"Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları"nın və "Fəaliyyət növlərinin xüsusiyyətindən  asılı olaraq  mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər"in təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 247                   Bakı şəhəri, 16 iyul 2014-cü il

 

 

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 5, maddə 464; 2007, ¹ 8, maddə 852, ¹ 12, maddə 1336; 2008, ¹ 1, maddə 39) ilə təsdiq edilmiş "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci bənddə "əmlakı" sözü "dövlətin əmlak maraqları" sözləri ilə əvəz edilsin.

2. 2.2-ci bənddən ", bir qayda olaraq, ildə bir dəfə" sözləri çıxarılsın.

3. Aşağıdakı məzmunda 2.3-1-ci, 2.4-1-ci, 2.4-2-ci və 2.11-1-ci  bəndlər əlavə edilsin:

"2.3-1. Xüsusi icazə sahibləri olan sahibkarlıq subyektlərində növbəti yoxlama dövlət orqanının tərtib etdiyi və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risk qiymətləndirilməsi sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır.

2.4-1. Xüsusi icazə sahibləri olan sahibkarlıq subyektlərində növbədənkənar yoxlamalar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş hallarda həyata keçirilir.

2.4-2. Xüsusi icazə sahibləri olan sahibkarlıq subyektlərində növbəti və növbədənkənar yoxlamalar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada aparılır.

2.11-1 Xüsusi icazə sahibləri olan sahibkarlıq subyektlərində yoxlamanın nəticələri "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq rəsmiləşdirilir.".

4. 2.7-ci bəndə "surətini" sözündən sonra "sahibkarlıq subyekti olan xüsusi icazənin sahibinə, həmçinin yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı" sözləri əlavə  edilsin.

5. 2.13-cü bənddə "orqanın vəzifəli şəxsi" sözləri "orqan" sözü ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2014.-27 iyul.-S.2.