Xilaskarlıq missiyası

 

1991-1993-cü illərdə respublikamızın müstəqilliyi şərti mahiyyət kəsb etmiş, xalqımız ədalətli, siviliqtisadi cəhətdən inkişaf edən dövlətdə yaşamaq arzusunu gerçəkləşdirə bilməmişdi. Həmin dövrdə Azərbaycanda cərəyan edən ağır və mürəkkəb proseslər göstərdi ki, milli dövləti yalnız qətiyyətli liderlərin, xalqına bağlı rəhbərlərin yüksək idarəçilik və liderlik keyfiyyətləri sayəsində hifz etmək olar. O illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhrana, vətəndaş itaətsizliyinə, xaosanarxiyaya gətirib çıxarmış, qanunçuluğunhüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.

AXC-Müsavat hakimiyyətinin naşı və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların özbaşınalığına, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Respublikada qanunçuluğun, hüquq qaydalarının son dərəcə zəif olması, dövlət idarəçiliyinin iflic vəziyyətinə düşməsi, ayrı-ayrı siyasətçilərin "könüllü döyüşçü" adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Bir tərəfdən ayrı-ayrı məmurların "özfəaliyyət dərnəyi" yaradaraq dövlətin o zamankı rəhbərliyinə etinasız münasibət göstərməsi, digər tərəfdən isə ölkənin cənubunda və şimalında separatçıların məkrli niyyətlərlə baş qaldırması ölkədəki vəziyyəti daha da ağırlaşdırmışdır. 1993-cü ilin iyun ayında AXC-Müsavat rəhbərliyinin "milli qəhrəman"ı Surət Hüseynovun Gəncədəki qanunsuzluqları, mərkəzi hakimiyyətə tabe olmaması isə ölkədəki hərc-mərcliyin, anarxiya mühitinin, o zamankı iqtidara qarşı inamsızlığın məntiqi sonluğa yetişməsi idi. Faktiki olaraq müəyyən xarici qüvvələrin dəstəklədiyi bu silahlı qiyam respublikamızın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, silahlı vətəndaş müharibəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına zəmin yaratmışdı.

Ölkəni siyasi xaosanarxiya burulğanına sürükləmiş "cəbhə hakimiyyəti"nin ayrı-ayrı məmurları yaranmış vəziyyətdə hakimiyyəti qorumaq üçün özfəaliyyətlə məşğul olur, qardaş qırğınından çəkinməyərək silah tətbiq etməyi vacib bilirdilər. Yaranmış şəraitdən istifadə edən "Sadval" hərəkatı və həmin dövrdə mövcud olmuş digər etnik-hərbi qruplaşmalar dövlətçilik əleyhinə təxribatçı fəaliyyətlərini genişləndirirdilər. Cənubda qondarma "Talış-Muğan Respublikası"nın yaradılmasına dair məsələ   qaldırması da məhz ölkədəki hakimiyyətsizliyin, xaos və anarxiyanın, qanunsuzluğun bariz təcəssümü idi.

Qiyamı yatırmaq, xalqın etimadsızlıq göstərdiyi hakimiyyəti zorla qorumaq üçün silaha əl atan AXC rəhbərləri 1993-cü ilin iyun ayının əvvəllərində Gəncədə ciddi hərbi-siyasi məğlubiyyətlə üzləşdi. Belə ki, qiyamçı 709 nömrəli briqadanı tərksilah etmək məqsədilə iyunun 4-də olduqca səriştəsiz bir əməliyyat həyata keçirildi. Gəncəyə 3 minədək canlı qüvvə və texnika yeridildi. Qardaş qanı töküldü, 35 nəfər həlak oldu, 135 nəfər isə yaralandı. 1200 döyüşçü, habelə respublikanın baş prokuroru İxtiyar Şirinovmilli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbərov girov götürüldü. Hökumət qüvvələri məğlubiyyətə uğrayandan sonra Surət Hüseynovun dəstələri Bakı üzərinə hərəkətə başladılar. Prezidentin, Ali Sovet Sədrinin, Baş naziringüc strukturlarının rəhbərlərinin istefası tələb edilirdi. Bununla da ölkədə vəziyyət daha da ağırlaşmış, respublika vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı.

Azərbaycan Respublikasını dağılmaqdan, dövlətçiliyi məhv olmaqdan, ölkəni etnik prinsiplərə əsasən parçalanmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən, mənəvi-psixoloji sarsıntıdan qurtarmaq üçün xalq öz xilaskarı Heydər Əliyevə müraciət etdi. Səbir kasası dolmuş xalq qətiyyətlə onun siyasi hakimiyyətə qayıtmasını tələb edirdi. Xalq yaranmış vəziyyətdən çıxış yolunu zəngin təcrübəyə malik görkəmli dövlət və siyasi xadim, Azərbaycanın böyük oğlu Heydər Əliyevin şəxsində görürdü. Naxçıvanda bütün Azərbaycanın müqəddəratı üçün taleyüklü fəaliyyət göstərən Heydər Əliyevin yanına dəstə-dəstə nümayəndələr gəlir, teleqramlar göndərilirdi. Çarəsiz qalan Azərbaycan Respublikasının o vaxtkı Prezidenti Əbülfəz Əliyev də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu.

