Bodrumun Milas Beynəlxalq hava limanında qarşılanma

 

 Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfəri

 

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında iştirak etmək üçün iyunun 4-də Türkiyə Respublikasına işgüzar səfərə gəlmişdir.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Bodrum-Milas Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.

 

Azərbaycan.-2014.- 5 iyun.- S.1.