Azərbaycan Xarici
İşlər Nazirliyinin mətbuat xidmətinin
Böyük Britaniyanın Xarici
İşlər və Birlik Məsələləri
üzrə Ofisinin 28 may
tarixli bəyanatına cavabı
Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan
Respublikasının vətəndaşları Anar Məmmədli,
Bəşir Süleymanlı və Elnur Məmmədovun
mühakimə olunması ilə bağlı Böyük
Britaniyanın Xarici İşlər və Birlik Məsələləri
üzrə Ofisinin 28 may tarixli bəyanatını Azərbaycanın
müstəqil məhkəmə instansiyalarının işinə
müdaxilə və təzyiq kimi qiymətləndirir və
tam şəkildə qəbulolunmaz hesab edir.
Adları
sadalanan şəxslər vergidən yayınma və qanunsuz
sahibkarlıq fəaliyyəti kimi qanun pozuntularına görə
mühakimə olunmuşlar və bu şəxslərin cinayət
əməlləri məhkəmə qaydasında sübuta
yetirilmişdir.
Məhkəmənin
qərarının bu şəxslərin siyasi fəaliyyəti
ilə heç bir əlaqəsi yoxdur və ümumiyyətlə,
Azərbaycanda heç kim siyasi baxışlarına və fəaliyyətinə
görə təqib və mühakimə olunmur.
Yuxarıda
qeyd edilənlərlə əlaqədar olaraq, Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyi Böyük
Britaniyanın Xarici İşlər və Birlik Məsələləri
üzrə Ofisini Azərbaycanın daxili işlərinə
son zamanlar müşahidə olunan yersiz müdaxilələrdən
çəkinməyə və öz ölkəsinin insan
hüquqları məsələlərinə diqqət yetirməyə
dəvət edir.
Azərbaycan.-2014.- 1 iyun.- S.1.