Əlcəzair Xalq Demokratik Respublikasının

 Prezidenti Zati-aliləri cənab Əbdüləziz Buteflikaya

 

Hörmətli cənab Prezident,

Air Algerie” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 iyul 2014-cü il.

Azərbaycan.-2014.-26 iyul.-S.1.