Azərbaycan Respublikasının
İnzibati Xətalar
Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, I kitab, maddə 584, ¹ 12, maddə 835; 2001, ¹ 1, maddə 24, ¹ 3, maddə 139, ¹ 7, maddə 455, ¹ 11, maddələr 680, 698, ¹ 12, maddə 731; 2002, ¹ 1, maddə 9, ¹ 4, I kitab, maddə 165, ¹ 5, maddələr 234, 237, 239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹ 12, maddə 692; 2003, ¹ 1, maddələr 3, 13, 23, ¹ 4, maddələr 177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr 257, 276, 279, ¹ 8, maddələr 407, 425, ¹ 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, ¹ 1, maddələr 6, 7, 10, 13, ¹ 4, maddələr 200, 201, 204, ¹ 5, maddələr 313, 314, 317, 321, ¹ 6, maddə 397, ¹ 8, maddələr 596, 597, ¹ 10, maddələr 762, 779, ¹ 11, maddə 900, ¹ 12, maddə 973; 2005, ¹ 1, maddələr 5, 6, ¹ 2, maddə 61, ¹ 4, maddələr 272, 273, 275, 278, ¹ 6, maddələr 462, 466, ¹ 7, maddə 576, ¹ 8, maddələr 691, 692, ¹ 10, maddələr 875, 877, 904, ¹ 11, maddələr 993, 994, 995, ¹ 12, maddələr 1083, 1085; 2006, ¹ 2, maddələr 64, 68, ¹ 3, maddələr 219, 220, 223, 225, ¹ 5, maddə 385, ¹ 6, maddə 478, ¹ 11, maddələr 923, 924, 932, ¹ 12, maddələr 1005, 1020, 1024; 2007, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401, 440, ¹ 6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 935, 936, 938, 940, ¹ 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, ¹ 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, ¹ 2, maddə 47, ¹ 3, maddələr 146, 152, 159, ¹ 4, maddə 249, ¹ 5, maddə 340, ¹ 6, maddələr 454, 460, 461, 464, ¹ 7, maddələr 601, 602, 605, ¹ 8, maddələr 699, 701, 711, ¹ 10, maddələr 884, 885, ¹ 11, maddələr 956, 957, ¹ 12, maddələr 1045, 1047, 1049; 2009, ¹ 2, maddələr 36, 45, 49, 52, 53, ¹ 5, maddələr 309, 315, ¹ 6, maddələr 404, 405, ¹ 7, maddələr 517, 518, 519, ¹ 8, maddə 611, ¹ 12, maddələr 953, 954, 966, 971; 2010, ¹ 2, maddələr 70, 71, ¹ 3, maddələr 167, 171, 178, ¹ 4, maddələr 275, 276, ¹ 5, maddələr 379, 380, ¹ 6, maddə 483, ¹ 7, maddələr 577, 591, 594, 595, 598, 600, ¹ 10, maddə 838, ¹ 11, maddələr 936, 938, 949, ¹ 12, maddə 1059; 2011, ¹ 2, maddələr 70, 71, ¹ 3, maddələr 162, 164, 167, 168, 170, ¹ 4, maddələr 246, 254, ¹ 6, maddələr 470, 479, 487, ¹ 7, maddələr 596, 614, ¹ 10, maddə 881, ¹ 11, maddə 981, ¹ 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, ¹ 1, maddə 3, ¹ 2, maddə 50, ¹ 3, maddə 194, ¹ 4, maddə 271, ¹ 5, maddə 404, ¹ 6, maddə 499, ¹ 7, maddələr 649, 665, 667, ¹ 9, maddə 843, ¹ 11, maddələr 1046, 1047, 1055, 1064, 1069; 2013, ¹ 1, maddələr 12, 13, 23, ¹ 2, maddələr 90, 100, ¹ 3, maddələr 205, 218, 225, ¹ 4, maddələr 354, 361, ¹ 5, maddələr 461, 473, 480, ¹ 6, maddələr 601, 617, 627, 629, ¹ 7, maddə 777, ¹ 8, maddə 888, ¹ 11, maddələr 1287, 1294, 1300, 1304, 1311, ¹ 12, maddələr 1471, 1480, 1496, 1503; 2014, ¹ 1, maddə 2, ¹ 2, maddələr 80, 91, 93; Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 908-IVQD nömrəli və 4 mart tarixli 917-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 28.3-cü maddədə "12" rəqəm
ləri "20" rəqəmləri ilə əvəz edilsin.
