Azərbaycan İsveçrə prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

 

İsveçrə Prezidenti Didye Burkhalterin Azərbaycana rəsmi səfəri

 

Prezident Didye Burkhalterin

bəyanatı

 

- Cənab Prezident.

Bakıda, Azərbaycanda səmimi qəbulunuz üçün Sizə təşəkkürümü bildirirəm. Qeyd etməliyəm ki, bu, mənim ölkənizə ilk səfərimdir. Siz isə İsveçrədə keçirilən Davos Forumunda dəfələrlə iştirak etmisiniz mən Sizə çatmaq üçün ölkənizə yenidən səfər etməliyəm, ölkənizi regionu daha dərindən tanımalıyam.

Sizin dediyiniz kimi, bir çox çağırışlar mövcuddur. Mən buraya İsveçrə Konfederasiyasının Prezidenti xarici işlər naziri qismində gəlmişəm. Ölkələrimiz arasında ikitərəfli əlaqələr dostluq xarakteri daşıyır, intensivdir gələcəkdə daha da dinamik ola bilər. Siz əlavə əməkdaşlıq formaları üçün potensial gördüyünüzü qeyd etdiniz. Mən bunun həqiqət olduğunu təsdiqləyə bilərəm. İqtisadi sahədə əməkdaşlığın aparılması üçün böyük potensial vardır. İsveçrə şirkətləri tərəfindən bir çox investisiyalar yatırıla bilər. Biz ölkələrimiz arasında münasibətlərin gücləndirilməsinə intensivləşdirilməsinə açığıq. Beynəlxalq Valyuta Fondu Dünya Bankı ilə İsveçrənin yaxşı əməkdaşlığı vardır. Keçən il bizim ciddi əlaqələrimiz oldu bu, göstərdi ki, Azərbaycan ilə İsveçrə arasında əlaqələr möhkəmdir. Eyni zamanda, İsveçrə bu il ATƏT-in fəaliyyətdə olan sədridir. Biz bilirik ki, bir neçə aya hər bir şeyi dəyişmək, bütün problemləri həll etmək mümkün deyildir. Buraya bu gün səhər üzərində çoxlu müzakirələr apardığımız aparacağımız Dağlıq Qarabağ problemi daxildir ki, bu münaqişənin həlli vaxt tələb edir. Mən, həmçinin müxtəlif fikirləri dinləmək, anlamaq ola bilsin ki, danışıqlar prosesində irəliləyişə nail olmaq məqsədilə yol tapmaq üçün buraya gəlmişəm. Mənim ATƏT-in fəaliyyətdə olan sədri kimi yanaşmam çox aydındır. Biz əminik ki, sülhə doğru addım-addım irəliləməliyik. Bu isə o deməkdir ki, biz iki əsas məsələni təbliğ edirik. Birincisi, biz dialoqun intensivləşdirilməsini təbliğ edirik, dialoq artıq olub. Lakin Azərbaycan Ermənistan prezidentləri arasında yeni görüşün keçirilməsinə zərurət yaranıb. Bu görüşün Parisdə keçirilməsi təklif olunub biz bu fikri dəstəkləyirik. Yaxın gələcəkdə bu görüşün keçirilməsini təbliğ edirik. Bu görüş danışıqların yeni fazasının başlanğıc nöqtəsi olmalıdır. Digər tərəfdən, bu, sülh sazişinə aparacaq strukturlaşdırılmış danışıqlar prosesi ola bilər. Bu danışıqlar prosesi isə Madrid prinsipləri əsasında aparılmalıdır.

Bizim təbliğ etdiyimiz ikinci əsas məsələ atəşkəs rejiminin gücləndirilməsidir. Başlıca olaraq keçmişdə bütün tərəflərin razılaşdırdığı, lakin heç vaxt icra olunmayan insidentlərin araşdırılması mexanizmidir. İcazə verin ATƏT-in fəaliyyətdə olan sədri kimi sədrlikdən sonra bir dövlət kimi İsveçrənin danışıqlar prosesini görüşlərə ev sahibliyi etməklə, təcrübəsini təklif etməklə, sülh sazişinin icrası üçün maliyyə siyasi yardımı səfərbər etməklə dəstəkləməyə hazır olduğunu bildirim.

Biz, həmçinin sülh naminə mühiti yaxşılaşdırmaq üçün tərəflərə tələb olunan mümkün hər şeyi icra etməyə hazırıq. İcazə verin qeyd edim ki, İsveçrənin ATƏT-in fəaliyyətdə olan sədri olduğu Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi bir vaxtda biz əlaqələrimizdən istifadə edərək beynəlxalq öhdəliklərimizlə münasibətlərimizi beynəlxalq səviyyədə eyni vaxtda intensivləşdirmək istəyirik. Bu isə o deməkdir ki, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinin sədri İsveçrə ATƏT-in fəaliyyətdə olan sədri qismində bəzi məsələlərdə əməkdaşlıq edə bilər.

Biz Azərbaycanın gənclərin təhsilinə insan haqlarına prioritet sahə kimi baxdığının şahidi olmuşuq. Bu məsələlərdə Azərbaycan ilə əməkdaşlıq etməkdə maraqlıyıq. Eyni zamanda, ATƏT-in Azərbaycandakı nümayəndəliyinin statusu layihə koordinatoru ofisi ilə əvəz olunub. Bu layihə çox yaxşı başladı biz əminik ki, bu ofis hər iki prezidentin tam dəstəyini almağa layiqdir. Əminik ki, yaxın gələcəkdə biz hər bir kəsin marağına, o cümlədən Azərbaycanın marağına xidmət edən layihələri həyata keçirə bilərik.

Açıq dialoq üçün Sizə bir daha təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu il beynəlxalq təşkilatlara sədr qismində ölkələrimiz yaxşı irəliləyişə nail ola bilər. Çox sağ olun, cənab Prezident.

 

Azərbaycan.-2014.- 3 iyun.- S.2.