Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Baş Prokurorluğunun Strukturu»nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 909-IVQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 6, maddə 428; 2004, ¹ 1, maddə 19, ¹ 12, maddə 1061; 2006, ¹ 9, maddə 809; 2008, ¹ 3, maddə 200; 2009, ¹ 10, maddə 791; 2010, ¹ 1, maddə 42; 2014, ¹ 3, maddə 247)  ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Baş Prokurorluğunun Strukturu"nun 1-ci hissəsi ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 24 iyul 2014-cü il

Azərbaycan.-2014.-26 iyul.-S.2.