«Yol hərəkəti
haqqında» Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
23-cü bəndini rəhbər tutaraq qərara alır:
"Yol
hərəkəti haqqında" Azərbaycan
Respublikasının Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 564; 2001, ¹ 5, maddə 298, ¹
11, maddələr 676, 698; 2002, ¹ 1, maddə 9, ¹ 8, maddə 463;
2003, ¹ 8, maddə 424; 2004, ¹ 2, maddə 57, ¹ 11, maddə 901;
2005, ¹ 4, maddə 277, ¹ 10, maddə 874,
¹ 11,
maddə 993; 2006, ¹ 12, maddə 1027; 2007, ¹ 6, maddə 560, ¹ 11,
maddələr 1053, 1091; 2008, ¹ 2, maddə 49, ¹ 6, maddələr
453, 463, ¹ 7, maddə 602; 2009, ¹ 2, maddə 47, ¹ 4, maddə 210, ¹
12, maddə 948; 2010, ¹ 7, maddə 598; 2011, ¹ 2, maddə 71, ¹ 4,
maddə 255, ¹ 6, maddə 469, ¹ 12, maddə 1097; 2012, ¹ 5, maddə
402, ¹ 7, maddə 671; 2013, ¹ 4, maddələr 362, 363, ¹ 7, maddə
795, ¹ 11, maddələr 1295, 1298) 27-ci maddəsində
aşağıdakı dəyişikliklər edilsin:
1.
Aşağıdakı məzmunda VI-I hissə əlavə
edilsin:
"VI-I.
Bu qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə
tutulmuş nəqliyyat vasitəsini dövlət
qeydiyyatından (həmçinin təkrar dövlət
qeydiyyatından) keçirərkən fiziki şəxslər
qeydiyyatda olduğu və yaşadığı ünvanı,
mobil telefon nömrəsini və olduğu halda elektron
ünvanını və sürücülük vəsiqəsinin
nömrəsini, hüquqi şəxslər isə nəqliyyat
vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin
müvafiq məlumatlarını dövlət
qeydiyyatını həyata keçirən orqana verməli və
həmin məlumatlar dəyişdikdə onları üç
gün ərzində yeniləməlidirlər. Həmin məlumatlar
verilmədiyi halda nəqliyyat vasitəsi dövlət
qeydiyyatına alına bilməz. Müvafiq icra hakimiyyəti
orqanı məlumatların telefon, poçt və internet vasitəsilə
elektron qaydada verilməsi və yenilənməsi
üçün müvafiq imkanların olmasını təmin
etməlidir.".
2.
aşağıdakı məzmunda XIII-II hissə əlavə
edilsin:
"XIII-II.
Bu qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə
tutulmuş nəqliyyat vasitəsini başqa regionda təkrar
dövlət qeydiyyatından keçirmək üçün
müraciət edildikdə, nəqliyyat vasitəsinin yeni regionda
qeydiyyata alınması əvvəlki region üzrə dövlət
qeydiyyatını ləğv edir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 2 may 2014-cü il
Azərbaycan.-2014.-1 iyun.- S.1.