"Dövlət baytarlıq müfəttişlərinin
möhürləri və onların istifadə edilməsi
Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 yanvar tarixli
2 nömrəli qərarında dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 251 Bakı şəhəri,
16 iyul 2014-cü il
"Sahibkarlıq
sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2
iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust
tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
"Dövlət
baytarlıq müfəttişlərinin möhürləri və
onların istifadə edilməsi Qaydaları"nın təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 11 yanvar tarixli 2 nömrəli qərarında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 1,
maddə 46)aşağıdakı dəyişikliklər
edilsin:
1.
Adında, 1-ci hissədə "müfəttişlərinin"
sözü "orqanlarının" sözü ilə əvəz
edilsin.
2. Həmin
qərarla təsdiq edilmiş "Dövlət baytarlıq
müfəttişlərinin möhürləri və
onların istifadə edilməsi Qaydaları" üzrə:
2.1. adında, 2.1-ci, 2.3-cü, 2.4-cü və 3.2-ci bəndlərdə ismin müvafiq hallarında "müfəttişlər" sözü ismin müvafiq hallarında "orqanlar" sözü ilə, 2.2-ci bənddə "Müfəttişinin" sözü "Orqanının" sözü ilə və 3.5-ci bənddə "müfəttişi" sözü "orqanı" sözü ilə əvəz edilsin;
2.2 2.4-cü bənddə "Dövlət Baytarlıq Müfəttişi" sözləri "Dövlət Baytarlıq Nəzarəti" sözləri ilə əvəz edilsin;
2.3. 3.2-ci bənddən "şəxsən" sözü çıxarılsın;
2.4. 3.5-ci bənddən ", dövlət baytarlıq müfəttişi tutduğu vəzifədən azad olunduğu" və "onların" sözləri çıxarılsın və həmin bənddə "onlardan" sözü "həmin qurumdan" sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.-27 iyul.-S.3.