"Giriş-çıxış və qeydiyyat" idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili
Qaydaları"nın və
"Giriş-çıxış və qeydiyyat"
idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış
sistemi daxilində dövlət
orqanlarının informasiya resurslarından
istifadəyə buraxılış dərəcəsi"nin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli
5 nömrəli qərarında dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 avqust tarixli 235 nömrəli
qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 156 Bakı şəhəri,
19 may 2014-cü il
"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 617-IVQD nömrəli qanununda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 861-IVQD nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 228 nömrəli sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları"nın və "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 avqust tarixli 235 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 8, maddə 1033) 2-ci hissəsində "2014-cü ilin yanvarın 1-dən" sözləri "2015-ci il dekabrın 1-dən" sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 1 iyun.- S.3.