Ulu öndər Heydər Əliyev xalqı naümid qoymayıb Bakıya gəldi. O deyirdi: "Mən buraya heç də partiyanın lideri kimi gəlməmişəm. Mən buraya tamam könülsüz, tez-tələsik yox, adamların təzyiqindən çox, yaranmış vəziyyətə görə gəldim, çünki xalqın taleyi həll olunurdu".

Heydər Əliyev ağır vəziyyətdən çıxış yolunun ancaq danışıqlar yolu ilə, qarşılıqlı anlaşma vasitəsilə, sülh və barışıqla mümkün olacağını bildirirdi. Azərbaycanın bütün vətənpərvər insanlarının hamısının birləşib bu ağır vəziyyətdən çıxmaq üçün çalışmaları təklifini irəli sürdü. İyunun 11-də İsa Qəmbər Ali Sovetin Sədri vəzifəsindən istefa verdi. Deputatlar Heydər Əliyevə bu vəzifəni tutmağı təklif etdilər. Lakin o, təklifi qəbul etmədi. Heydər Əliyev iyunun 13-də Gəncədə Surət Hüseynovla görüşəndən sonra Bakıya qayıdıb Milli Məclisin təklifini qəbul etdiiyunun 15-də parlamentin sədri seçildi. Beləliklə, 15 iyun 1993-cü il Azərbaycan tarixinə "Qurtuluş günü" kimi daxil oldu. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi respublikanın tarixi müqəddəratını həll etdi. İnsanlarda ölkəmizin gələcəyinə inam yarandı. Zaman Azərbaycan xalqının hakimiyyətə Heydər Əliyevi çağırmaqla seçiminin düzgünlüyünü sübut etdi. 15 iyundan sonrakı dövrlərdə respublikanın müxtəlif yerlərindən Prezident Aparatına, Milli Məclisə və digər dövlət orqanlarına göndərilən məktublarda, müraciətlərdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması gününün - 1993-cü il iyunun 15-nin Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilməsi xahiş olunurdu. Azərbaycan Respublikasının Milli Məclisi bütün təklif və müraciətləri nəzərə alaraq 1997-ci il 27 iyun tarixli iclasında deputatların təklifi ilə Azərbaycan dövlətçiliyinin müqəddəratı tarixində taleyüklü əhəmiyyəti olan 15 iyun gününü Milli Qurtuluş Günü elan etdi.

Gəncə hadisələri Heydər Əliyevin sədrliyi ilə iyun ayının 15-16-da Milli Məclisin iclasında müzakirə edildi. İyun ayının 16-da Milli Məclisdə qərar qəbul olundu. Ümumiyyətlə, Xalq Cəbhəsi-Müsavat iqtidarı hakimiyyətdən istefa verdikdən sonra da onun sabiq rəhbərləri ölkədə sabitlik yaradılmasına mane olur, müxtəlif vasitələrlə qarışıqlıq salmağa, qeyri-sabitlik yaratmağa çalışırdılar.

1993-cü ilin yayında Azərbaycan Respublikasının cənub rayonlarında Əlikram Hümbətovun başçılığı ilə həyata keçirilən cinayət xarakterli proseslər respublikada onsuz da gərgin olan ictimai-siyasi vəziyyəti daha da gərginləşdirirdi. Avqustun 6-da Lənkəranda qondarma "Talış-Muğan respublikası" ilə əlaqədar qurultay keçirildi və "Talış-Muğan respublikası"nın yaradılması haqqında əsassız qərar qəbul edildi. Əlikram Hümbətov özünü "prezident" elan etdi. Heydər Əliyevlə dəfələrlə görüşən Əlikram Hümbətov iddialı tələblər irəli sürürdü. 1993-cü ilin yayında Azərbaycanın ərazi bütövlüyünün saxlanılması, parçalanmanın qarşısının alınması üçün böyük siyasi-hərbi aparıldı. Cənubda Əlikram Hümbətovun elan etdiyi qondarma "Talış-Muğan respublikası" xülyasının, Azərbaycanın parçalanmasının qarşısı qətiyyətlə alındı. Azərbaycanın cənub hissəsində hakimiyyət bərpa edildi. Heydər Əliyevin siyasi, hərbi təşkilatçılığı nəticəsində 16-17 avqust 1993-cü il tarixdə Azərbaycan Ali Sovetinin respublika zəhmətkeşləri nümayəndələrinin iştirakı ilə keçirilən geniş iclasında Ə.Hümbətovun Azərbaycanı parçalamaq fəaliyyətinə siyasi, hüquqi qiymət verildi. Təşkilatçılar, cinayətkar qrup aşkar edilib həbs olundular.

