Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin

 yeni inzibati binasının tikilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə onun yeni inzibati binasının tikilməsi üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 30 iyul 2014-cü il

Azərbaycan.-2014.-31 iyul.-S.1.