Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə
Prezidenti Abdullah Gül ilə
görüşmüşdür
Azərbaycan Prezidenti İlham
Əliyev Türkiyəyə işgüzar səfəri
Iyunun 4-də Bodrumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə edildi, strateji əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik bildirildi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısının türkdilli xalqlar və ölkələr arasında əməkdaşlığın, regional əlaqələrin daha da genişləndirilməsi işinə töhfə verəcəyi vurğulandı.
Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2014.- 5 iyun.- S.1.