2. 151-ci maddənin "Qeyd" hissəsi üzrə:
2.1. 1-ci bənddə "və 151-1.3-cü" sözləri ",151-1.3-cü və 151-4-cü" sözləri ilə əvəz edilsin.
2.2. aşağıdakı məzmunda 5-ci və 6-cı bəndlər əlavə edilsin:
"5. Bu Məcəllənin 151.5 və 152-1.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xətalar 5 balla qiymətləndirilir.
6. İnzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə mindiyi vaxtdan 1 il müddətində qüvvədə olur.".
3. 151.2-ci maddədən "həmçinin xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə," sözləri çıxarılsın;
4. 151.4-cü maddə üzrə:
4.1. "151-1.4-cü " sözlərindən sonra "151-4-cü" sözləri əlavə edilsin;
4.2. "12" rəqəmləri "20" rəqəmləri ilə, "bir ilədək müddətə" sözləri "altı ay müddətinə" sözləri ilə əvəz edilsin.
5. 151-1.1-ci maddədə "otuz" sözü "on" sözü ilə əvəz edilsin.
6. Aşağıdakı məzmunda 151-4-cü və 158-2-ci maddələr əlavə edilsin:
"Maddə 151-4. Keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi və ya mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsi
Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə -
yüz
manat miqdarında cərimə edilir.
Maddə 158-2. Nəqliyyat vasitəsinin istifadəçisi barədə
məlumat verilməməsi
Hüquqi
şəxsin mülkiyyətində və ya istifadəsində
olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi
zamanı idarə edən fiziki şəxs haqqında məlumatı
bu barədə sorğu daxil olduğu vaxtdan 5 gün müddətində
verməməsinə görə -
hüquqi
şəxs üç yüz manat miqdarında cərimə
edilir.".
7. 410-1,
412 və 452-ci maddələr ləğv edilsin.
8. 410.1-ci
maddədə "və 412.1-ci maddələri" sözləri
"maddəsi" sözü ilə əvəz edilsin;
9.
Aşağıdakı məzmunda 32-1-ci fəsil əlavə
edilsin:
"FƏSİL
32-1
YOL
HƏRƏKƏTİ QAYDALARI ƏLEYHİNƏ OLAN
İNZİBATI
XƏTALAR
HAQQINDA İŞLƏRƏ BAXILMASININ
XÜSUSİYYƏTLƏRİ
Maddə 429-1. Yol hərəkəti qaydaları əleyhinə olan
inzibati xətalar haqqında işlərə
baxılmasının ümumi qaydası
Bu Məcəllənin 151-159-cu maddələrində nəzərdə
tutulmuş yol hərəkəti qaydaları əleyhinə
olan inzibati xətalar haqqında işlərə, bu fəsillə
müəyyən edilmiş xüsusiyyətlər nəzərə
alınmaqla, bu Məcəllə ilə müəyyən
edilmiş qaydada baxılır.
Maddə 429-2. Yol hərəkəti qaydaları əleyhinə olan
inzibati xəta haqqında iş üzrə barəsində
icraat aparılan şəxsin səlahiyyətli orqana
çağırılmasının yolverilməzliyi
Yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətalar haqqında
iş üzrə barəsində icraat aparılan şəxsin
səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən
çağırılması qadağandır.
Maddə 429-3. İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat
funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi
ilə aşkar edildikdə icraatın aparılması
qaydası
429-3.1. Bu
Məcəllənin 151.1, 151.2, 151.3, 151.3-1, 151.3-2, 151-1,
151-2.1, 151-3 və 158-1.3-cü maddələrində nəzərdə
tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına
malik xüsusi texniki vasitələrin köməyi ilə
aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları
müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sisteminin proqram təminatı əsasında real vaxt
rejimində elektron formada birbaşa həmin mərkəzi
informasiya sisteminə ötürülür, inzibati xətanı
törətmiş şəxsin iştirakı olmadan real vaxt
rejimində, "Elektron imza və elektron sənəd
haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada elektron sənəd şəklində
inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin
mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının
elektron imzası ilə təsdiqlənir. İnzibati
xəta haqqında elektron protokol tərtib edildikdən dərhal
sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə
edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti
orqanının informasiya sisteminə göndərilir.
