«Azərbaycan Respublikası Baş Prokurorluğu kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 746 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 909-IVQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

"Azərbaycan Respublikası Baş Prokurorluğu kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 746 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 6, maddə 429; 2006, ¹ 9, maddə 810) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. On ikinci abzas ləğv edilsin.

2. Yeddinci - on birinci abzaslar müvafiq olaraq səkkizinci - on ikinci abzaslar hesab edilsin aşağıdakı məzmunda yeddinci abzas əlavə olunsun:

"Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi - Azərbaycan Respublikası Baş prokurorunun müavini".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 24 iyul 2014-cü il

Azərbaycan.-2014.-26 iyul.-S.2.