Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Avtomobil nəqliyyatı ilə sərnişin
və baqaj daşınması
Qaydaları"nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
№ 257 Bakı şəhəri,
16 iyul 2014-cü il
"Sahibkarlıq
sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2
iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust
tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009, № 9, maddə 745; 2010, № 11, maddə 1041,
№ 12, maddə 1125; 2011, № 4, maddə
372; 2013, № 8, maddə 1025, № 12, maddə 1629) ilə təsdiq
edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və
baqaj daşınması Qaydaları"nın 16.10-cu bəndi
aşağıdakı redaksiyada verilsin:
"16.10.
Aşağıda göstərilən hallarda nəzarətin həyata
keçirilməsi ilə əlaqədar
daşıyıcı xəbərdar edilə və ya
daşımalardan kənarlaşdırıla bilər:".
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2014.-27 iyul.-S.3.