Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 20 may tarixli 82 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Sərnişin və yük
daşımaları üçün avtonəqliyyat
vasitəsinə lisenziya kartı verilərkən,
habelə lisenziya kartı verildikdən sonar rübdə bir dəfə
həmin avtonəqliyyat vasitəsinin texniki,
istismar, təhlükəsizlik
və ekoloji tələblərə uyğunluğunun yoxlanılması və həmin
yoxlamanın aparılması Qaydası"nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
№ 255 Bakı şəhəri,
16 iyul 2014-cü il
"Sahibkarlıq
sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2
iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust
tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 20 may tarixli 82
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009, № 5, maddə 390) ilə təsdiq
edilmiş "Sərnişin və yük
daşımaları üçün avtonəqliyyat vasitəsinə
lisenziya kartı verilərkən, habelə lisenziya kartı
verildikdən sonra rübdə bir dəfə həmin avtonəqliyyat
vasitəsinin texniki, istismar, təhlükəsizlik və
ekoloji tələblərə uyğunluğunun
yoxlanılması və həmin yoxlamanın aparılması
Qaydası"nın 2.1-ci bəndindən "və ya
bilavasitə daşıyıcının sərəncamında
olan texniki sahələrdə (stansiyalarda)" sözləri
çıxarılsın.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2014.-27 iyul.-S. 3.