Azərbaycan Respublikası Dövlət Dəniz
Administrasiyasının tabeliyində Dəniz
Üzgüçülüyünün Təhlükəsizliyi
Mərkəzinin bəzi məsələləri haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 164 Bakı şəhəri,
23 may 2014-cü il
"Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 mart tarixli 338 nömrəli sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin yaradılması ilə əlaqədar:
1.1. "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Nizamnaməsi" təsdiq edilsin (1 nömrəli əlavə);
1.2. "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin strukturu" təsdiq edilsin (2 nömrəli əlavə).
2. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin işçilərinin say həddi 135 vahid müəyyən edilsin.
3. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin müasir avadanlıq və vasitələrlə təmin edilməsi və 2014-cü ilin sonunadək cari fəaliyyətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasına 2.565.265,0 (iki milyon beş yüz altmış beş min iki yüz altmış beş) manat məbləğində vəsait ayrılsın.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
4.1. bu qərarın 3-cü hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin;
4.2. 2015-ci ildən başlayaraq, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin cari fəaliyyətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutsun.
5. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasına, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Bakı Beynəlxalq Dəniz Ticarət Limanına və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsinlər.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 aprel tarixli 58 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 4, maddə 438) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:
"2. Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi".
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 1 iyun.- S.3.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 maytarixli 164 nömrəli
qərarı ilə təsdiq edilmişdir
1 nömrəli
əlavə
Azərbaycan
Respublikası Dövlət Dəniz Administrasiyasının
tabeliyində Dəniz Üzgüçülüyünün
Təhlükəsizliyi Mərkəzinin
NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi (bundan sonra - Mərkəz) “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 mart tarixli 338 nömrəli Sərəncamına əsasən yaradılmışdır.
1.2. Mərkəz Azərbaycan Respublikası Dövlət Dəniz Administrasi-yasının (bundan sonra - Administrasiya) tabeliyində fəaliyyət göstərir.
1.3. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitu-siyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsini, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Administrasiyanın hüquqi aktlarını, əmrlərini və bu Nizamnaməni rəhbər tutur.
1.4. Mərkəzin rəsmi adı aşağıdakı kimidir:
Azərbaycan dilində — Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi;
ingilis
dilində — “Maritime Safety Center under the State Maritime Administration
of the Republic of Azerbaijan”.
1.5. Mərkəzin
hüquqi ünvanı: Bakı şəhəri, Səbail rayonu,
Xanlar küçəsi 2B.
2. Mərkəzin
hüquqi statusu
2.1. Mərkəz
hüquqi şəxsdir, müstəqil balansa, banklarda
hesablaşma hesabına və digər hesablara malikdir.
2.2. Mərkəzin
saxlanılması xərcləri və fəaliyyəti əsasən
dəniz üzgüçülüyünün təhlükəsizliyi
ilə bağlı göstərdiyi xidmətə görə
daxil olan vəsaitlər, habelə dövlət büdcəsindən,
kreditlər, qrantlar və qanunvericiliklə qadağan olunmayan
digər mənbələrdən daxil olunan vəsaitlər
hesabına maliyyələşdirilir.
2.3. Mərkəzin
ayrıca əmlakı vardır, öz öhdəlikləri
üçün bu əmlakla cavabdehdir, qanunvericiliyə
uyğun olaraq əqdlər, sazişlər, müqavilələr
bağlamaq, öz adından əmlak və qeyri-əmlak
hüquqları əldə etmək və həyata keçirmək,
vəzifələr daşımaq, məhkəmədə
iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
2.4. Mərkəz
üzərində Azərbaycan Respublikasının Dövlət
gerbi təsvir edilmiş və Mərkəzin adı göstərilmiş
möhürə, müvafiq ştamplara və blanklara, emblem,
loqotip və digər fərqləndirici nişanlara malikdir. Mərkəzin
əməkdaşlarının xidməti geyim forması
vardır.
