«Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə
məsələləri haqqında» Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə»
Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında
dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 672-IVQD nömrəli Qanununun və "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 819-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (III kitab), maddə 609; 2001, ¹ 10, maddə 640; 2003, ¹ 8, maddə 435, ¹ 10, maddə 552; 2004, ¹ 6, maddə 435; 2005, ¹ 2, maddə 64, ¹ 5, maddə 403; 2006, ¹ 7, maddə 590, ¹ 12, maddə 1034; 2007, ¹ 3, maddə 228,
¹ 6, maddə 606, ¹ 11, maddə 1110, ¹ 12, maddə 1246; 2008, ¹ 6, maddə 493; 2009, ¹ 3, maddə 163, ¹ 5, maddə 324; 2010, ¹ 5, maddə 399, ¹ 7, maddələr 610, 628; 2011, ¹ 8, maddə 751; 2012, ¹ 6, maddə 535) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3-cü hissə üzrə:
1.1.1. ikinci - on dördüncü abzaslar müvafiq olaraq üçüncü - on beşinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.4-cü maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;";
1.1.2. üçüncü abzasda:
1.1.2.1. "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 48.1-ci və 61.5-ci maddələrində" sözləri "həmin məcəllənin 48.1-ci maddəsində, 61.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 61.11-ci maddəsində" sözləri ilə əvəz edilsin;
1.1.2.2. ", 60.1-ci maddəsində nəzərdə tutulmuş "hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən orqanı"nın" sözləri çıxarılsın;
1.1.3. aşağıdakı məzmunda on altıncı
və on yeddinci abzaslar əlavə edilsin:
"həmin məcəllənin
61.3-cü maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
dövlət büdcəsinə
məcburi ödənişlər
üzrə borclara münasibətdə Azərbaycan
Respublikasının Vergilər
Nazirliyi, büdcədənkənar
dövlət fonduna məcburi dövlət sosial sığorta haqları üzrə borclara münasibətdə
isə Azərbaycan Respublikasının Dövlət
Sosial Müdafiə Fondu həyata keçirir;
həmin məcəllənin
61.10-cü maddəsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Əmlak
Məsələləri Dövlət
Komitəsi həyata keçirir;";
1.2. aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:
"5. Azərbaycan Respublikasında
hüquqi şəxslərin
dövlət qeydiyyatı
haqqında məlumat aşağıdakı mətbu
nəşrlərdə dərc
edilir:
5.1. qeyri-kommersiya hüquqi şəxslər və təhsil müəssisələri
haqqında məlumat
- "Ədliyyə" qəzetində;
5.2. dini qurumlar
haqqında məlumat
- "Cəmiyyət və
din" qəzetində;
5.3. kommersiya hüquqi
şəxslər haqqında
məlumat - "Vergilər"
qəzetində.".
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası
Prezidentinin aktlarının
bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
2.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını
üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.4. bu fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
3. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
3 iyun 2014-cü il
Azərbaycan.-2014.- 5 iyun.- S.3.