1993-cü ilin iyun ayında respublikada siyasi vəziyyət birona görə gərginləşmişdi ki, Azərbaycan Prezidenti Əbülfəz Elçibəy iyun ayının 17-dən 18-nə keçən gecə Bakını tərk edib, Naxçıvanın Kələki kəndinə getmişdi. Belə bir gərgin vəziyyətdə Heydər Əliyev böyük çətinlik qarşısında qalmasına baxmayaraq, təmkinlə, beynəlxalq hüquq normalarına və Konstitusiyaya uyğun hərəkət edərək insan hüquqlarının, o cümlədən Prezident Əbülfəz Elçibəyin hüquqlarının qorunmasına, respublikada vəziyyətin normallaşdırılması, müstəqilliyin qorunması və möhkəmləndirilməsi naminə yaxın adamlar vasitəsilə Elçibəyin Bakıya qayıtmasını təşkil etməyə çalışırdı. Bu məsələ Milli Məclisdə geniş və hərtərəfli müzakirə obyektinə çevrilmişdi. Lakin Ə.Elçibəy xahişləri, məsləhətləri nəzərə almırdı. Milli Məclisin 15-16 iyun tarixli iclaslarında deputatlar Əbülfəz Elçibəyə etimadsızlıq göstərilməsi haqqında məsələ qaldırdılar. İyun ayının 23-də Prezident öz səlahiyyətlərinin əksər hissəsinin Ali Sovetin Sədrinə verilməsi barədə fərman imzaladı. Milli Məclis iyun ayının 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin səlahiyyətlərinin hamısının Ali Sovetin Sədrinə verilməsi haqqında qərar qəbul etdi.

Ulu öndərin iyunun 15-də Ali Sovetin Sədri seçilməsi isə onun sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda, xalqın qurtuluş, qəhrəmanlıq tarixidir. Bu gün Heydər Əliyev ömrünün mənalı, əzəmətli tarixi olduğu kimi, həm də Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi təcəssümüdür. Əgər xalqın böyük təkidi ilə Heydər Əliyev həmin gün yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki, mümkün olardı. Bu qayıdış ilk növbədə, Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi. Ermənistanın daha geniş ərazilərimizi işğal etməsinin, kütləvi qanlar axıdılmasının qarşısını aldı, atəşkəsin elan edilməsinə imkan yaratdı. Ümummilli liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşınalığın, hərc-mərcliyin, qanunsuzluqların, kütləvi iğtişaşların, aclığın, səfalətin qarşısı alındı.

Ulu öndər Heydər Əliyev məhz bu mərhələdən etibarən BMT tərəfindən de-yure tanınmış Azərbaycanın de-fakto qurmağa, onun milli dövlətçilik atributlarını formalaşdırmağa başladı. Bütün səylərini səfərbər edərək Azərbaycanın dövlət müstəqilliyini, şərti müstəqillik aktı və bəyanat səviyyəsindən çıxardı. Müstəqillik yolunun bir çoxlarının düşündüyündən də uzun və əzablı yol olduğunu yaxşı bilən ulu öndər Heydər Əliyev eyni zamanda, Azərbaycanı taleyin ixtiyarına buraxılmış dövlət düşüncəsindən uzaqlaşdırdı. Müstəqilliyimizin əbədiliyinə xələl gətirəcək, ölkəni yenidən hansısa dövlətin müstəmləkəsinə çevirə biləcək amilləri ortadan götürdü. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədə qanunçuluğun, hüquq qaydalarının bütün sahələrdə möhkəmlənməsini təmin etməklə yanaşı, qanunverici orqanın cəmiyyətdəki nüfuzunu qaldırmış, onun təşəkkülünə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, habelə milli parlamentarizm ənənələrinin inkişafına böyük zəmin yaratmışdı.

Böyük strateq Heydər Əliyevin ümummilli liderlik zirvəsinə yüksəlməsi, xalqın qəlbində özünə möhtəşəm abidə ucaltması həm də onun milli inkişaf strategiyasının banisi olması ilə şərtlənir. Bunun üçün isə ulu öndər müstəqil Azərbaycan dövlətinin perspektiv inkişaf prioritetlərini açıqlamış, demokratik inkişafa doğru sürət götürmüş müstəqil Azərbaycan dövlətini qısa müddət ərzində möhkəmlənən, qüdrətlənən, regionda, ümumilikdə, dünyada əhəmiyyəti həlledici dərəcədə artan sosial-siyasi reallığa çevirmişdir. İctimai-siyasi sabitliyin əldə olunması, qanunsuz silahlı birləşmələrin ləğvi, iqtisadi problemlərin aradan qaldırılması, özəlləşdirmə adı altında dövlət əmlakının ayrı-ayrı biznes maqnatlarının əlinə keçməsi tendensiyasının qarşısının alınması, cəhbə bölgəsində atəşkəsin əldə edilməsi, dövlət strukturlarının demokratik prinsiplərə uyğunlaşdırılması, yeni dövlət idarəçilik mexanizmlərinin yaradılması, səmərəsiz planlı iqtisadiyyatbölgü sisteminin dağıdılaraq özəlləşdirmə prosesinə başlanılması Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin prioritetləri kimi xüsusi qeyd olunmalıdır.

Ulu öndərin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Respublikamız ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır.  Azərbaycanın bugünkü dinamik iqtisadi inkişafı isə deməyə əsas verir ki, respublikamız yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcək.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 4 iyun.- S.6.