3. Mərkəzin
əsas məqsədi və fəaliyyət istiqamətləri
3.1. Mərkəzin
əsas məqsədi Administrasiya tərəfindən təşkil
olunan dəniz üzgüçülüyünün təhlükəsizlik
sisteminin fəaliyyətinin təmin olunmasından, gəmilərin
nəzarət yoxlamasının və liman kapitanlarının
fəaliyyətinin səmərəli təşkilindən, bələdçi
xidmətinin göstərilməsindən və dəniz
üzgüçülüyündənaviqasiya təminatının
həyata keçirilməsindən ibarətdir.
3.2. Mərkəz
bu məqsədlərə uyğun olaraq
aşağıdakı istiqamətlərdə fəaliyyət
göstərir:
3.2.1. Azərbaycan
Respublikasının ərazisində yerləşən
limanlarda liman kapitanlarının və gəmilərin nəzarət
yoxlamasını həyata keçirən müfəttişlərin
işini təşkil edir;
3.2.2. Azərbaycan
Respublikasının ərazisində yerləşən
limanlarda bələdçi xidmətini göstərir;
3.2.3. gəmilərin
bələdçi ilə keçirilməsinin məcburi və
məcburi olmayan rayonlarının müəyyən edilməsinə
dair təkliflər verir;
3.2.4. Azərbaycan
Respublikasının ərazi sularında dəniz
üzgüçülüyü qaydalarına əməl
edilməsinə nəzarət olunmasında iştirak edir;
3.2.5. Azərbaycan
Respublikasının ərazi sularında gəmilərin
üzmə rejiminə riayət olunmasına nəzarətin həyata
keçirilməsində iştirak edir;
3.2.6. dəniz
üzgüçülüyünün təhlükəsizlik
sisteminin təşkilində iştirak edir;
3.2.7.
liman kapitanlarının, dəniz bələdçilərinin
və gəmilərin nəzarət yoxlamasını həyata
keçirən müfəttişlərin hazırlanması və
ixtisaslarının artırılması məqsədi ilə
tədbirlər görür;
3.2.8. gəmilərin
nəzarət yoxlaması və yoxlamaların nəticələrinə
dair məlumatların mərkəzləşdirilmiş qaydada
qeydə alınması, bununla bağlı elektron məlumat
bazasının yaradılması və işlək vəziyyətdə
saxlanılması məqsədi ilə tədbirlər
görür;
3.2.9. gəmilərin
nəzarət yoxlaması zamanı aşkar olunan
çatışmazlıqların təhlilinin
aparılması və həmin
çatışmazlıqların aradan qaldırılması
məqsədi ilə təkliflər hazırlayır və
Administrasiyaya təqdim edir;
3.2.10. Mərkəzin
fəaliyyətinin təkmilləşdirilməsi məqsədi
ilə Administrasiya qarşısında təkliflə
çıxış edir;
3.2.11. gəmilərin
nəzarət yoxlamalarının həyata keçirilməsi
üzrə hüquqi aktlarda dəyişikliklər edilməsinə
dair təkliflər hazırlayır və Administrasiyaya təqdim
edir;
3.2.12.
Administrasiyanındəniz
üzgüçülüyünün təhlükəsizliyinə
dair sərgilərdə, konfranslarda və digər tədbirlərdə
iştirakına dair materialların hazırlanmasını təşkil
edir;
3.2.13. dənizdə
gəmilərdə baş vermiş qəza hadisələrinin
araşdırılmasında iştirak edir;
3.2.14. dəniz
nəqliyyatı sahəsində qanunvericiliyə uyğun
olaraq, gəmilərin hərəkətinin idarəetmə xidmətinin
fəaliyyətini təşkil edir;
3.2.15. gəmilərin
və üzən vasitələrin Azərbaycan
Respublikasının ərazi sularında və uzaq məsafədən
müşahidəsini həyata keçirir;
3.2.16.
Administrasiyanıvə qanunvericiliklə müəyyən
olunmuş qaydada digər dövlət orqanlarını dəniz
üzgüçülüyünün təhlükəsizliyinə
dair məlumatlarla təmin edir;
3.2.17. gəmilərə
çağırış siqnallarının, gəmi
radiostansiyasının fərdi çağırış
nömrələrinin və gəmi peyk rabitə
stansiyasının identifikasiya nömrələri daxil olmaqla,
müvafiq sənədlərin verilməsi üçün zəruri
tədbirlər görülməsində iştirak edir;
3.2.18. dəniz
yollarında naviqasiya təminatını həyata
keçirir;
3.2.19.
