“Azərbaycan Respublikası  ərazisində dövlət mühafizəsinə götürülmüş  daşınmaz  tarix    mədəniyyət  abidələrinin əhəmiyyət dərəcələrinə görə  bölgüsünün  təsdiq  edilməsi  haqqında” Azərbaycan Respublikası Nazirlər  Kabinetinin   2001-ci  il  2  avqust tarixli 132  nömrəli  qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 159                                                    Bakı şəhəri, 20 may 2014-cü il

 

 

“Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 898-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 6 mart tarixli 314 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 555; 2005, № 11, maddə 1065; 2006, № 12, maddə 1161; 2007, № 7, maddələr 737, 738; 2008, № 1, maddə 36, № 2, maddə 104, № 6, maddələr 582, 584, 586, № 7, maddələr 680, 681, 682; 2009, № 7, maddə 609, № 10, maddə 848; 2010, № 6, maddə 566, № 7, maddə 704, № 8, maddə 760; 2012, № 3, maddə 264, № 6, maddə 636; 2013, № 3, maddə 338, № 4, maddə 440, № 6, maddə 727, № 10, maddələr 1201, 1213; 2014, № 1, maddə 57) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Arxeoloji abidələr” bölməsinin “Xəzər rayonu” hissəsinin 496 - 499-cu bəndləri ləğv edilsin və “Pirallahı rayonu” hissəsinə aşağıdakı məzmunda 554-2-ci – 554-5-ci bəndlər əlavə edilsin:

 

554-2.

 

Yaşayış yeri

XII—XIV əsrlər

Gürgən qəsəbəsi, köhnə mayakdan 500 metr şimalda

554-3.

Kurqanlar nekropolu

e.ə.III—I minilliklər

Gürgən qəsəbəsi, köhnə mayakdan 500 metr şimal-qərbdə

554-4.

Yaşayış yeri

XII—XIV əsrlər

Gürgən qəsəbəsi, dambadan 30 metr qərbdə

554-5.

Yaşayış yeri

e.ə.II—I minilliklər

Gürgən qəsəbəsi

 

 

 

 

 

 

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 1 iyun.- S.3.