Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq
edilmiş «Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi
haqqında Əsasnamə»də dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"ni "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 849-IVQD nömrəli, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 851-IVQD nömrəli və "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 852-IVQD nömrəli qanunlarına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4, maddə 323, ¹ 12, maddə 1034; 2007, ¹ 11, maddə 1105, ¹ 12, maddə 1246; 2009, ¹ 7, maddə 533, ¹ 8, maddə 627, ¹ 10, maddə 773, ¹ 12, maddələr 983, 988; 2010, ¹ 2, maddə 83, ¹ 4, maddə 292, ¹ 11, maddə 966; 2011, ¹ 1, maddə 18, ¹ 2, maddə 85, ¹ 4, maddə 281, ¹ 6, maddə 497, ¹ 10, maddə 894, ¹ 11, maddə 993; 2012, ¹ 10, maddə 950; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 iyun tarixli 177 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1. 8.7-ci bənddə hər iki halda "hüquqi şəxslərin, " sözlərindən sonra "xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının," sözləri əlavə edilsin.
2. 9.9-cu bənddə "hüquqi şəxslərin" sözlərindən sonra ", habelə xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının," sözləri əlavə edilsin.
3. 9.11-ci bənddə "hüquqi şəxslərin," sözlərindən sonra "xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının," sözləri əlavə edilsin.
4. 9.13-cü bənddə "xarici qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin" sözləri "xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin" sözləri ilə əvəz edilsin və "nizamnamələrinə" sözündən sonra "(əsasnamələrinə)" sözü əlavə edilsin.
5. 9.14-cü bənddə "qeyri-kommersiya hüquqi şəxslər" sözləri "dini qurumlar istisna olmaqla, digər qeyri-kommersiya qurumları və fiziki şəxslər" sözləri ilə əvəz edilsin.
6. 9.32-1-ci bəndində "qeyri-hökumət təşkilatlarına" sözlərindən sonra "və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə" sözləri əlavə edilsin.
7. 10.8-ci bəndə "qeyri-hökumət təşkilatlarına" sözlərindən sonra "və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə" sözləri, "nizamnamə" sözündən sonra "(əsasnamə)" sözü əlavə edilsin.
8. 10.9-cu bənddə ", qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin ləğv edilməsi" sözləri "ləğv edilməsi, qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin dayandırılması, bərpa edilməsi və onların ləğv edilməsi" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
24 iyul 2014-cü il
Azərbaycan.-2014.-27 iyul.-S.1.