Administrasiyanıngöstərişləri əsasında, Azərbaycan
Respublikasının Xəzər dənizinin
axtarış-xilasetmə məsul sektorunda dənizdə qəzaya
uğramış insanların axtarışı və
xilası üçün Azərbaycan Respublikasının və
xarici dövlətlərin dəniz və aviasiya qəza-xilasetmə
xidmətləri tərəfindən zəruri tədbirlərin
həyata keçirilməsində iştirak edir;
3.2.20. gəmi
və dəniz nəqliyyatının digər obyektləri ilə
kriptoqrafik rabitənin təşkilində iştirak edir;
3.2.21. lövbər
dayanacaqlarında gəmilərin vəziyyətlərinə nəzarət
edir;
3.2.22. gəmilərə
naviqasiya, meteoroloji, əməliyyat və digər məlumatların
ötürülməsini təmin edir;
3.2.23. Azərbaycan
Respublikasının ərazi sularında dəniz
üzgüçülüyünün təhlükəsizliyi
və dəniz mühitinin mühafizəsi qaydalarını
pozan şəxslərin məsuliyyətə cəlb edilməsi
üçün sənədləri hazırlayır və
Administrasiyayatəqdim edir;
3.2.24. fəaliyyət
istiqamətlərinə uyğun olaraq, rəy və analitik
materialları hazırlayır, təhlillər, ümumiləşdirmələr
aparır və Administrasiyayatəqdim edir;
3.2.25. gəmilərə
dənizdə yaranmış təhlükəli vəziyyətlərdən
çıxılması üçün məsləhət və
tövsiyələr verir;
3.2.26. dəniz
üzgüçülüyünün təhlükəsizliyinin
təmin edilməsi məqsədi ilə gəmilərin hərəkətinin
dayandırılmasına dair qərar qəbul edilməsi barədə
Administrasiyaya təklif verir;
3.2.27. səlahiyyətləri
daxilində əmək şəraitinin
yaxşılaşdırılması üzrə tədbirlər
həyata keçirir;
3.2.28. Mərkəzin
maddi-texniki bazasının gücləndirilməsi üzrə
tədbirlər görür, ondan səmərəli istifadə
edilməsini təmin edir;
3.2.29. gəmilərin
hərəkətinin idarə edilməsi və qlobal dəniz fəlakəti
əmniyyətli rabitə sistemi üzrə mütəxəssislərin
hazırlanması və ixtisaslarının
artırılması ilə bağlı hazırlıq
kursları təşkil edir;
3.2.30. dəniz
nəqliyyatı sahəsində fəaliyyət göstərən
fiziki və hüquqi şəxslərə dəniz
üzgüçülüyünün təhlükəsizliyi
və bu Nizamnamə ilə müəyyən edilmiş digər
fəaliyyət istiqamətləri üzrə xidmətlər
göstərir;
3.2.31.
Administrasiyanın tapşırığı və ya
Administrasiya ilə razılaşdırmaqla fəaliyyət
istiqamətləri üzrə konfrans, iclas, seminar və digər
tədbirlərin keçirilməsini təşkil edir;
3.2.32. bələdçi
və gəmilərin nəzarət yoxlamasını həyata
keçirən müfəttişlərin hazırlanması və
ixtisaslarının artırılması ilə bağlı
hazırlıq kursları təşkil edir;
3.2.33.
keyfiyyət standartlarının tətbiqi ilə əlaqədar
sertifikatlaş-dırılmadan keçmək
üçün tədbirlər görür;
3.2.34.
müasir informasiya texnologiyalarının və proqram təminatının
tətbiqi vasitəsilə Mərkəzin fəaliyyətinin səmərəliliyinin
artırılmasını təmin edir;
3.2.35. gəmilərin
hərəkətinin müasir idarəetmə sistemlərinin və
rabitə xidmətlərinin təşkil olunmasında
iştirak edir;
3.2.36.