429-3.2.
İnzibati xəta haqqında elektron protokol müvafiq icra
hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına
əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat
vasitəsi icarə müqaviləsi və ya nəqliyyat vasitəsindən
istifadə etmə və ya ona dair sərəncam vermə
hüquqları ilə bağlı etibarnamə əsasında
sonuncu dəfə təkrar dövlət qeydiyyatından
keçirilərkən qeydiyyata götürülmüş
şəxs, hüquqi şəxsin mülkiyyətində və
ya istifadəsində olan nəqliyyat vasitəsinin
sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat
vasitəsinin mülkiyyətçisi) barəsində tərtib
edilir.
429-3.3.
İnzibati xəta haqqında elektron protokolda bu Məcəllənin
410.1-ci maddəsində nəzərdə tutulanlarla
yanaşı aşağıdakılar göstərilir:
429-3.3.1.
inzibati xətanın aşkar edilməsində istifadə
olunmuş xüsusi texniki vasitələrlə əldə edilən
məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və
hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən
törədildiyini sübut edən foto və ya video materiallar əlavə
edilməklə);
429-3.3.2.
inzibati xəta haqqında elektron protokolla əlaqədar vəsatət
verilməsi qaydası;
429-3.3.3. inzibati cərimənin miqdarı və ödənilməsi
qaydası.
429-3.4. Foto və ya video qeydiyyat funksiyalarına malik
xüsusi texniki vasitələrin köməyi ilə aşkar
edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini
dayandıraraq törədilmiş belə xətalar
haqqında inzibati xəta haqqında protokol tərtib etmək
və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar
çıxarmaq qadağandır. Bütün foto və
ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr
müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin
köməyi ilə aşkar edilmiş inzibati xətalar
haqqında yalnız bu Məcəllənin 429-3.1-ci maddəsində
nəzərdə tutulmuş qaydada elektron protokol tərtib
olunur.
429-3.5. Barəsində bu Məcəllənin 429-3.1,
429-5.5 və ya 429-5.6-cı maddələrində nəzərdə
tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib
edilmiş şəxs protokolda qeyd olunan cəriməni ödədikdə
protokolla razılaşmış olur və həmin protokol eyni
məzmunlu inzibati tənbeh vermə haqqında qərar hesab
edilir.
429-3.6. Barəsində bu Məcəllənin 429-3.1-ci və
ya 429-5.6-cı maddələrində nəzərdə
tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib
edilmiş şəxs səlahiyyətli orqana inzibati xətanın
törədilməsi zamanı nəqliyyat vasitəsinin digər
şəxsin sahibliyində və ya istifadəsində
olduğu, yaxud digər şəxslərin qanunsuz əməlləri
nəticəsində onun sahibliyindən
çıxdığı barədə vəsatətlə
müraciət edə bilər. Vəsatət inzibati xəta
haqqında protokol barədə bu Məcəllənin 429-6.2.3-cü
maddəsində nəzərdə tutulmuş qaydada məlumat
verildiyi vaxtdan 10 gün müddətində şəxsən
verilə və ya poçt, yaxud internet vasitəsilə
göndərilə bilər. Vəsatət
verən şəxs inzibati xətanın törədilməsi
zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair
ehtimalını vəsatətdə göstərə bilər.
Vəsatətdə göstərilən məlumatlar təsdiq
olunarsa, barəsində inzibati xəta haqqında protokol tərtib
edilmiş şəxsin haqqında olan iş üzrə icraata
xitam verilir və inzibati xətanı törətmiş şəxsin
inzibati məsuliyyətə cəlb edilməsi
üçün müvafiq tədbirlər görülür.
429-3.7.
Barəsində bu Məcəllənin 429-3.1, 429-5.5 və ya
429-5.6-cı maddələrində nəzərdə
tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib
edilmiş şəxs bu Məcəllənin 429-6.2.3-cü maddəsində
müəyyən olunmuş qaydada məlumatlandırıldığı
vaxtdan 10 gün müddətində vəsatət vermədikdə
həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar
hesab edilir və həmin vaxtdan 10 gün müddətində
bu qərardan bu Məcəllənin 429-7.1-ci maddəsində nəzərdə
tutulmuş qaydada şikayət verilə bilər.
