Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti
Didye Burkhalterin təkbətək
görüşü olmuşdur
İyunun
2-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və
İsveçrə Konfederasiyasının Prezidenti Didye
Burkhalterin təkbətək görüşü olmuşdur.
Görüşdə
ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər
sahələrdə uğurlu inkişafından məmnunluq ifadə
olundu. Qarşılıqlı görüşlərin və səfərlərin
əhəmiyyəti qeyd edildi. Ölkələrimiz arasında
iqtisadi əməkdaşlığın və
qarşılıqlı investisiya qoyuluşunun daha da genişləndirilməsi
üçün yaxşı imkanların olduğu bildirildi.
İsveçrə
Konfederasiyasının Prezidenti Didye Burkhalterin Azərbaycana rəsmi
səfərinin ikitərəfli münasibətlərin
genişlənməsi baxımından əhəmiyyəti
vurğulandı.
Azərbaycan.-2014.- 3 iyun.- S.1.