Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı

 texnikası ilə təminatına əlavə dəstək haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara tələbatının ödənilməsi məqsədi ilə qərara alıram:

1. Kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara əlavə ehtiyacını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 15,0 (on beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 4 iyun 2014-cü il

Azərbaycan.-2014.- 5 iyun.- S.2.