Maddə 429-4. İnzibati xəta hüquqi şəxsə məxsus nəqliyyat
vasitəsinin istifadəçisi tərəfindən törədildikdə
inzibati xəta haqqında iş üzrə icraatın
aparılması qaydası
429-4.1. Bu Məcəllənin 429-3.1-ci maddəsində nəzərdə
tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində
və ya istifadəsində olan nəqliyyat vasitəsinin
sürücüsü tərəfindən törədildikdə
və müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sistemində inzibati xətanın törədilməsi
zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna
malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin
hüquqi şəxsə səlahiyyətli orqan (vəzifəli
şəxs) tərəfindən bu barədə sorğu
göndərilir.
429-4.2. Hüquqi şəxs sorğunu rəsmi qaydada
aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın
törədilməsi zamanı nəqliyyat vasitəsini idarə
etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli
orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli
şəxs) belə məlumatı aldığı vaxtdan 3
gün müddətində barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsin
iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib
edir. İnzibati xəta haqqında protokol həmin günün
sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sistemində yerləşdirilir və barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsə həmin protokol barədə bu Məcəllənin
429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat
verilir.
429-4.3. Bu Məcəllənin 429-4.1-ci maddəsində nəzərdə
tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs
bu Məcəllənin 158-2-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətanın törədilməsinə
görə məsuliyyətə cəlb olunur. Hüquqi
şəxsin məsuliyyətə cəlb olunması onu
müvafiq məlumatı təqdim etmək vəzifəsindən,
habelə fiziki şəxsi törətdiyi əmələ
görə məsuliyyətdən azad etmir.
Maddə 429-5. İnzibati xəta hadisəsi səlahiyyətli vəzifəli
şəxs tərəfindən bilavasitə aşkar edildikdə
icraatın aparılması qaydası
429-5.1. İnzibati xətalar haqqında işlərə
baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə
aid edilmiş yol hərəkəti qaydaları əleyhinə
olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs
tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə
ilə müəyyən olunmuş qaydada inzibati xəta
haqqında protokol tərtib edilir və baxılmaq
üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta
haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3
gün müddətində onu mərkəzi informasiya sisteminə
yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti
orqanına göndərir. Müvafiq icra hakimiyyəti
orqanı həmin qərarı daxil olduğu gün mərkəzi
informasiya sisteminə yerləşdirir. Barəsində
inzibati xəta haqqında iş üzrə qərar
çıxarılmış şəxs həmin qərar barədə
bu Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə
tutulmuş qaydada məlumatlandırılır.
429-5.2.
İnzibati xətalar haqqında işlərə baxmaq
hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə)
aid edilmiş yol hərəkəti qaydaları əleyhinə
olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs
tərəfindən bilavasitə aşkar edildikdə və barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə
razılaşdıqda inzibati tənbeh tətbiq etmə
haqqında qərar çıxarılır.
429-5.3. Barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə
razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs
inzibati xəta haqqında protokol tərtib edir.
429-5.4.
İnzibati tənbeh tətbiq etmə haqqında qərar və
ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində
quraşdırılmış bort-kompüter vasitəsilə
tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda
həmin günün sonunadək müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sistemində yerləşdirilir
və barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsə bu Məcəllənin
429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada bu
barədə məlumat verilir. İnzibati tənbeh tətbiq
etmə haqqında qərarın və ya inzibati xəta
haqqında protokolun kağız daşıyıcıda surəti
səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən
yerindəcə barəsində inzibati xəta haqqında
iş üzrə icraat aparılan şəxsə,
həmçinin belə müraciəti olduqda inzibati xəta
haqqında iş üzrə zərər çəkmiş
şəxsə verilir.
429-5.5. Bu Məcəllənin 158-1.1-ci və ya 158-1.2-ci
maddələrində nəzərdə tutulmuş inzibati xətanı
törətmiş şəxs nəqliyyat vasitəsinin
yanında deyilsə, inzibati xəta törətmiş şəxsin
iştirakı olmadan foto və ya video çəkiliş
aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə
inzibati xəta haqqında protokol tərtib edilir və nəqliyyat
vasitəsi mühafizə edilən duracağa aparılır. Bu halda inzibati
xəta haqqında protokolda nəqliyyat vasitəsinin
aparıldığı duracağın ünvanı göstərilir.
