Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 aprel tarixli 63 nömrəli
qərarı ilə təsdiq edilmiş
"İxtira və sənaye nümunəsi
patentinin qüvvədə olma
müddətinin uzadılması Qaydaları"nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 153 Bakı şəhəri, 16 may 2014-cü il
"Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 822-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 63 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 aprel tarixli 63 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 4, maddə 357) ilə təsdiq edilmiş "İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması qaydaları"nın 2.1-ci bəndində "qanunvericiliyə uyğun olaraq" sözləri "Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada" sözləri ilə, "uzadıla bilər" sözləri (hər üç halda) "uzadılır" sözü ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 1 iyun.- S.3.