliliyi ilə daban-dabana ziddir. Bu baxımdan bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, hər hansı beynəlxalq təşkilat ilə üzv dövlətlər arasında əməkdaşlıq birtərəfli yol kimi qəbul edilməməlidir: dövlət üzvü olduğu beynəlxalq təşkilat qarşısında öhdəliklər daşıdığı kimi, beynəlxalq təşkilat da dövlət qarşısında müəyyən öhdəliklər daşıyır. Belə ki, hər hansı üzv dövlətin suverenliyinə, ərazi bütövlüyünə, demokratik quruluşuna təhdidlər olduqda Avropa Şurası adekvat addımlar atmağa borcludur. Digər tərəfdən, Avropa Şurasının prinsiplərinə, o cümlədən insan hüquqlarına əməl olunması ilə bağlı monitorinq bütün üzv dövlətləri əhatə etməlidir. Başqa bir məqam: Avropa Şurasının həm siyasi orqanları, həm də təşkilat çərçivəsində fəaliyyət göstərən müstəqil qurumlar bütün dövlətlərə bərabər səviyyədə, ayrı-seçkilik qoymadan, obyektiv və qərəzsiz yanaşmalıdırlar.

Azərbaycan dövlətinin başçısı öz çıxışında bəyan etdi ki, iqtisadisiyasi islahatlar paralel şəkildə həyata keçirildiyi təqdirdə uğurla nəticələnir. Güclü demokratik təsisatlar olmadan iqtisadi uğurlar davamlı xarakter daşıya bilməz.

Nəhayət, cənab Prezident Avropa Şurası Nazirlər Komitəsinə sədrliyin böyük məsuliyyət olduğunu bildirdiAvropa parlamentarilərini əmin etdi ki, Azərbaycanın sədrliyi müxtəlif Avropa ölkələrində narahatlıq doğuran mühüm məsələləri həll etmək imkanı yaradacaqAvropa Şurası məkanında demokratiyanın ümumi dəyərlərinə, qanunun aliliyinə, insan hüquq və azadlıqlarına töhfə verəcəkdir.

 

Müsahibəni apardı:

İxtiyar HÜSEYNLİ

 

Azərbaycan.-2014.-31 iyul.-S.4.