Azərbaycan, Türkiyə və Türkmənistan
prezidentlərinin birgə görüşü
olmuşdur
Xüsusi
müxbirimiz xəbər verir ki, iyunun 5-də Bodrumda
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının IV Zirvə toplantısı başa
çatdıqdan sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin, Türkiyə
Respublikasının Prezidenti Abdullah Gülün və
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun
birgə görüşü olmuşdur.
Görüşdə
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının IV Zirvə toplantısının
xalqlarımız və ölkələrimiz arasında əməkdaşlığın
daha da genişləndirilməsi işinə xidmət etdiyi
bildirildi. Azərbaycan, Türkiyə və Türkmənistan
arasında müxtəlif səviyyəli görüşlərin
əhəmiyyəti vurğulandı, ölkələrimiz
arasında əlaqələrin regional əməkdaşlığın
daha da möhkəmləndirilməsi baxımından önəmi
qeyd olundu.
AzərTAc
Azərbaycan.-2014.- 6 iyun.- S.2.