radio-naviqasiya avadanlıqlarının, elektronaviqasiya
cihazlarının montajı, sazlanması və təmiri
üzrə xidmətlər göstərir;
3.2.37. dənizdə
batmış üzmə vasitələrinin (əmlakı ilə
birlikdə) çıxarılması ilə əlaqədar təkliflər
verir, habelə həmin əmlakın
çıxarılmasının təşkilində və
onun mühafizə olunması üçün tədbirlərin
görülməsində iştirak edir;
3.2.38. Azərbaycan
Respublikasının ərazi sularında naviqasiya
avadanlıqlarının işlək vəziyyətdə
olmasına nəzarəti həyata keçirir;
3.2.39.
kanallarda, farvaterlərdə, lövbər dayanacaqlarında və
dəniz üzgüçülüyü məqsədləri
üçün istifadə edilən digər dəniz ərazilərində
dərinliyin ölçülməsində iştirak edir;
3.2.40. Azərbaycan
Respublikasının ərazi sularında yeni naviqasiya
avadanlıqlarının quraşdırılması və
onların coğrafi mövqelərinin müəyyən
olunması ilə bağlı təkliflər hazırlayır
və Administrasiyaya təqdim edir;
3.2.41.
ixrac neft və boru kəmərlərinin və onların
infrastruktur obyektlərinin, sualtı kabellərin, habelə
dövlət əhəmiyyətli digər obyektlərin təhlükəsizliyinin
təmin olunmasında iştirak edir;
3.2.42. fəaliyyət
istiqamətlərinə uyğun olaraq, qanunvericiliyə zidd
olmayan digər fəaliyyətləri həyata keçirir.
4. Mərkəzin
hüquqları
4.1.Mərkəz
fəaliyyət istiqamətlərinə uyğun olaraq
aşağıdakı hüquqlara malikdir:
4.1.1.
müstəqil ekspertləri və mütəxəssisləri
öz fəaliyyətinə cəlb etmək;
4.1.2.
xüsusi bülletenlər və digər nəşrlər
buraxmaq;
4.1.3. Azərbaycan
Respublikasının ərazisində mülkiyyət
növündən və milli mənsubiyyətindən
(dövlət bayrağından) asılı olmayaraq,
bütün dəniz gəmilərinə, liman və digər
dəniz nəqliyyatı obyektlərinə maneəsiz daxil
olmaq;
4.1.4. dəniz
və digər nəqliyyat növləri arasında nəqliyyat
qovşaqlarında yük sahibləri ilə, operatorlarla,
ekspeditorlarla, agentliklərlə və digər təşkilatlarla
qarşılıqlı münasibətlərin təkmilləşdirilməsində
iştirak etmək;
4.1.5. Mərkəzin
xidmətlərindən istifadə edən hüquqi və
fiziki şəxslərdən xidmətlər müqabilində
haqq almaq;
4.1.6.
Administrasiyanın razılığı ilə gəmilərin
nəzarət yoxlaması üzrə beynəlxalq və
regional təşkilatlarla əməkdaşlıqda iştirak
etmək;
4.1.7.dəniz
üzgüçülüyünün təhlükəsizliyi
ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi
üzrə təklifləri hazırlayıb Administrasi-yaya təqdim
etmək;
4.1.8. Mərkəzin
işçilərinin, o cümlədən bələdçilərin
və gəmilərin nəzarət yoxlamasını aparan
müfəttişlərin attestasiyasını həyata
keçirmək;
4.1.9. fəaliyyət
istiqamətlərinə uyğun olaraq, digər
hüquqları həyata keçirmək.
5. Mərkəzin
strukturu
5.1. Mərkəzin
strukturu və ştat vahidləri Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq
edilir.
6. Mərkəzin
idarə olunması
6.1. Mərkəzə
Administrasiyanın rəisi tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilən direktor rəhbərlik
edir. Direktor Mərkəzə həvalə olunmuş vəzifələrin
yerinə yetirilməsi və hüquqların həyata
keçirilməsi üçün şəxsən məsuliyyət
daşıyır.
6.2.
Direktorun Administrasiyanın rəisi tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilən müavinləri
(müavin-xidmət rəhbəri) vardır. Direktorun
müavinləri onlara həvalə edilmiş vəzifələri
yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət
daşıyırlar.
6.3.
