"Bəzi istehlak
mallarının istehsalı və dövriyyəsi ilə əlaqədar
dövlət tənzimlənməsinin təkmilləşdirilməsi
sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli
289 nömrəli Fərmanının icrası barədə"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 21 dekabr
tarixli 235 nömrəli qərarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 244 Bakı şəhəri,
16 iyul 2014-cü il
"Sahibkarlıq
sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2
iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust
tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 dekabr tarixli 235
nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 12, maddə 1234; 2007, ¹ 6, maddə 698; 2008, ¹ 4,
maddə 309; 2009, ¹ 1, maddə 32; 2014, ¹ 2, maddə 201) ilə təsdiq
edilmiş "Alkoqollu içkilərin, etil (yeyinti) spirtinin,
tütün məmulatlarının istehsalı, idxalı və
satışı, insanların həyatının və
sağlamlığının qorunması üçün
yalnız mənşəyi bəlli olan xammaldan istifadənin təmin
edilməsi, daxili bazarın haqsız rəqabətdən
müdafiəsi və sağlam rəqabət prinsiplərinə
riayət edilməsi, qeyri-qanuni istehsalın, habelə keyfiyyətsiz
məhsulların istehsalının və idxalının,
qaçaqmalçılıq hallarının
qarşısının alınması məqsədi ilə
görüləcək Tədbirlər"in 5-ci hissəsinin
"İcra müddəti (illər üzrə)"
sütununda "ildə 1 dəfə" sözləri
"mütəmadi" sözü ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2014.-27 iyul.-S.2.