Norveç Krallığının Baş naziri Erna Solberqdən
Hörmətli cənab Prezident,
Sizi təbrik
edirəm. Azərbaycan xalqı və
hökumətinə Bakıda
21-ci Beynəlxalq Xəzər
Neft və Qaz Sərgisi və Konfransının təşkil edilməsinə
görə minnətdarlığımı
ifadə edirəm.
Xəzər regionunun dünya enerji bazarları üçün vacibliyi getdikcə artmaqdadır və Azərbaycan bu sahədə uzun illərdir ki, liderlik edir
və həm istehsalçı, həm də ixracatçı ölkə kimi özünün etibarlı
tərəfdaş olduğunu
sübut edib.
Avropa və digər ölkələr
üçün uzunmüddətli,
etibarlı və sabit enerji təchizatçısı
rolunu oynamaqda Norveçin və Azərbaycanın məqsədləri
üst-üstə düşür.
20 il bundan
əvvəl, 1994-cü ilin
payızında Bakıda
“Əsrin Müqaviləsi”
imzalanmışdır. Bu, vacib və cəsarətli
qərar olmuşdur.
2013-cü ilin dekabrında
isə Avropaya istiqamətlənən “Cənub”
qaz dəhlizinin həyata keçirilməsinə
imkan verəcək
“Şahdəniz-2” Yekun İnvestisiya
Qərarı qəbul
edilmişdir.
Statoil 1992-ci ildən Azərbaycanda
fəaliyyət göstərir
və yuxarıda sadalanan bütün mühüm qərarların
qəbul olunmasında
iştirak etmişdir. Məmnunam ki,
Norveçin bir neçə şirkəti
Azərbaycanın neft
və qaz sənayesinin inkişafında
fəal iştirak etmişdir.
Mən, həmçinin
müxtəlif ölkələrin
və şirkətlərin
birgə çalışdığı
Mədən Sənayesində
Şəffaflıq Təşəbbüsü
çərçivəsində də Azərbaycan ilə əməkdaşlıqdan
məmnunam.
Korporativ sosial məsuliyyətin əhəmiyyəti getdikcə
artmaqdadır. Hökumətlər, özəl şirkətlər
və vətəndaş
cəmiyyətləri davamlı
inkişafın və
rifahın təmin edilməsində mühüm
rola malikdir.
İki gündən
sonra biz Azərbaycan və Norveç arasında diplomatik münasibətlərin yaranmasının
22 illiyini qeyd edəcəyik. Sizinlə əməkdaşlığımızın
yeni onilliklərini gözləyirik.
Hörmətlə,
Erna Solberq
Norveç Krallığının Baş naziri
Azərbaycan.-2014.-
4 iyun.- S.1.