Ali qonağın şərəfinə
İsveçrə Prezidenti Didye
Burkhalterin Azərbaycana rəsmi səfəri
İyunun
2-də Azərbaycan Prezidenti İlham Əliyevin adından
İsveçrə Prezidenti Didye Burkhalterin şərəfinə
rəsmi nahar verilmişdir.
Prezident
İlham Əliyev İsveçrə Prezidenti Didye Burkhalteri
ölkəmizdə bir daha salamladı səfər zamanı
ikitərəfli münasibətlərə dair bir çox
vacib məsələlərin müzakirə edildiyini dedi.
İsveçrənin ATƏT-ə sədrliyinin uğurlu
olacağına, onun Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı
aparılan danışıqlar prosesində fəal iştirak
edəcəyinə əminliyini ifadə edən dövlətimizin
başçısı dedi: “Bizim ikitərəfli əlaqələrimizin
inkişafı məmnunluq doğurur. Qısa müddətdə
aramızda fəal ünsiyyət qurulub”.
Prezident
İlham Əliyev ölkələrimiz arasında investisiya və
biznes əlaqələrinin inkişaf etdiyini, bu sahədə
birgə iqtisadi komissiyanın mühüm rol
oynadığını diqqətə çatdırdı.
Dövlətimizin başçısı siyasi əlaqələrimizin,
birgə məsləhətləşmələrin əhəmiyyətinə
toxunaraq bütün bunların münasibətlərimizin təməlini
təşkil etdiyini dedi.
İsveçrə
Prezidenti Didye Burkhalter şəhərimizdə
gördüyü inkişaf proseslərinin onda böyük təəssürat
yaratdığını vurğuladı. O, İsveçrə
üçün dinamik inkişaf edən ölkələrlə
münasibətlər qurmağın çox vacib olduğunu
dedi. Bildirdi ki, İsveçrə ilə Azərbaycan
arasında iqtisadi əlaqələri inkişaf etdirmək
mühüm istiqamətlərdən birini təşkil edir.
Didye Burkhalter bu imkanı təqdim etdiyinə və etibarlı
tərəfdaşlıq mühitinin yaradılmasına verdiyi
töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür
etdi.
Azərbaycan.-2014.- 3 iyun.- S.3.