"Azərbaycan Respublikasında
baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 dekabr tarixli 255 nömrəli
qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 250 Bakı şəhəri,
16 iyul 2014-cü il
"Sahibkarlıq
sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2
iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust
tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 dekabr tarixli
255 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 12, maddə 1147;
2008, ¹ 7, maddə 673) ilə təsdiq edilmiş "Dövlət
baytarlıq nəzarəti obyektlərinin baytarlıq
(baytarlıq-sanitariya) ekspertizası və diaqnostika müayinələrinin
aparılması Qaydaları"nın 3.6-cı bəndinə
"vəsaiti hesabına" sözlərindən sonra
"("Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında" Azərbaycan
Respublikası Qanununun 26-cı maddəsində nəzərdə
tutulmuş hallar istisna olmaqla)" sözləri əlavə
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2014.-27 iyul.-S.2.