Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 155 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsinin Apelyasiya
şurası haqqında Əsasnamə"də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 152 Bakı şəhəri,
16 may 2014-cü il
"Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 822-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 63 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 155 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 9, maddə 681; 2002, ¹ 3, maddə 148; 2004, ¹ 3, maddə 193; 2009, ¹ 1, maddə 32, ¹ 9, maddə 752; 2010, ¹ 3, maddə 255) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apelyasiya şurası haqqında Əsasnamə"nin 10.3-cü bəndinin ikinci abzasında "qanunvericiliyinə uyğun məhkəmə qaydasında" sözləri "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə" sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 1 iyun.- S.3.