Azərbaycan Prezidenti İlham Əliyev Avropa
Şurasının
baş katibi Torbörn Yaqland ilə
görüşmüşdür
Azərbaycan
Prezidenti İlham Əliyevin Fransaya işgüzar səfəri
Iyunun
24-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Strasburqda Avropa Şurasının baş katibi
Torbörn Yaqland ilə görüşmüşdür.
Görüşdə
Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə
sədrliyi dövründə prioritet təşkil edən məsələlər
müzakirə olundu.
Prezident
İlham Əliyev son illərdə Azərbaycanda gedən
demokratik inkişaf prosesləri və bu sahədə
aparılan islahatlar barədə məlumat verdi.
Söhbət
zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2014.- 25 iyun.- S.1.