Protokol operativ nəqliyyat vasitəsində
quraşdırılmış bort-kompüter vasitəsilə
tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sistemində yerləşdirilir
və barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsə həmin protokol barədə
bu Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə
tutulmuş qaydada məlumat verilir.
429-5.6. Bu Məcəllənin 158-1.1-ci və ya 158-1.2-ci
maddələrində nəzərdə tutulmuş inzibati xətanı
törətmiş şəxs nəqliyyat vasitəsinin
yanında olmadığı və nəqliyyat vasitəsinin
mühafizə edilən duracağa aparılması
mümkün olmadığı hallarda inzibati xəta törətmiş
şəxsin iştirakı olmadan foto və ya video çəkiliş
aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə
inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati xəta
hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin
sürücüsü tərəfindən törədildiyini
sübut edən foto və ya video materiallar əlavə
olunmaqla, həmin protokolun surəti nəqliyyat vasitəsinin
ön şüşəsinə qoyulur. Protokol operativ nəqliyyat
vasitəsində quraşdırılmış bort-kompüter
vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra
hakimiyyəti orqanının mərkəzi informasiya sistemində
yerləşdirilir və barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsə
həmin protokol barədə bu Məcəllənin 429-6.2.1 və
429-6.2.2-ci maddələrində nəzərdə tutulmuş
qaydada məlumat verilir.
Maddə 429-6. İnzibati xəta haqqında protokol və inzibati xəta
haqqında iş üzrə qərar barədə məlumatlandırma
429-6.1.
Müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sisteminə yerləşdirilmiş inzibati xəta
haqqında protokol və ya inzibati xəta haqqında iş
üzrə qərar həmin anda elektron qaydada, həmçinin
müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə
yerləşdirilir.
429-6.2.
İnzibati xətanı törətmiş nəqliyyat vasitəsinin
istifadəçisi (həmçinin mülkiyyətində və
ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar
hüquqi şəxs) inzibati xəta haqqında protokol və
inzibati xəta haqqında iş üzrə qərar barədə
aşağıdakı qaydada məlumatlandırılır:
429-6.2.1.
müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi
inzibati xəta haqqında elektron
protokolu və ya
inzibati xəta haqqında
iş üzrə qərarı və onların əlavələrini
hər bir nəqliyyat vasitəsinin istifadəçisi
üçün internet informasiya resursunda yaradılmış
"elektron kabinet"ə yerləşdirir və barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsin elektron ünvanına (olduğu halda) göndərir;
429-6.2.2.
eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya
sistemi nəqliyyat vasitəsinin istifadəçisinin mobil
telefon nömrəsinə inzibati xəta törətməsi,
törətdiyi xətanın qısa məzmunu, xətanın
törədildiyi yer, bu Məcəllənin hansı maddəsinə
əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin
məbləği, inzibati xəta haqqında elektron protokolun və
ya inzibati xəta haqqında iş üzrə qərarın
nömrəsi, həmin sənədlə və ona əlavə
edilmiş materiallarla tanış ola biləcəyi "elektron
kabinet"in internet ünvanı və daxil olma qaydası barədə
ödənişsiz SMS məlumatı dərhal göndərir;
429-6.2.3.
inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta
haqqında iş üzrə qərar ona əlavə
edilmiş materiallarla birlikdə kağız
daşıyıcıda çap olunaraq səlahiyyətli orqan
(vəzifəli şəxs) tərəfindən inzibati xətanın
törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin
370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi
qaydada verilir.
429-6.3.
"Yol hərəkəti haqqında" Azərbaycan
Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində
nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət
qeydiyyatından keçirərkən fiziki şəxslər
qeydiyyatda olduğu və yaşadığı ünvanı,
mobil telefon nömrəsini və olduğu halda elektron
ünvanını və sürücülük vəsiqəsinin
nömrəsini, hüquqi şəxslər isə nəqliyyat
vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin
(nəqliyyat vasitəsinin sürücüsünün)
müvafiq məlumatlarını dövlət
qeydiyyatını həyata keçirən orqana verməli və
həmin məlumatlar dəyişdikdə onları üç
gün ərzində yeniləməlidirlər. Müvafiq
icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və
internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi
üçün müvafiq imkanların olmasını təmin
etməlidir.
