Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 avqust tarixli 154 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Yeyinti məhsullarının keyfiyyətinin
və təhlükəsizliyinin təmin edilməsi sahəsində
standartlara və tələblərə əməl
olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydaları"nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 243 Bakı şəhəri,
16 iyul 2014-cü il
"Sahibkarlıq
sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2
iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust
tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 avqust tarixli 154
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005, ¹ 8, maddə 783; 2006, ¹ 5, maddə 472;
2009, ¹ 1, maddə 32, ¹ 3, maddə 205;2014, ¹ 2, maddə 201) ilə təsdiq
edilmiş "Yeyinti məhsullarının keyfiyyətinin və
təhlükəsizliyinin təmin edilməsi sahəsində
standartlara və tələblərə əməl
olunmasına dövlət nəzarətinin həyata keçirilməsi
Qaydaları"nda aşağıdakı dəyişikliklər
edilsin:
1.
2-ci hissədə "əmlakı və ətraf mühit
üçün təhlükə törədə"
sözləri "dövlətin əmlak maraqları, habelə
ətraf mühit üçün birbaşa və
mühüm təhlükə törədə və ya
mühüm zərər vura" sözləri ilə əvəz
edilsin.
2. 5.1-ci bəndin birinci abzasında "əmlakı" sözü "dövlətin əmlak maraqları" sözləri ilə əvəz edilsin və ikinci abzasının ikinci cümləsindən "təsərrüfat subyektinin vəsaiti hesabına" sözləri çıxarılsın.
3. 7-ci hissəyə "Qanununa" sözündən sonra ", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri əlavə edilsin.
4. 9-cu hissə ləğv edilsin.
5. 10-cu hissənin altıncı abzasında "vermək" sözü "verilməsi" sözü ilə əvəz edilsin.
6. 11-ci hissə aşağıdakı redaksiyada verilsin:
"11. Dövlət nəzarətinin nəticələri "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq rəsmiləşdirilir. Dövlət nəzarət aktı, arayış və inzibati protokol, qüvvədə olan qanunvericiliyə uyğun olaraq müvafiq iradnamələr, tələbnamələr və göstərişlər inzibati qərarların qəbul edilməsi üçün əsas olan hüquqi sənədlərdir.".
7. 12-ci hissədə "vəzifəli şəxs" sözləri "orqan" sözü ilə əvəz edilsin.
8. 18-ci hissənin birinci abzasında "orqanlarının vəzifəli şəxsləri" sözləri "orqanları" sözü ilə və ikinci abzasında "və" sözü (ikinci halda) ", dövlət nəzarətini həyata keçirən orqanlar" sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.-27 iyul.-S.2.