Direktorun müavinləri və Mərkəzin işçiləri
öz funksiyalarını vəzifə bölgüsünə
əsasən yerinə yetirirlər.
6.4. Mərkəzin
direktoru:
6.4.1. Mərkəzin
işini təşkil edir və onun fəaliyyətinə rəhbərliyi
həyata keçirir;
6.4.2. Mərkəzin
direktor müavinləri arasında vəzifə
bölgüsü aparır;
6.4.3. Mərkəzin
işçilərinin üzərinə düşən vəzifələrin
yerinə yetirilməsinə, icra və əmək
intizamına nəzarət edir;
6.4.4. Mərkəzin
daxili intizam qaydalarını təsdiq edir;
6.4.5. Mərkəzin
iş planını və müvafiq hesabatlarını təsdiq
edir, iş planının vaxtında və keyfiyyətli
icrasına nəzarət edir;
6.4.6. Mərkəzin
fəaliyyətini Administrasiya və dəniz nəqliyyatı
sahəsində fəaliyyət göstərən digər
qurumlarla əlaqələndirir;
6.4.7. Mərkəzin
fəaliyyəti ilə bağlı məsələlərin
Administrasiyanın kollegiyasının müzakirəsinə
çıxarılması üçün təşəbbüs
göstərir, bu məsələlərin kollegiyanın
müzakirəsinə hazırlanmasını təmin edir;
6.4.8. Mərkəzin
iş planında və kollegiyanın qərarlarında,
Administrasiya tərəfindən verilmiş əmr və sərəncamlarda
nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə
yetirilməsini təmin edir;
6.4.9. Mərkəzin
adından müqavilələr bağlayır;
6.4.10.
işçilərin sosial hüquqlarının həyata
keçirilməsini təmin edir;
6.4.11.
işçilərin maddi təminatının, əmək
şəraitinin və sosial-məişət xidmətinin
yaxşılaşdırılması üçün tədbirlər
görür;
6.4.12. Mərkəzdə
mülki müdafiə və yanğın təhlükəsizliyi,
nəqliyyat səfərbərliyi üzrə işlərin həyata
keçirilməsinə nəzarət edir;
6.4.13. Mərkəzin
işçilərinin vəzifəyə təyin və vəzifədən
azad edilməsi, həvəsləndirilməsi və onlara
intizam tənbeh tədbirlərinin tətbiq olunması ilə
bağlı qərarlar qəbul edir;
6.4.14. Mərkəzin
fəaliyyətinin təkmilləşdirilməsi sahəsində
tədbirlər görür, bu barədə Administrasiyanın
rəhbərliyinə təkliflər verir;
6.4.15.
Administrasiyanın və onun tabeliyində olan təşkilatların
nümayəndələrinin iştirak etdiyi, Mərkəzin səlahiyyətləri çərçivəsinə
daxil olan məsələlərə aid konfrans, iclas, seminar və
digər tədbirlərdə iştirak edir;
6.4.16.
Administrasiyanın tapşırığı ilə konfrans,
iclas, seminar və digər tədbirlərin keçirilməsini
təşkil edir;
6.4.17. Mərkəzin
fəaliyyəti ilə bağlı rüblük və illik
hesabatları Administrasiyaya təqdim edir;
6.4.18. Mərkəzdə
kargüzarlıq fəaliyyətini təşkil edir;
6.4.19.
xidməti fəaliyyəti ilə bağlı
Administrasiyanın rəhbərliyinin digər
tapşırıqlarını yerinə yetirir.
_________________
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il
23 may
tarixli 164 nömrəli qərarı ilə təsdiq
edilmişdir
2 nömrəli
əlavə
Azərbaycan
Respublikası Dövlət Dəniz Administrasiyasının
tabeliyində Dəniz Üzgüçülüyünün
Təhlükəsizliyi Mərkəzinin strukturu
1. Azərbaycan
Respublikası Dövlət Dəniz Administrasiyasının
tabeliyində Dəniz Üzgüçülüyünün
Təhlükəsizliyi Mərkəzinin Aparatı.
2. Liman Nəzarəti
Müfəttişliyi Xidməti.
3. Uzaq Məsafədən
Tanınma və İzləmə Milli Mərkəzi.
4. Bələdçi Xidməti.