Prezident İlham
Əliyev ATƏT-in Minsk
qrupunun həmsədrlərini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu
(Rusiya), Ceyms Uorliki (ABŞ), Jak Foru (Fransa), yaxın zamanlarda fəaliyyətə
başlayacaq Fransadan olan həmsədr Pyer Andryönü və
ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi
nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
nizama salınması ilə bağlı
danışıqların hazırkı vəziyyəti və
perspektivlərinə dair məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2014.- 1 iyun.- S.1.