Maddə 429-7. İnzibati xəta haqqında iş üzrə qərardan
şikayətə
baxılması qaydası
429-7.1.
Barəsində inzibati xəta haqqında iş üzrə qərar
qəbul edilmiş şəxs inzibati xəta törətməsi
barədə bu Məcəllənin 429-6.2.3-cü maddəsində
nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı
və ya inzibati xəta haqqında protokol bu Məcəllənin
429-3.5-ci və 429-3.7-ci maddələrində nəzərdə
tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında
qərar hesab edildiyi vaxtdan 10 gün müddətində
yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə)
və ya məhkəməyə şikayət edə bilər.
Şikayət şəxsən verilə və
ya poçt, yaxud internet vasitəsilə göndərilə
bilər.
429-7.2.
Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə)
inzibati xəta haqqında iş üzrə qərardan
şikayət verildikdə yuxarı səlahiyyətli orqan (vəzifəli
şəxs) videomüşahidə vasitələrinin qeydə
aldığı videoyazıya baxış keçirməklə
və araşdırma aparmaqla qərarın ləğv edilməsi
üçün əsaslar müəyyən etdikdə inzibati
xəta haqqında iş üzrə qərarı ləğv
edir, belə əsaslar müəyyən olunmadıqda isə
inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən
saxlanması barədə qərar qəbul edilir.
429-7.3. Bu
Məcəllənin 429-7.2-ci maddəsində nəzərdə
tutulmuş qərarlar müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sistemində yerləşdirilir
və barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsə həmin qərar barədə
bu Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə
tutulmuş qaydada məlumat verilir.
Maddə 429-8. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların
törədilməsinə görə inzibati cərimə
növündə inzibati tənbeh tətbiq etmə haqqında
qərarın icra edilməməsi ilə əlaqədar xətalar
üzrə icraatın aparılması qaydası
Bu Məcəllənin
313-2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı
törətmiş şəxs səlahiyyətli orqan (vəzifəli
şəxs) tərəfindən həmin inzibati xəta
haqqında protokolun tərtib edilməsi üçün bu Məcəllənin
370-1-370-4-cü maddələrində nəzərdə
tutulmuş qaydada çağırıldıqda və gəlməkdən
qəsdən boyun qaçırdıqda, inzibati xəta
haqqında protokol inzibati xəta törətmiş şəxsin
iştirakı olmadan tərtib edilir və müvafiq sənədlərlə
birlikdə baxılmaq üçün aidiyyəti üzrə
məhkəməyə göndərilir.".
10.
451.3-cü maddənin birinci cümləsində "Bu Məcəllənin
452.1-ci maddəsində nəzərdə tutulan hallar istisna
olmaqla inzibati" sözləri "İnzibati"
sözü ilə əvəz edilsin və "tərəfindən"
sözündən sonra "yalnız" sözü əlavə
edilsin.
11.
451.7-ci maddənin birinci hissəsinin birinci cümləsində
və 451.8-ci maddənin birinci hissəsinin birinci cümləsində
"2 faizi" sözləri "1 faizi" sözləri ilə
əvəz edilsin.
12.
451.7-ci maddənin ikinci hissəsinin beşinci cümləsində
və 451.8-ci maddənin üçüncü hissəsində
"3 iş günü" sözləri
"5 iş günü" sözləri ilə əvəz
edilsin.
13.
Aşağıdakı məzmunda 451.7-1-ci maddə əlavə
edilsin:
"451.7-1.
Hüquqi və ya fiziki şəxs olan işəgötürənin
mülkiyyətində və ya istifadəsində olan nəqliyyat
vasitəsinin sürücüsü inzibati xəta törətdikdən
sonra onun işəgötürənlə əmək
münasibətlərinə xitam verilmişdirsə və
inzibati xətanı törətmiş şəxs 2 ay müddətində
inzibati cəriməni ödəməmişdirsə, nəqliyyat
vasitəsinin saxlanılması barədə qərar qəbul
edilmədən inzibati xətanı törətmiş şəxsin
nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması
barədə qərar qəbul edilir və cərimənin
ödənilməsini təmin etmək məqsədilə məcburi
icraya yönəldilir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 2 may 2014-cü il
Azərbaycan.-2014.-1 iyun.- S.2.