Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan
Prezidenti Qurbanqulu Berdiməhəmmədovun
görüşü
Azərbaycan
Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də
Bodrumda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov
ilə görüşmüşdür.
Türkmənistan Prezidenti Qurbanqulu
BERDİMƏHƏMMƏDOV dedi:
- Möhtərəm Prezident
İlham Heydər oğlu, Sizi Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının
IV Zirvə toplantısında görməyimə
şadam. Bizim ikitərəfli münasibətlərimiz
durmadan genişlənməkdədir.
Bu münasibətlər yüksələn xətt
üzrə inkişaf
edir. Minnətdaram
ki, Siz bizim
təşəbbüslərimizi beynəlxalq təşkilatlarda
həmişə dəstəkləyirsiniz.
Enerji təhlükəsizliyi
və nəqliyyat şəbəkələrinin daha
da möhkəmləndirilməsi
məsələlərində də bu dəstək
hiss olunmaqdadır. Xüsusilə mötəbər beynəlxalq
təşkilatlarda, həmçinin
BMT-də Azərbaycan
ilə Türkmənistan
arasında mehriban qonşuluq və qardaşlıq münasibəti
aşkar duyulmaqdadır.
Bizim xarici siyasət idarələrinin
əməkdaşlığı da kifayət qədər qənaətbəxş
inkişaf etməkdədir. Hər görüş
zamanı məsləhətləşmələr
ikitərəfli münasibətlərimizin
tərəqqisinə yeni
yollar açır.
Düşünürəm ki, bu istiqamətdə fəaliyyətimizi
davam etdirməliyik.
Ticari-iqtisadi sahədə də münasibətlərimiz çox
yaxşı inkişaf
etməkdədir. Fərəhlidir ki, bu ilin birinci yarısında
əmtəə dövriyyəsi
yüksək səviyyədə
olub. Bizim hökumətlərarası komissiya iqtisadi məsələlər üzrə
məsləhətləşmələr aparır. Düşünürəm ki, əmtəə
dövriyyəsini daha
da artırmaq üçün yaxşı
potensialımız vardır.
Xatırlayıram, Bakı
sammitində Xəzər
dənizinin statusunun müəyyənləşdirilməsi ilə bağlı yaxşı sənədlər qəbul
etdik. Əlbəttə ki, Xəzər
dənizi həmişə
dostluq, mehriban qonşuluq münasibətləri
üçün ümumi
vasitəmiz olub.
Buna görə də mütəxəssislərimizin
apardığı işlər
Xəzər dənizi
ətrafında ekologiyanın,
biomühitin, floranın
qorunmasında əminəm
ki, müsbət nəticələr verəcəkdir.
Təbii
ki,
humanitar sahədə
münasibətlərimiz də
yaxşı inkişaf
etməkdədir. Mən bilirəm
ki, 2015-ci ildə Bakıda ilk Avropa Oyunları keçirəcəksiniz.
Biz isə 2017-ci ildə Asiya Oyunları keçirəcəyik.
Bu da bizə təkcə idmançılar
deyil, eyni zamanda, hakimlər, məşqçilər arasında təcrübə
mübadiləsi üçün
yaxşı imkan yaradır ki, sonda uğurlu nəticə alınsın.
Biz bilirik ki, Siz bu il xalçaçılıq
üzrə sərgi keçirmək niyyətindəsiniz.
Əgər imkan olarsa,
biz də bu sərgidə iştirak edəcəyik. Düşünürəm ki, xalçaçılıq
nəinki bizim xalqların şedevr sənətidir, həm də rəmzidir. Biz bu tədbirdə
böyük məmnuniyyətlə
iştirak edəcəyik.
Mən Sizə minnətdaram ki, sabah biz Zirvə
görüşündə mədəniyyət məsələlərini
müzakirə edəcəyik.
TÜRKSOY bu ili
böyük mütəfəkkir,
filosof şair Məhtumqulu Fəraqi ili elan edib.
Biz Sizə minnətdarıq
ki, bizim şairimizin xatirəsini layiqincə yad etmisiniz.
İkitərəfli münasibətlərin
daha da inkişaf
etdirilməsi sahəsində
Sizin böyük
əməyiniz vardır.
Buna görə də
mən Sizə, bütün qardaş Azərbaycan xalqına işlərinizdə
böyük uğurlar,
ölkənizə tərəqqi
arzulayıram.
Azərbaycan Prezidenti İlham
ƏLİYEV dedi:
- Möhtərəm Qurbanqulu
İmanqulu oğlu, bizim dövlətlər arasındakı münasibətlər
barədə dediyiniz xoş sözlərə görə çox sağ olun. İstərdim ki, ilk növbədə,
Türkmənistanın Sizin
rəhbərliyiniz altında
qazandığı böyük
nailiyyətlər münasibətilə
Sizi təbrik edim. Biz Sizin
uğurlarınıza sevinirik
və ümid edirik ki, bizim
dostluq, mehriban qonşuluq münasibətlərimiz
daha da inkişaf
edəcək və möhkəmlənəcəkdir.
