Böyük Britaniyanın Baş naziri Devid Kemerondan

 

Hörmətli cənab Prezident,

Əlahəzrət Kraliçanın Hökuməti adından 21-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin və Konfransının keçirilməsi münasibətilə Sizi və Azərbaycan xalqını təbrik etmək istərdim.

Mən Böyük Britaniya və Azərbaycan arasında möhkəm münasibətlər ilə fəxr edirəm. Ticarət əlaqələri həmin münasibətlərin mühüm əsasıdır və Böyük Britaniya şirkətləri xüsusilə neft və qaz sektoruna birbaşa xarici sərmayənin ən böyük mənbəyidir.

Enerji avropalıların yaşayışı, iqtisadi firavanlığı və inkişafı üçün həyati əhəmiyyət daşıyır. Məhz bu səbəbdən “Cənub” qaz dəhlizi olduqca vacib layihədir. 2013-cü il Trans-Adriatik kəməri üzrə böyük irəliləyiş və “Şahdəniz-2” layihəsinin işlənilməsi baxımından əsas il olmuşdur. Bu, möhtəşəm nailiyyət və bütün iştirakçı tərəflərin böyük səylərinin təntənəsi olmuşdur. Bu məqsədə nail olmaq üçün yorulmadan çalışanların hamısını təbrik edirəm. Eyni zamanda, Azərbaycan qazını Avropaya nəql edəcək “Cənub” dəhlizinin tam potensialının reallaşdırılması üçün 2014-cü ildə görüləcək işlər çoxdur. Lakın mən əminəm ki, bu hədəfə nail olunacaqdır.

Azərbaycanın yaxın dostu və tərəfdaşı kimi, mən gələcək bir çox illər üçün sabit enerji mənbəyinin təmin edilməsi istiqamətində səy göstərən hər kəsə daha da böyük uğurlar arzulayıram. Fürsətdən istifadə edərək builki Beynəlxalq Xəzər NeftQaz Sərgisinin bütün iştirakçılarına səmimi arzularımı çatdırıram. Əminəm ki, bu həftəniz uğurlu olacaqdır.

 

Hörmətlə,

Devid Kemeron

Böyük Britaniyanın Baş naziri.

Azərbaycan.-2014.- 4 iyun.- S.1.