"Azərbaycan Respublikasında
baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi
haqqında"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli
qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 252 Bakı şəhəri,
16 iyul 2014-cü il
"Sahibkarlıq
sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2
iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust
tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007, ¹ 4, maddə 392; 2008, ¹ 1, maddə 39, ¹
2, maddə 116, ¹ 5, maddə 448, ¹ 7, maddə 673; 2010, ¹ 2, maddə
148) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında baytarlıq preparatlarının
aprobasiyası, ekspertizası, sınaqdan keçirilməsi,
dövlət qeydiyyatına alınması və dövlət
reyestrinin aparılması, istehsalı, idxalı, saxlanması,
daşınması, satışı və istifadəsi, habelə
yeni baytarlıq preparatlarının, avadanlıqlarının
və yem əlavələrinin istehsalına və tətbiqinə
dair normativ-texniki sənədlərin təsdiq edilməsi,
onların keyfiyyətinə nəzarət edilməsi və
aprobasiyasına dair rəy verilməsi Qaydaları"nın
11-ci hissəsində aşağıdakı dəyişikliklər
edilsin:
1.
11.3.1-ci yarımbəndin ikinci abzasının ikinci cümləsindən
"dövlət nəzarətini aparan səlahiyyətli
şəxs tərəfindən" sözləri
çıxarılsın və həmin yarımbəndə
"vəsaiti hesabına" sözlərindən sonra
"("Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında" Azərbaycan
Respublikası Qanununun 26-cı maddəsində nəzərdə
tutulmuş hallar istisna olmaqla)" sözləri əlavə
edilsin.
2.
11.6-cı bəndin birinci abzasında "orqanın səlahiyyətli
şəxsi" sözləri "orqan" sözü ilə
əvəz edilsin.
3.
11.7-ci bənd aşağıdakı redaksiyada verilsin:
"11.7.
Dövlət nəzarətinin nəticələri
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə
uyğun olaraq rəsmiləşdirilir.".
4.
11.8-ci bənddə "vəzifəli şəxs"
sözləri "orqan" sözü ilə əvəz
edilsin.
5.
11.11-ci bəndin birinci abzasında "orqanların vəzifəli
şəxsləri" sözləri "orqanlar"
sözü ilə, ikinci abzasında "və"
sözü ", orqanlar" sözü ilə əvəz
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2014.-27 iyul.-S.3.