Sizin toxunduğunuz
məsələlərlə bağlı bizdə tam qarşılıqlı anlaşma
vardır. Biz siyasi
münasibətlərimizi daha
da möhkəmləndirmək
əzmindəyik. Bizim
Sizinlə görüşlərimiz,
eləcə də xarici işlər nazirlərinin digər səviyyələrdə müntəzəm görüşləri münasibətlərimizin
xarakterini bariz şəkildə göstərir.
Bu, yaxın dostluq,
qardaşlıq münasibətləridir.
Biz bir-birimizə xeyirxahlıq, sülh arzulayırıq, bütün
istiqamətlərdə əməkdaşlığı
daha da gücləndirmək
niyyətindəyik.
İqtisadi istiqamətdə də, əlbəttə ki, potensialımız böyükdür,
əmtəə dövriyyəsi
artır. Düşünürəm ki, gələcəkdə
indiyədək istifadə
olunmayan imkanları da işə salacağıq. Əlbəttə ki, enerji, nəqliyyat
təhlükəsizliyi məsələləri
ölkələrimiz arasında
paralel həllini tapır. Bu, ondan irəli gəlir ki, biz vəziyyəti düzgün
qiymətləndiririk, ölkələrimizin
inkişafını iqtisadiyyatın
möhkəmləndirilməsində və regional əməkdaşlığı
inkişaf etdirməkdə
görürük.
Mən bilirəm
ki, Azərbaycanda olduğu kimi, Türkmənistanda da böyük müasir liman tikilir. Bu yeni limanlar bizim
ölkələrimiz və
xalqlarımıza xidmət
edəcəkdir. Biz Xəzər vasitəsilə
yük daşınmasını
daha da artıracağıq
və bununla da iqtisadi potensialımızı
möhkəmləndirəcəyik.
Həmçinin ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq paralel templərlə inkişaf gedir. Bu sahə də xalqlarımızın rifahına, tərəqqisinə xidmət edir. Düşünürəm ki, bu layihələr, eləcə də Xəzərdə təhlükəsizliyin və ekoloji tarazlığın birgə qorunması səyləri vəziyyətin müsbət həllinə öz təsirini göstərəcəkdir. Xəzər dostluq, qardaşlıq dənizidir, bizim ümumi su hövzəmizdir. Biz də əlbəttə ki, qardaşcasına əməkdaşlıq edirik. Ümid edirik ki, Xəzəryanı dövlətlərin Bakı sammitindən sonrakı ilk sammiti də bu əməkdaşlığın möhkəmlənməsinə təkan verəcəkdir.
Siz mədəniyyət sahəsinə toxundunuz. Əlbəttə ki, bu istiqamətdə də fəal əməkdaşlıq edir və işləyirik. Bizim geniş tərkibdə nümayəndə heyətimiz Türkmənistanın böyük oğlu Məhtumqulu Fəraqinin Aşqabadda keçirilən yubileyində iştirak etdi. Bakıda da müvafiq tədbirlər keçirildi. Bizim xalqlarımızın görkəmli oğullarının irsi, əlbəttə ki, böyük sərvətimizdir, biz onlarla fəxr edirik. Əlbəttə ki, biz onları təbliğ etməli və öz vətəndaşlarımıza ölkələrimizin malik olduğu yüksək mədəniyyət nümunələrini təqdim etməliyik. Tezliklə Bakıda Müasir Xalça Muzeyi binasının açılışı gözlənilir. Açılışdan sonra hesab edirik ki, Türkmənistan da xalçaçılıq sahəsində öz yüksək sənət nümunələrini təqdim edəcəkdir. Bu da bizim xalqlarımızı yaxınlaşdıran bir sahədir. Bizim xalqlarımızın xalçaya xüsusi münasibəti vardır. Bu, təkcə dekorasiya, rahatlıq elementi deyil, xalça bizim xalqlarımızın istedadını və mədəniyyətini əks etdirir. Xalça hər bir türkmən və azərbaycanlı üçün doğmadır. Mən çox şadam ki, Türkdilli Dövlətlərin Sammiti müntəzəm keçirilir, biz qarşılıqlı fəaliyyətin mühüm məsələlərini müzakirə edirik. Eləcə də bu yaxınlarda Bakıda Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirildi. Bu da əməkdaşlığın yeni formatıdır, həm də müsbət və səmərəli hadisədir. İkitərəfli və beynəlxalq təşkilatlarda görülən işləri təhlil edərkən yaxşı nəticələr əldə edildiyinin şahidi oluruq. Bu da bizi yeni addımlara ruhlandırır. Bir daha Sizi əldə olunan uğurlar münasibətilə təbrik etmək, qardaş Türkmənistan xalqına rifah və xoşbəxtlik diləmək istəyirəm.
AzərTAc
Azərbaycan.-2014.-
5 iyun.- S.1.